İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
25 Dekabr 2016 18:52 SiyasətPrezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
AZƏRTAC- xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç,
Çoxsaylı insan tələfatı ilə nəticələnmiş "Tu-154" təyyarəsinin qəzaya uğraması barədə xəbər məni sarsıtdı.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31