Siyasət

Ermənilər 18 dəfə atəşkəsi pozub

3 Noyabr 2016 12:04

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Füzuli rayonunun Horadiz, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək

3 Noyabr 2016 11:35

Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Köln Forumu” keçiriləcək. DAA-nın prezidenti Rəşad Quliyev “OLAYLAR”-a bildirib ki, forum 4 fevral 2017 –ci ildə Almaniyanın Köln şəhərində baş tutacaq: “Tədbirdə Almaniyanın siyasi partiyaları, qeyri hökumət təşkilatları, millət vəkillərinin, Avropanın eləcə də dünyanın bir sıra beynəlxalq qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub. Forumun ilk iki saatının mövzusu “Vision of Azerbaijan” (Azərbaycanın mənzərəsi) – Azərbaycan musiqisi, tarixi, mədəniyyəti , mətbəxi, incəsənəti, turistik bölgələrinin və sair təqdimatı olacaq.

Dövlət katibi: "ABŞ vahid, güclü və dinc Avropa tərəfdarıdır"

3 Noyabr 2016 11:20

"ABŞ vahid, güclü və dinc Avropa tərəfdarıdır".

Prezident İlham Əliyev 4,9 milyon manat ayırdı

2 Noyabr 2016 18:30

Azərbaycan Prezidenti İlham Əliyev Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Joxovurd”: “Seyran Ohanyanın arvadını “mədəni şəkildə” qovublar ERMƏNİ QALMAQALI

2 Noyabr 2016 17:02

Yeni nazir müavini Ruzanna Ohanyanın kabinetində oturur və işə tutuquşu ilə gedir Ermənistanın yeni təyin olunmuş səhiyyə nazirinin müavini Samvel Marqaryan ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryanın nazirlikdəki binadakı kabunetində oturub. SİA xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb. Nazirlikdən bildirilib ki, hazırda Xaçatryan məzuniyyətə çıxıb.

Aqil Abbas: “Özlərini “siyasi mühacir” adlandıranlar xaricdə çadırlarda yaşayır”- AÇIQLAMA!

2 Noyabr 2016 17:01

““Siyasi mühacir” adını almaqdan ötrü, ümumiyyətlə, bu ad altında xaricə getmək istəyən adamları başa düşə bilmirəm. Mən onları- radikalları müxalifətçi kimi tanımıram və qəbul etmirəm. Bunlar müxalifətçi adı altında özlərinə müxtəlif qara işlər görən adamlardılar”.

"Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan mühüm rol oynayıb"

2 Noyabr 2016 16:25

Rusiya və Türkiyə arasındakı münasibətlər ideala yaxındır. Təyyarə olayının ardından yaranmış böhrandan sonra bu münasibətlər sürətlə inkişaf edir. Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan mühüm rol oynayıb.

Tarix İnstitutu: "Heç "erməni" sözü də ermənilərə məxsus deyil"

2 Noyabr 2016 16:23

Ermənilərin adı da özlərinə məxsus deyil. Onlar Balkan yarımadasından Asiya qitəsinə gələndə frigiyalı kimi gəliblər. Ermənilər Anadolunun şərqində qədim Armina vilayətinin ərazisində məskən salıblar və Arminanın adını qəsb edərək, özlərinə ad kimi götürüblər. Beləliklə, "erməni" və "Armeniya" adları da ermənilərə məxsus deyil və oğurluq adlardır.

Seçki komissiyaları təcrübələrini bölüşürlər

2 Noyabr 2016 16:00

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2016-cı il noyabrın 2-də Vyanada seçkilərlə bağlı keçirilən tədbirdə iştirak etmək məqsədilə Avstriya Respublikasında rəsmi səfərdədi.

İrəvan əmindir ki, həmsədrlər münaqişənin həllində maraqlı deyil

2 Noyabr 2016 15:32

Ermənistan cəbhə bölgəsində vəziyyəti gərginləşdirməyə çalışır. Düşmən ölkənin silahlı qüvvələri noyabrın birindən başlayaraq cəbhə xəttinin müxtəlif istiqamətlərində təxribat törətməyə cəhd göstərir. Belə ki, noyabrın 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cavab tədbirləri nəticəsində düşmən susdurulub. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür. 

Ermənistan rəhbərliyi cəbhə bölgəsindəki gərginliyi süni surətdə artırır

2 Noyabr 2016 15:15

Serj Sərkisyan erməni cəmiyyətini Azərbaycanın simasında “ümumi düşmən” ətrafında birləşdirmək istəyir Son günlər cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Erməni tərəfinin təmas xəttində yüngül silahlarla yanaşı ağır texnika, iriçaplı pulemyotlardan da istifadə etməsi düşmən ölkənin yenidən Azərbaycanı təhdid etməsi anlamına gəlir. Ermənistanın cəbhə xəttində gərginliyi artırması istər-istəməz hərbi əməliyyatların bərpa olunacağı ehtimalını artırır. Təsadüfi deyil ki, Azərbaycan Müdafiə Nazirliyi də baş verəcək hər hansı insdentə görə məhz rəsmi Yerevanın məsuliyyət daşıyacağını bəyan edib. Amma bu zaman ortaya maraqlı bir nüans da çıxır. Belə ki, bu ilin aprelində anoloji addımı ataraq cəbhə xəttində vəziyyəti gərginləşdirən, nəticə etibarilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən sarsıdıcı zərbə alan Ermənistan hansı səbəbdən hərbi əməliyyatların başlamasına maraq göstərir? Yaxud Ermənistanı cəbhə xəttində gərginlik yaratmağa hansısa dairələr sövq edirmi?

Mübariz Əhmədoğlu: “Ermənistanda baş verənləri izləyirik”

2 Noyabr 2016 15:11

“Ermənistanda baş verənlər bizim diqqət mərkəzimizdədir. Vigen Sarkisyanın müdafiə naziri təyin edilməsini ilk təbrik edən İran oldu”.SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.

Ermənistanı ticarət mərkəzlərinin direktorları idarə edir- ERMƏNİ EKSPERT

2 Noyabr 2016 15:06

Arnak Xaçatryan: “Mən deyirdim ki, Azərbaycanın regiondakı mövqesi o qədər dəyişəcək ki, Rusiya bu ölkə ilə hesablaşmağa məcbur olacaq” Dünya çox tez dəyişir və bir il öncə mövcud olmuş münasibətlər artıq bu gün öz mövcudluğunu itirib. SİA xəbər verir ki, tanınmış hüquq müdafiəçisi və siyasi eksperti Arnak Xaçatryan Ermənistanın hazırkı vəziyyətini və regiondakı nüfuzunun itirilməsi reallığını ölkəsinin birinci informasiya kanalına (1.in.am) müsahibəsində deyib.

“Forum bütün istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər açır”- ŞƏRH

2 Noyabr 2016 15:05

“Rusiya Azərbaycanın yaxın qonşusudur və böyük resurslara malik olan bir ölkədir. Bu baxımdan Azərbaycan üçün Rusiya ilə iqtisadi müstəvidə əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir”. Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli  Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumu barədə danışarkən deyib. O bildirib ki, Azərbaycan  post-neft erasına keçdiyini elan edib və qeyri- neft sektorunun ninkişafı ilə bağlı islahatlar aparılır: “Bu baxımdan şübhəsiz ki, Rusiya ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaranır. Xüsusilə də qeyri-neft sektoru sahəsində”.