Siyasət
Lukaşenko Azərbaycana rəsmi səfər edəcək
Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək.
Ekspert: “Ermənistan heç cür Azərbaycanla rəqabət apara bilməz”- AÇIQLAMA
“Ümumiyyətlə düşünmürəm ki, Ermənistan Azərbaycana yönəlik tutduğu qeyri-konstruktiv mövqeyindən əl çəksin. Çünki Ermənistan özü-özünü idarə etmir. Rəsmi İrəvanı sadəcə olaraq idarə edənlər idarə edir. Ermənistan 100 faizlik nisbətdə götürəndə 20 faizi özündən idarə olunur, 80 faizi isə kənardan idarə olunur. Yəni işğalçı ölkəyə nə məsləhət görülürsə o həmin addımları atır”. Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Deputatlarımız Bosniya və Herseqovina parlamentində görüşlər keçirəcəklər
Milli Məclisin deputatları Cavanşir Feyziyev, Çingiz Qənizadə və Elşad Həsənov noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada səfərdə olacaqlar. Bu barədə Milli Məclisin mətbuat xidmətindən verilən məluatda bildirilir ki, deputatlarımız Sarayevo şəhərində olacaq, ölkə parlamentinin sədri, Azərbaycanla dostluq qrupunun üzvləri, müvafiq komitələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcəklər.
Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir
Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, cavab tədbirləri nəticəsində düşmən susdurulub. Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Ermənilər 26 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Qaraqaşlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Amerikanın yeni prezidentinin kimliyinin Azərbaycan üçün fərqi
Bakıda "qaçaq" işləyən bu təşkilata pulu KİM VERİR?
Ordumuz işğaldakı ərazilərin üçdə bir hissəsinə nəzarəti ələ aldı
Prezident İlham Əliyev yol tikintisinə 6,6 milyon manat ayırdı
Prezident İlham Əliyev Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
Yeni qanunun məqsədi qanunvericilik bazasının təkmilləşdirilməsidir
«“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanunun məqsədi milli qanunvericilik bazasının təkmilləşdirilməsidir».
Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər vəsait toplanıb?
Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna toplanmış vəsaitlə bağlı statistik məlumatı açıqlayıb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, 1 noyabr 2016-cı il tarixədək fonda 77.501.135,23 AZN, 212.373,88 ABŞ dolları vəsait daxil olub. Bundan başqa 4793,69 avro və 5000,0 rubl vəsait də hesabat dörünə qədər fonda köçürülüb.
QHT-lər ABŞ səfiri ilə görüşüb
Noyabrın 1-də Sivil Toplum Platformasının (STP) nümayəndələri ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri, cənab Robert Sekuta ilə görüşüb. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə platforma üzvləri ilk növbədə STP-nin yaranma zərurəti və məqsədləri, habelə qarşıya qoyulan fəaliyyət istiqamətləri barədə məlumat veriblər. STP üzvləri həmçinin ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti və medianın hüquqi və praktik durumu, sosial-iqtisadi vəziyyət, Qarabağda davam edən işğal, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri barədə müzakirə aparıblar.
Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır
Belçika hesab edir ki, Dağlıq Qarabağ kimi münaqişələr yalnız sülh yolu ilə həll olunmalıdır.














