Ermənistan sülh prosesindən yayınır
Ermənistan bütün parametrlər üzrə sülh danışıqlarından yayınaraq Dağlıq Qarabağ probleminin diplomatik yolla həllinə əngəl olmağa çalışır. Bu vaxta qədər keçirilən danışıqlar prosesinə yaradılan əngəllər, tərəflərin sülhə yaxın olduğu ərəfədə İrəvanın ortaya qoyduğu aqressiv mövqe belə deməyə əsas verir. Bu günlərdə işğalçı ölkə yenə də öz ənənəsinə sadiqliyini nümayiş etdirdi. Belə ki, xalq diplomatiyası təşəbbüsü ilə çıxış edən və bu məqsədlə hazırlanmış platformanı dəstəkləyən gənc yazıçıLusine Nersisyan ötən həftə Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Azərbaycanda da hesab edirlər ki, Ermənistan hakimiyyətinin atmış olduğu bu addım Yerevanın sülh tərəfdarı olmadığının göstəricisidir.
19 Dekabr 2016 14:35 SiyasətErmənistan bütün parametrlər üzrə sülh danışıqlarından yayınaraq Dağlıq Qarabağ probleminin diplomatik yolla həllinə əngəl olmağa çalışır. Bu vaxta qədər keçirilən danışıqlar prosesinə yaradılan əngəllər, tərəflərin sülhə yaxın olduğu ərəfədə İrəvanın ortaya qoyduğu aqressiv mövqe belə deməyə əsas verir. Bu günlərdə işğalçı ölkə yenə də öz ənənəsinə sadiqliyini nümayiş etdirdi. Belə ki, xalq diplomatiyası təşəbbüsü ilə çıxış edən və bu məqsədlə hazırlanmış platformanı dəstəkləyən gənc yazıçıLusine Nersisyan ötən həftə Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Azərbaycanda da hesab edirlər ki, Ermənistan hakimiyyətinin atmış olduğu bu addım Yerevanın sülh tərəfdarı olmadığının göstəricisidir.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, "Zorakılıqdan azad qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi, Milli Məclisin deputatı Sahibə Qafarovanın sözlərinə görə, gənc yazıçı Lusine Nersisyanın Ermənistan xüsusi xidmət orqanları tərəfindən həbsi onu göstərir ki, Sərkisyan rejimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini istəmir. O, bildirib ki, İrəvan hakimiyyəti hər vəchlə sülh danışıqlarının gedişini pozmağa, sülh naminə irəli sürülən təşəbbüslərə mane olmağa çalışır: "Lusine Nersisyanın həbsi beynəlxalq ictimaiyyət tərəfindən haqlı qınaqla qarşılanıb. Bəzi beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən, xarici ölkələrin diplomatik nümayəndəlikləri bununla bağlı etirazlarını bildiriblər. Amma Ermənistandakı kriminal rejim bu çağırışlara məhəl qoymur. Bu, Ermənistan dövlətinin sülh təşəbbüslərinə qarşı aqressiya nümayiş etdirdiyi ilk belə hal deyil. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 20 ildən artıq davam edən danışıqlar əgər bir nəticə verməyibsə, bunun birbaşa məsuliyyəti Ermənistan hakimiyyətinin üzərindədir. Çünki Ermənistan rəhbərliyi bu danışıqlarda daim imitasiya ilə məşğul olub, hətta bəzən çox qeyri-ciddi bəhanələrlə danışıqlardan imtina edib. O cümlədən, bu günə qədər istər beynəlxalq ictimaiyyət və təşkilatlar, istərsə də vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən irəli sürülən sülhə dəstək təşəbbüsləri də Sarkisyan hakimiyyəti tərəfindən top-tüfənglə qarşılanıb".
Sahibə Qafarovanın fikrincə, L.Nersisyanın həbsi, eləcə də digər erməni fəalı Armen Virabyanın anasının və yaxınlarının işdən azad edilərək, təhqir və fiziki təzyiqlərə məruz qalması həm də o reallığı ortaya çıxarır ki, işğalçı ölkədə həqiqəti ifadə edən, Sərkisyan rejiminin işğalçı mahiyyətinə uyğun gəlməyən fikirlər səsləndirən hər bir erməni ölkənin xüsusi xidmət orqanlarının ciddi təzyiqlərinə, bir çox hallarda həbs və işgəncələrə məruz qalırlar: "Sərkisyanın başçılıq etdiyi cinayətkar rejimin işğalçı ölkə fəallarının Bakı platformasına qoşulmasından ciddi narahatlıq keçirməsinin səbəblərinə gəlincə, millət vəkilinin sözlərinə görə, Ermənistandan olan hüquq müdafiəçiləri və QHT rəhbərləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri qəbul edir, Ermənistanın işğalçılıq siyasətini və bu siyasəti davam etdirən Sarkisyan rejimini ifşa edirlər. Ona görə də hazırda Ermənistan rəhbərliyi bütün gücünü Bakı platformasının fəaliyyətinə mane olmağa
səfərbər edib. Çünki Sarkisyan rejimi yaxşı anlayır ki, bölgədə sülhün əldə olunması onların sonu ilə nəticələnə bilər. Ona görə də istənilən real sülh təşəbbüsünə qəti etiraz edir və bu prosesə qoşulanları ağır şəkildə cəzalandırmağa başlayıb". Millət vəkili bu kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılmasının İrəvan hakimiyyətinin kriminal mahiyyətinin ifşa olunması baxımından əhəmiyyətini qeyd edib.
Politoloq Ramiz Alıyev də hesab edir ki, Ermənistan hakimiyyəti bu kimi addımları ilə sülh tərəfdarı olmadığını bir daha ortaya qoyur: "Azərbaycan tərəfi beynəlxalq hüququn ona verdiyi imkanlara dayanaraq işöal altında olan torpaqlarını azad etməyə başlayanda isə Sərkisyanın beynəlxalq aləmə yönəlik yalvarışları nəzərə çarpır. Göründüyü kimi bu ölkə nə sülh, nə də müharibə tərəfdarıdır. Çünki hər iki halda Azərbaycanın işğal altında olan əraziləri geri qaytarılmalıdır. Ona görə də Ermənistanın quldur hakimiyyəti maksimum dərəcədə çalışır ki, mövcud status-kvo saxlanılsın və bundan da öz istədiyi kimi yararlansın". Ramiz Alıyev təəssüf hissi ilə qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar, hətta Minsk qrupunun həmsədrləri belə Ermənistanın quldur hakimiyyətinin məlum planına bu və ya digər formada dəstək nümayiş etdirirlər.
Füzuli