Siyasət

Mübariz Əhmədoğlu: İran prezidentinin qəsbkar Ermənistana səfəri işğalçılığı dəstəkləmək mahiyyətlidir

19 Dekabr 2016 18:50

Müsəlman İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ermənistana səfərə gedir. Səfər dekabrın 21-də baş tutacaq. Dekabr ayının son dekadası İran prezidentlərinin səfəri üçün Ermənistana əlverişli tarixdir. Mahmud Əhmədinecatın səfərləri də bu dekadaya düşmüşdü. Xristian dünyası son dekadada siyasətlə yox, yeni il bayramı ilə məşğul olur.

Azərbaycan İranın işğalçı Ermənistana əməli təzyiq göstərəcəyini gözləyir

19 Dekabr 2016 18:43

İran prezidenti Həsən Ruhaninin dekabrın 21-də işğalçı Ermənistanın paytaxtı İrəvana  gözlənilən səfəri Azərbaycanda heç də birmənalı qarşılanmır. Siyasi proseslərin gedişindən az-çox məlumatlı olanların əksəriyyəti İranın ümumiyyətlə Ermənistanla əlaqələrini ilbəil artırmasını təəssüf hissi ilə qarşılayır.  

Dövlət sirri olan məlumatlarla işləyən rəhbər şəxslər attestasiyadan keçəcək

19 Dekabr 2016 18:24

Dövlət Təhlükəsizlik Xidməti “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi Qaydası”nı təsdiq edib.

“İran prezidentinin işğalçı ölkəyə səfəri heç bir çərçivəyə sığmır”

19 Dekabr 2016 17:41

“İslam həmrəyliyi ilə bağlı dərs deməyə meyilli olan İran rəhbərliyi bu səfərlə nümayiş etdirir ki, nə İslam həmrəyliyi onlar üçün əhəmiyyət kəsb edir, nə də ki, öz əhalisinin milli hisləri ilə hesablaşmaq istəyir”. Bunu açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov İran prezidenti Həsən Ruhaninin dekabrın 21-də Ermənistana planlaşdırılan səfərinə münasibət bildirərkən deyib.

İran üçün kim daha önəmlidir: Ermənistan, yoxsa Azərbaycan?

19 Dekabr 2016 17:40

"İran xarici siyasət prioritetlərində düzəlişlər etməlidir". İran İslam Respublikasının prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana rəsmi səfərə gedəcək. İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmailinin sözlərinə görə, bir günlük səfərin məqsədi İranın region və qonşu ölkələrlə əlaqələrinin dərinləşməsi və gücləndirilməsidir. Səfər zamanı H.Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. Eləcə də səfər çərçivəsində iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalanacaq, İrəvanda İran və Ermənistan iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.

Camal Əzimbəyli: Xarici ölkələrlə münasibətlər qurmaq Azərbaycanın daxili işidir

19 Dekabr 2016 16:44

Xarici dövlətlərlə qurulan və ölkəmizin inkişafı üçün faydalı olan ikitərəfli münasibətlər müstəqil bir ölkə kimi Azərbaycanın daxili işidir. Hər hansı dövlətin buna qarışmağa haqqı yoxdur. Bunu Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Erməni separatizminin xəstə təxəyyülü: faşistlərin kölə nəvələri

19 Dekabr 2016 16:33

Aprel döyüşlərində Ermənistan ordusunun aldığı ağır zərbə rəsmi İrəvanın psixoloji vəziyyətini elə pozub ki, hələ də reallıq hissindən uzaqdadır. Azərbaycanın bütün istiqamətlərdə dövlət olaraq əldə etdiyi nailiyyətlər bu prosesi daha da dərinləşdirməkdədir.

İsrail XİN Aleksandr Lapşinin həbsi və onun Azərbaycana ekstradisiyası ətrafındakı vəziyyəti şərh edib

19 Dekabr 2016 15:55

İsrail Xarici İşlər Nazirliyi Belarusda 40 yaşlı rusiyalı-israilli blogger Aleksandr Lapşinin həbsi və onun Azərbaycana ekstradisiyası ilə bağlı vəziyyəti şərh edib.

İran XİN-dən Şuşada məscid təmir etmək xəbərlərinə münasibət

19 Dekabr 2016 15:24

"İran şirkətinin Şuşada məscid təmir etməsinə dair yayılan xəbərləri təsdiqləmirik". Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü  Bəhram Qasimi deyib. 

Türkiyədəki terror hadisələrinin xarici və daxili faktorları

19 Dekabr 2016 15:16

“Etnik separatizm və terror Türkiyəyə təzyiq aləti olaraq hər zaman istifadə edilib və hazırda da baş verənləri yalnız bu çərçivədən qiymətləndirmək mümkündür”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Türkiyədə son günlər baş verən terror hadisələrinin səbəblər barədə danışarkən deyib.

Ermənistan sülh prosesindən yayınır

19 Dekabr 2016 14:35

Ermənistan bütün parametrlər üzrə sülh danışıqlarından yayınaraq Dağlıq Qarabağ probleminin diplomatik yolla həllinə əngəl olmağa çalışır. Bu vaxta qədər keçirilən danışıqlar prosesinə yaradılan əngəllər, tərəflərin sülhə yaxın olduğu ərəfədə İrəvanın ortaya qoyduğu aqressiv mövqe belə deməyə əsas verir. Bu günlərdə işğalçı ölkə yenə də öz ənənəsinə sadiqliyini nümayiş etdirdi. Belə ki, xalq diplomatiyası təşəbbüsü ilə çıxış edən və bu məqsədlə hazırlanmış platformanı dəstəkləyən gənc yazıçıLusine Nersisyan ötən həftə Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Azərbaycanda da hesab edirlər ki, Ermənistan hakimiyyətinin atmış olduğu bu addım Yerevanın sülh tərəfdarı olmadığının göstəricisidir.

Ermənistan yeddi rayonu qaytarmağa hazırdır, Bakı isə... – PRİNSİPİAL ŞƏRT

19 Dekabr 2016 14:24

“Serj Sarkisyan yeddi rayonu qaytarmağa hazırdır. Azərbaycan isə “ya hamısı, ya da heç biri” şərtini irıli sürür. Bu, Ermənistanı çətin vəziyyətə salır”.

Dəm qazından zəhərləndi

19 Dekabr 2016 13:48

Sumqayıt sakini dəm qazından zəhərlənib.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 18-də Sumqayıt şəhərində yaşayan Lalə Kazımova evində dəm qazından zəhərlənərək ölüb. Araşdırma aparılır.

Səfir: "Azərbaycan "İstanbul prosesi"ndə çox mühüm rol oynayır"

19 Dekabr 2016 12:58

Əfqanıstan gələn il Bakıda keçiriləcək "Asiyanın ürəyi" nazirlər konfransının ideyasına görə Azərbaycana minnətdardır. Bunu eksklüziv olaraq Əfqanıstanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Məhəmməd Tağı Xəlili deyib.