Siyasət

Dağlıq Qarabağ probleminin arxa plana çəkilməsinin SƏBƏBLƏRİ

26 Dekabr 2016 11:59

“Ermənistan anlayır ki, Rusiya ilə Türkiyə münasibətlərinin istiləşməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına təsir göstərə bilər.  Bu baxımdan da onlar arasında münasibət pisləşdikdə çalışır ki, vəziyyət daha da pik nöqtəyə çatsın və  düşmən ölkə Rusiya vasitəsilə Türkiyəyə saxta soyqırımını qəbul etdirsin”. Bunu açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Prezident İlham Əliyev və xanımı "Bakı Ağ Şəhər"də görülən işlərlə tanış olublar

26 Dekabr 2016 11:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da "Bakı Ağ Şəhər"də görülən işlərlə tanış olublar. Dövlət başçısına və xanımına "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində görülən işlər barədə məlumat verildi. AZƏRTAC

Prezident İlham Əliyev və xanımı Bakıda yeni salınmış parkın açılışında iştirak ediblər

26 Dekabr 2016 11:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər. Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış oldular. AZƏRTAC

Prezident İlham Əliyev və xanımı açılışında iştirak ediblər - YENİLƏNİB

26 Dekabr 2016 11:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev küçənin rəmzi açılışını bildirən lenti kəsdi. AZƏRTAC

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir 

23 Dekabr 2016 19:01

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Müdafiə Nazirliyinin 2016-cı il üçün döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüşə hazırolma səviyyəsinin yoxlanılması davam edir.

Ermənistan torpaqları sülhlə qaytarmasa, müharibə yolu ilə azad etməyə hazırıq

23 Dekabr 2016 18:49

“Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevordumuzun ən yeni silah sistemi və vasitələrlə təchiz edilməsinə sadiq olduğunu növbəti dəfə nümayiş etdirib. Bu gün biz torpaqlarımızı işğal altında saxlayan Ermənistandan gələn təhdidlərin qarşısının alınması iqtidarında olduğumuzu nümayiş etdiririk”.

Şair Ramaldanov: “İldırım”dan vahiməyə düşən Ermənistanın susqunluğu davam edir”

23 Dekabr 2016 18:46

“Azərbaycan Silahlı Qüvvələrinin real döyüş atışları icra etməklə, “İldırım” zenit-raket komplekslərini nümayiş etdirməsi Ermənistanda birmənalı şəkildə şok effekti yaradıb”. Bunu  açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

"AŞPA-nın növbəti iclası Azərbaycan üçün çox vacibdir"

23 Dekabr 2016 18:28

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti iclası gələn ilin ilk iclası olduğuna görə, Azərbaycan tərəfi üçün çox vacibdir. Bu sözləri  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidov deyib. S.Seyidov Ermənistan tərəfi ilə AŞPA sədri Pedro Aqramuntun təşəbbüskarı olduğu görüşün mümkünlüyünü istisna etməyib. O deyib: "Ola bilər ki, növbəti sessiya zamanı bu görüş baş tutsun. Biz artıq bu təşəbbüsə razılığımızı vermişik, hər şey Ermənistan tərəfindən asılıdır." AŞPA-nın qış sessiyası yanvarın 23-27-də keçiriləcək. Trend.az