Siyasət

"Azərbaycan ABŞ-a silah satır"

17 Dekabr 2016 10:49

Şura 2017-ci il birinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib

16 Dekabr 2016 18:43

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il birinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyada çıxış edərək müsabiqə mövzuları, qaydaları, şərtləri müraciət forması və layihə qəbulu üzrə elektron proqram təminatı haqqında ətraflı məlumat verib. Məlumatlandırma sessiyasında QHT-lərin müsabiqə ilə bağlı sualları cavablandırılıb.

Azərbaycanda xüsusi ərzaq bazarları və ərzaq bankı yaradıla bilər

16 Dekabr 2016 17:58

Azərbaycanda xüsusi ərzaq bazarları təşkil edilə bilər. Məlumata görə, bu barədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində deyilir.

Aqrar sahədə nəzərdə tutulan tədbirlər 2020-ci ildə real ÜDM-i 1,2 mlrd. manat artıracaq

16 Dekabr 2016 17:56

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə 2015-ci illə müqayisədə Azərbaycanın real ÜDM-i 1,235 mlrd. manat artacaq. Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə yer alan məlumatda deyilir.

Strateji Yol Xəritəsi: Ərzaq Təhlükəsizliyi Komissiyası yaradılacaq

16 Dekabr 2016 17:54

Ərzaq təhlükəsizliyi sahəsində koordinasiya, monitorinq, qiymətləndirmənin aparılması, proqram və layihələrin hazırlanması, həyata keçirilməsi, fövqəladə hallarda çevik tədbirlərin müəyyənləşdirilməsi və s. işlərin effektivliyinin təmin edilməsi üçün Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması nəzərdən keçiriləcək.

Hikmət Hacıyev: “Biz imitasiya xarakterli danışıqları qəbul etmirik”

16 Dekabr 2016 16:37

“Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri rəsmi İrəvanın yürütdüyü ənənəvi təxribat siyasətinin bir tərkib hissəsidir”. Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Mübariz Əhmədoğlu: “Həmsədrlərin yubanmağına heç bir ehtiyac yoxdur”

16 Dekabr 2016 16:36

“Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində nə edəcəyini bilmir. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını bütün tarixləri boyu əldə etdikləri ən böyük qənimət hesab edirlər və ona görə də bunu əldən buraxmaq istəmirlər”.  Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Netanyahu Azərbaycanda: perspektivli əməkdaşlıq və narahat olan dairələr

16 Dekabr 2016 16:32

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana ikinci səfəri geniş rezonans doğurub. Bunu iki istiqamətdə müşahidə etdik. Birincisi, ölkələr arasında əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlir. İqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı xüsusi komissiya yaradılır.

Prezident: “Moskvada Azərbaycanın ticarət nümayəndəliyi açılacaq”

16 Dekabr 2016 16:24

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dmitri Roqozin: “Moskva və Bakı bəzi mübahisəli məsələləri həll edib”

16 Dekabr 2016 16:22

“Rəsmi Moskva ilə Bakı iki tərəf arasında əvvəllər mübahisə yaradan bir sıra məsələləri həll edib”.

Amerika Sionist Təşkilatının rəhbəri: Azərbaycan ABŞ və İsrailin vacib müttəfiqidir

16 Dekabr 2016 16:16

Azərbaycan ABŞ və İsrailin vacib müttəfiqidir. Azərbaycanın ABŞ-dakı səfirliyinin "Amerikanın Əsas Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı (AƏYTPK)" ilə birgə bu ölkənin yeni seçilmiş prezidenti Donald Trampa məxsus oteldə keçirdiyi Hanukkah bayramı ilə bağlı tədbiri boykot edən yəhudi təşkilatlarının fəaliyyəti Azərbaycan, ABŞ və İsrail arasındakı münasibətlərə xələl gətirə bilər.

Brenda Şaffer: Azərbaycan Fələstin və İsrail arasında "körpü" ola bilər

16 Dekabr 2016 16:07

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri nəyisə tamamilə dəyişməyəcək, çünki onsuz da iki ölkənin münasibətləri kifayət qədər yüksək səviyyədədir.