İlham Əliyev: “Roma Papasının bəyanatları bir daha ölkəmizin önəmini təsdiqləyib”
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il qazanılan uğurlardan danışıb.
10 Yanvar 2017 14:54 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il qazanılan uğurlardan danışıb. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev ötən il Cənub Qaz Dəhlizi və "Şahdəniz-2" layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını, TANAP layihəsinin böyük hissəsinin icra edildiyini nəzərə çatdırıb.
Dövlət başçısı deyib ki, 2016-cı ildə Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı tədbirlər görülüb. O bildirib ki, 2016-cı il idman sahəsində də uğurlarla yadda qalıb: "Azərbaycan idmançıları Rio-2016 Olimpiya Oyunlarında tarixi nailiyyətlərə imza atıblar".
Prezident keçən ilin sentyabrında baş tutan referendumun nəticələrindən də danışıb: "Referendum xalqımızın iradəsini əks etdirib".
Ötən ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyini xatırladan prezident İlham Əliyev bu çərçivədə Bakıda bir neçə mötəbər tədbir keçirildiyini qeyd edib: "Roma Papasının Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar bir daha ölkəmizin önəmini təsdiqləyib". Apa.az