Siyasət
Azərbaycan Mançesterdə törədilmiş terror aktına- MÜNASİBƏT
Azərbaycan Böyük Britaniyanın Mançester şəhərində stadionda törədilmiş terror aktını pisləyir. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində yazılıb. Nazirlik hadisə ilə bağlı həlak olanların yaxınlarına və Böyük Britaniya hökumətinə dərin hüznlə başsağlığı verdiyini bildirib.
Britaniya səfirliyi Azərbaycanı İslam Oyunlarında qələbəsi münasibətilə təbrik edib
Böyük Britaniyanın Bakıdakı səfirliyi ötən gün başa çatmış IV İslam Həmrəyliyi Oyunlarında medal hesabında qalib gəlməsi münasibətilə Azərbaycanı təbrik edib. Səfirliyin təbrikində həmçinin, Oyunların bağlanış mərasiminin də çox gözəl keçdiyi vurğulanıb.
İslamiada: dünya Azərbaycanın qəlbini gördü
"İndiyədək çox yarşılarda olmuşuq. Yeni yarışlar, çempionatlar, turnirlər olacaq. Amma Azərbaycanı əsla unutmayacağıq. Buranın insanlarına heyran qaldıq. Azərbaycanın qəlbini gördük, ürəyini duyduq. Sizə çox minnətdarıq".
Rusiyada mayın 28-də təxribat planlaşdıran ermənilərə xəbərdarlıq edilib
Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günü - 28 mayda planlaşdırılan təxribatla bağlı erməni gənclərə xəbərdarlıq edilib. Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev bildirib ki, Kursk erməni gənclər Assosiasiyası mayın 28-də şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” ilə bağlı elanları yaydıqdan sonra Rusiyada yaşayan azərbaycanlı gənclər adından rəsmi qurumlara, o cümlədən şəhər meriyasına müraciət olunub və narahatlıq bildirilib.
Politoloq: “Azərbaycan İslam sivilizasiyasının mərkəzlərindən biri olub”
“İdmanın 21 növü üzrə 57 dövlətin 6 000 -ə yaxın idmançısının mübarizə apardığı IV İslam həmrəylik Oyunları bundan əvvəlki oyunlardan öz miqyasına görə daha geniş idi. Misal, üçün İndoneziyada və Səudiyyə Ərəbistanında idmanın 18 növü üzrə müvafiq olaraq 41 və 53 dövlətin iştirakı ilə yarışlar keçirilmişdi”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Türkiyədəki Azərbaycan diasporu: “ÜAK-ın bağlanması qəbulolunmazdır”
Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Rusiya Federasiyası Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə dair qərarını ciddi narazılıqla qarşılayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İSTAD) bəyanat yayaraq Ali Məhkəmənin müvafiq qərarını qınayıblar.
Ermənilər mövqelərimizə 4 mərmi atdı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.
XİN: Mançesterdəki terrorda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır
“Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını yerli orqanlar vasitəsilə araşdırır”.
Batumidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir
Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb. Gürcüstan müdafiə naziri Levan İzoria Mançester şəhərində törədilmiş terror zamanı həlak olan şəxslərin ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib.
“Səfərin məqsədi ölkələr arasında səyləri daha da gücləndirməkdir"
“Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyır”. Bunu Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Tahir Mirkişili deyib.
Azərbaycanın milli bayramı-Respublika Günü Daşkənddə qeyd edilib
Azərbaycanın Özbəkistandakı səfirliyi 28 May - Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirib. Qəbulda Özbəkistanın Baş naziri Abdulla Aripov, bu ölkədə akkreditə olunan səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Ərdoğan ölkə rəhbərləri ilə bütün görüşləri ləğv etdi - SƏBƏB
Kuba mətbuatında “Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi”
Kubanın ən çox oxunan nüfuzlu “Bohemia” jurnalında Azərbaycanda uğurla keçirilmiş IV İslam Həmrəyliyi Oyunları barədə ölkənin tanınmış jurnalisti Maria Viktoria Valdesin geniş məqaləsi dərc edilib.Azərbaycanın Kubadakı səfirliyindən “Olaylar” – a bildirlib ki, “Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi” başlıqlı məqalədə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Azərbaycanda xüsusi dövlət proqramına uyğun olaraq kütləvi və peşəkar idmanın inkişaf etdirilməsindən söz açılır, bu mühüm siyasətin əsasının xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğu və hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi vurğulanır. Məqalədə, Azərbaycanın Birinci Vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yarışların təşkilində mühüm xidmətləri qeyd edilərək, Bakı 2017 Oyunlarının olduqca yüksək səviyyədə təşkil edilməsi və heyranedici açılış və bağlanış mərasimləri ilə yaddaşlarda qalacağı bildirilir. Qeyd edilir ki, “Gücümüz həmrəylikdədir” devizi ilə başa çatmış idman bayramı qardaşlıq və birlik ideyalarını özündə daşıyan islam mədəniyyətinə məxsus müxtəlif cəmiyyətləri Bakıda birləşdirmişdir.
Ermənistan rejiminin cinayətkar elitası ŞOK FAKTLAR
Ermənistanda kök salmış “oğru qanunları” və kriminallıq faktorunun bilavasitə hakimiyyətin yüksək eşalonunlarında təşəkkül tapması halı növbəti dəfə özünü Ermənistanın İnvestisiya Klubunun üzvü Ruben Tatulyanın (Robson) Çexiya polisi tərəfindən saxlanılması ilə sübuta yetirdi. Belə ki, R.Tatulyanın bu Avropa ölkəsində saxlanılmasına səbəb onun oğruların “sxodkasını” (bəhsini-R.R.) təşkil etməsi olub. Onu da qeyd etmək yerinə düşərdi ki, Ermənistanın mövcud rəhbərliyi ilə sıx təmaslarda olunan şəxslərin bənzər hallarla rastlaşması birinci hadisə deyil. Məhz bununla bağlı erməni ictimai rəyində narazılıq sindromları artmağa başlayıb, Serj Sarkisyan rejiminin oğru və kriminal şəxslərdən ibarət formalaşmasının ortaya çıxan sübut və dəlilləri sadə xalqı narahat etməyə başlayıb.
İbrahim Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
Prezident İlham Əliyev İ.S.Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.














