Siyasət

Ərdoğan Afrikaya səfər edəcək

10 Yanvar 2017 18:18

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 22-25 yanvar tarixlərində Afrikaya səfər edəcək. Qitə səfəri çərçivəsində R.T.Ərdoğan Tanzaniya, Mozambik və Madaqaskara gedəcək.

BQXK: Azərbaycan əsgərinin meyiti ailəsinə mümkün qədər tez qaytarılmalıdır

10 Yanvar 2017 18:10

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan beynəlxalq sərhədində baş vermiş hadisə zamanı həlak olan azərbaycanlı əsgərlə bağlı münaqişə tərəfləri ilə iki tərəfli dialoqu davam etdirir.

Ekspert: Ermənistan parlament seçkilərinədək Qarabağ məsələsində ciddi addım atmayacaq

10 Yanvar 2017 17:03

Bir çoxlarının 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsində ciddi irəliləyişlərin olacağına ümidləri var, amma hələlik münaqişə ətrafındakı vəziyyətin yaxşılaşmasının əlamətləri nəzərə çarpmır.

Azərbaycana gələn İsrail vətəndaşlarının NƏZƏRİNƏ

10 Yanvar 2017 16:39

İsrail Azərbaycana səfər etmək istəyən ölkə vətəndaşları üçün viza rejimində dəyişiklik edib. Viza əvvəlki kimi Heydər Əliyev adına hava limanında deyil, sırf evisa.gov.az saytı vasitəsilə veriləcək. Azərbaycana viza almaq istəyən İsrail vətəndaşı həmin saytda göstərilən təlimatlara əməl etməlidir. Bu barədə  Modern.az İsrail KİV-nə istinadən xəbər verir.

Azərbaycan prezidenti Rəfsəncaninin vəfatı ilə əlaqədar İran səfirliyində olub

10 Yanvar 2017 15:31

Prezident İlham Əliyev yanvarın 10-da İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub. Məlumata görə, dövlət başçısı İranın keçmiş prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Apa.az

AŞPA həmməruzəçiləri yanvarın 12-də Azərbaycana səfər edəcəklər

10 Yanvar 2017 15:24

AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda yanvarın 12-dən 14-nə kimi Azərbaycana faktaraşdırıcı səfər edəcəklər.

Prezident: "Makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli olması vacibdir"

10 Yanvar 2017 15:19

"2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli olması vacibdir". Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Ölkəmizə olan beynəlxalq maraq artır

10 Yanvar 2017 15:13

Pakistan mətbuatnın yazdığına görə, Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib. Bundan başqa Tacikistan və İndoneziya da eyni qərar veriblər və bununla qurumun üzvlərinin sayı 42-yə çatıb. Azərbaycan mətbuatı Pakistan mətbuatına istinadən bu xəbəri yaydıqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev rəsmi Bakının İslam Hərbi Alyansına üzvlüklə bağlı qərar vermədiyini bildirdi.

İlham Əliyev: “Roma Papasının bəyanatları bir daha ölkəmizin önəmini təsdiqləyib”

10 Yanvar 2017 14:54

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il qazanılan uğurlardan danışıb. 

Azərbaycan prezidenti: “Aprel döyüşlərində Ermənistan tərəfindən yaradılmış mif tam darmadağın edildi”

10 Yanvar 2017 14:50

“Özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər”. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Prezident: “Ötən il əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna nail olundu”

10 Yanvar 2017 14:47

“2016-cı il tarixdə dərin iqtisadi islahatlar ili kimi qalacaq. Qəbul edilən qərarlar nəticəsində qeyri-neft sektorunun inkişafı bundan sonra da diqqət mərkəzində olacaq”. Məlumata görə, bu sözləri Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. O bildirib ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində Ümumi Daxili Məhsulun həcmi azalsa da, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub: “Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik. Artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektoru inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin olunacaq. Əminəm ki, bütün dediyim hədəflərə çatacağıq”.

İlham Əliyev: "Ötən il maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır"

10 Yanvar 2017 14:46

“Ötən il Azərbaycanda sosial məsələlərin həlli diqqət mərkəzində olub”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Azərbaycan prezidenti: “Neftin qiymətinin düşməsi nəticəsində yaranan böhrandan çıxış yolu tapılıb”

10 Yanvar 2017 14:20

“2016-cı ildə təhlükələr artıb, qanlı müharibələr davam edib, hətta yeni münaqişə ocaqları yaranıb”.

Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi ili elan edib

10 Yanvar 2017 14:10

“2016-cı il tarixdə dərin islahatlar ili kimi qalıb, iqtisadi böhran vəziyyətindən çıxış yolu tapılıb”. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Dövlət başçısı 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi ili elan edib. Apa.az