Siyasət

Yeni Ağ Ev Administrasiyası Azərbaycanla əlaqələrə üstünlük verəcək

16 Dekabr 2016 15:28

Tarixən davam edən yeraltı sərvətlər və sahib olmaq uğrunda mübarizə günümüzdə də davam edir. Bu gün də bəzi hallarda bu mübarizə heç də tam rəqabətlə müşahidə edilmir. Bir çox hallarda böyük güclər nisbətən kiçik dövlətlərin malik olduqları yeraltı və yerüstü sərvətləri elə güc yolu ilə ələ keçirmək istəyirlər. Günümüzdə Suriya, İraq, ümumilikdə Yaxın Şərqdə baş verənlər bunun əyani sübutudur. Təbii ki, Azərbaycan da müəyyən mənada bu proseslərdən kənarda deyil və ölkəmizin malik olduğu enerji resurslarına göz dikənlər həddən artıqdır.

Heydər Əliyev-“Müasir Azərbaycan” əsərinin müəllifi

16 Dekabr 2016 15:15

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, ictimai-siyasi xadim Heydər Əliyev öz xalqına, millətinə, dövlətinə bütün varlığı ilə bağlı olan və dünya liderlərinə nümunə olacaq tarixi şəxsiyyətlər içərisində həyatı və geniş fəaliyyəti öyrənilməsi və təbliğ olunması vacib olan dövlət başçısıdır.Yeni bir möhtəşəm və əsrarəngiz bir əsərin- “Müasir Azərbaycan” əsərinin müəllifidir.Rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində qısa zaman kəsiyində ölkənin iqtisadi və siyasi baxımdan tərəqqisi və inkişafı üçün yorulmaq bilmədən çalışması, dünyanın müxtəlif ölkələrinin dövlət başçıları tərəfindən bu humanist addımların rəğbətlə qarşılanması uğurlu daxili və xarici siyasətin əsas konsepsiyası kimi xarakterizə olunmalıdır.Mənsub olduğu xalqın zəngin adət-ənənəsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi haqqında geniş biliklərə malik olması ümummilli lider Heydər Əliyevin Azərbaycana bütün varlığı ilə bağlı olduğunu göstərən növbəti faktor kimi diqqəti cəlb edir.

Heydər Əliyev-Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin hamisi

16 Dekabr 2016 15:13

Dünyanın müxtəlif ölkələrində yaşayan və bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər, xüsusilə də yazarların böyük bir qisminin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunması, ədəbiyyata göstərilən qayğı kimi qəbul olunur.Hətta bəzən dövlət başçılarının özləri belə bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olurlar. Məsələn, Osmanlı dövlətinin başçısı Sultan Süleyman Qanuni dövləti idarə etməklə yanaşı, həm də vaxt və imkan daxilində könül duyğularını varağa köçürməyə də müəssər olmuşdu.Bəzi dövlət başçıları isə rəhbərlik etdiyi ölkədə bədii yaradıcılıq fəaliyyət ilə məşğul olan şəxslərə-yazarlara diqqət və qayğı göstərməkdən məmnunluq hissi duyur.Mədəniyyət və incəsənət xadimlərinin fəxri adlara və təqaüdlərə layiq görülməsi dövlət tərəfindən uğurla gerçəkləşdirilən daxili siyasətin tərkib hissəsidir.

Azərbaycanın daha bir uğurlu təbliğatı

16 Dekabr 2016 15:00

Azərbaycandan kənarda yaşayan soydaşlarımızın həmin ölkələrdə apardıqları uğurlu iş, təbliğatın nəticəsidir ki, artıq dünyanın bir çox dövlətində ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ problemi, ərazi bütövlüyümüzün pozulması və torpaqlarımızın işğala məruz qalması barədə tam məlumat formalaşır.

Sülh platforması hansı missiyanı yerinə yetirəcək?

16 Dekabr 2016 14:59

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yeni yaradılan “Ermənistan-Azərbaycan Sülh Platforması”nın fəaliyyət proqramını açıqlayıb. A.Quliyev jurnalistlərə açıqlamasında “Ermənistan-Azərbaycan Sülh Platforması”nın aprel döyüşlərindən sonra yaranan yeni vəziyyətə uyğun olduğunu söyləyib: “Təmas xəttində baş vermiş aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsində yeni reallıqlar yaratdı və faktiki olaraq iki istiqamətdə status-kvonu dəyişdi.

ATƏT-in fəaliyyəti münaqişələrin həllində önəmli çəkiyə malik deyil

16 Dekabr 2016 13:50

Daha bir ili başa vurmaq ərəfəsindəyik. 2016-cı il Azərbaycan üçün bir sıra müsbət və bəzi mənfi məqamları ilə yadda qaldı. Cari il ərzində əldə etdiyimiz ən ciddi uğur və nailiyyət isə aprel döyüşləri oldu. Belə ki, 2-5 aprel tarixlərində erməni təxribatına qarşı cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illər erməni işğalı altında olan bir sıra strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi. Azərbaycan tərəfdən indiyə qədər almadığı bir zərbə alan işğalçı ölkə atəşkəs xahişi edərək yenidən manevrlər etməyə başladı. Və beləliklə 2016-cı il başa çatmaq üzrə olsa da, bu il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir irəliləyiş əldə edilmədi. Elə ekspertlər də bu qənaətdədirlər.

XİN-in "Qara siyahısı"na düşmüş əcnəbilərə "ASAN Viza" veriləcəkmi?

16 Dekabr 2016 13:28

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Xarici İşlər Nazirliyinin "Qara siyahısı"na düşmüş əcnəbilərə "ASAN Viza" portalı vasitəsilə vizanın necə veriləcəyinə münasibət bildirib.

İlham Əliyev: “Status-kvo”nun dəyişməsi Qarabağ nizamlanmasının əsasını təşkil etməlidir”

16 Dekabr 2016 12:30

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, ilk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən L. İzoria ikitərəfli əməkdaşlığımızın inkişafında mühüm rol oynamış Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, ilk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən L. İzoria ikitərəfli əməkdaşlığımızın inkişafında mühüm rol oynamış Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

16 Dekabr 2016 11:19

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.