Seçki komissiyaları təcrübələrini bölüşürlər
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2016-cı il noyabrın 2-də Vyanada seçkilərlə bağlı keçirilən tədbirdə iştirak etmək məqsədilə Avstriya Respublikasında rəsmi səfərdədi.
2 Noyabr 2016 16:00 SiyasətAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2016-cı il noyabrın 2-də Vyanada seçkilərlə bağlı keçirilən tədbirdə iştirak etmək məqsədilə Avstriya Respublikasında rəsmi səfərdədi.
Mərkəzi Seçki Komissiyasından "Olaylar" -a verilən məlumata görə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) tərəfindən təşkil edilən tədbir də seçki idarəetmə qurumlarının, beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı , seçkilərlə əlaqədar müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.
ATƏT/DTİHB-nin direktoru Mixael Linkin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Səfər çərçivəsində MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.