Siyasət

Fatma Səttarovaya Prezidentin fərdi təqaüdü verilib

22 May 2017 18:10

Prezident İlham Əliyev F.H.Səttarovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

22 May 2017 17:48

ABŞ-ın Ankardakı səfiri Con Bass Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu haqda Türkiyə XİN-i açıqlama yayıb. "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftə Vaşinqtona ziyarəti zamanı Türkiyənin ABŞ-dakı səfirliyinin binası qarşısında prezidentimizin mühafizə xidmətinin əməkdaşlarına qarşı hücumu, təcavükar davranışın dipolmatik qaydalara zidd olduğu ABŞ səfirinin diqqətinə çatdırlıb. ABŞ rəsmilərindən bu məsələ ilə bağlı istintaqa başlaması və lazım olan açıqlamanı verməsi səfirdən rəsmi olaraq, tələb edilib", - deyə açıqlamada vurğulanıb.

Politoloq: “Torpaqlar qeyd şərtiz gerçək sahibinə qaytarılmalıdır” 

22 May 2017 17:34

“Bu yaxınlarda Dağlıq Qarabağda Azərbaycan ordusu tərəfindən vurulan “OSA hava hücumu” qurğusunun Rusiyaya məxsus olması bir çox suallar yaradır. Ermənistan bu faktı qabardaraq Azərbaycan tərəfini hərbi eskalasiyanı qızışdırmaqda günahlandırmağa çalışsalarda əslində bu hadisə onların əleyhinə işlədi. Ermənistanın bu hadisəyə cavab verəcəyi hədələri də yersizdir və cavab vermək imkanları da məhduddur”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.

IV İslam Həmrəyliyi Oyunları həmrəylik tədbiri kimi tarixdə qalacaq

22 May 2017 17:30

“IV İslam Həmrəyliyi Oyunları həqiqətən də müsəlman ölkələr arasında birlik və həmrəylik tədbiri kimi tarixdə qalacaq”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndiriib.

Həmsədrlər Laçın koridorunun ələ keçirilməsini və ya dağıdılmasını aktuallaşdırırlar

22 May 2017 17:28

ATƏT-in Minsk Qrupu həmsədrləri ilk dəfə idi bir hərbi hadisə barədə bəyanat yayırdılar. Bəyanatın diqqət çəkən məqamları hədsiz çoxdur:

QDİƏT-in İstanbul sammitinin yekun bəyannaməsi qəbul edilib

22 May 2017 17:12

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) dövlət və hökumət başçılarının İstanbulda keçirilən 25-ci zirvə toplantısı başa çatıb. Toplantının sonunda iştirakçılar tərəfindən yekun bəyannamə qəbul edilib.

Ermənistan-Azərbaycan Sülh Platformasından YENİLİK: Rusiya ilə danışıqlar aparılır

22 May 2017 16:48

“Ermənistan-Azərbaycan Sülh Platforması ətrafında əlaqələr genişlənir. Qarşı tərəfdən bu platformaya maraq göstərənlər çoxdur. Təbii ki, işğalçı siyasət həyata keçirənlər, xalq diplomatiyasının işini qəbul etməyənlər  Qarabağ probleminin həllində maraqlı deyillər. Ona görə də bizə dəstək olan sadə vətəndaşlara qarşı təzyiq həyata keçirirlər”. 

AP-nin komitə sədri: “Azərbaycan Avropa üçün dəyərli tərəfdaşdır”

22 May 2017 16:35

“Avropa Parlamentinin nümayəndə heyəti bu səfəri ilə bir daha bildirmək istəyir ki, Azərbaycan Avropa üçün dəyərli tərəfdaş, böyük maraq kəsb edən dövlətdir”. Bunu Bakıda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli məclisdə keçirilən brifinqdə bildirib.

MakAlister: "Bəzi parlamentarilərin Dağlıq Qarabağa səfərinə görə Avropa Parlamenti cavabdehlik daşımır"

22 May 2017 16:34

Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister AP-nin bəzi üzvlərinin Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər etməsinə münasibət bildirib.

"ÜAK-ın ləğvində ermənipərəst qüvvələr fəal iştirak ediblər"

22 May 2017 16:23

"Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) qeydiyyatının ləğv edilməsi barədə çıxarılan qərarın böyük bir hissəsi artıq Rusiya vətəndaşları olan milyonlarla azərbaycanlının hüquq və azadlıqlarının pozulmasına səbəb olub". Bunu  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

Ərdoğan: “QDİƏT yaradılanda bəziləri onun yaşaya biləcəyinə inanmırdı”

22 May 2017 15:19

“Bundan sonrakı əsas hədəfimiz - davamlı inkişaf olmalıdır”. Bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısından sonra təşkil olunan mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İcazəsiz Dağlıq Qarabağa səfər edən üzvlər Avropa Parlamenti adından çıxış etmirlər" - Rəsmi mövqe

22 May 2017 15:01

Azərbaycanın icazəsi olmadan Avropa Parlamentinin (AP) Dağlıq Qarabağa səfər edən üzvləri AP adından çıxış etmirlər. Bunu Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli Məclisdə jurnalistlərə deyib. 

Səməd Seyidov: “Avropa Parlamentində Ermənistanla Azərbaycan arasında sülh platformasının həyata keçirilməsinin tərəfdarıyıq”

22 May 2017 14:56

“Ermənistan və Azərbaycan arasında sülh platformasının Avropa Parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq. Bu mesajı həm Avropa Parlamentində, həm təşkilatın buradakı nümayəndə heyəti ilə görüşlərdə, həm də başqa beynəlxalq təşkilatlarda səsləndiririk”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin nümayəndə heyəti ilə birgə keçirilən brifinqdə bildirib.

Dmitri Medvedev: “QDİƏT ölkələri arasında ticarət dövriyyəsinin həcmi artırılmalıdır”

22 May 2017 14:54

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ticarət dövriyyəsinin həcmi artırılmalıdır”. Bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) dövlət və hökumət başçılarının İstanbulda keçirilən 25-ci zirvə toplantısında çıxış edən Rusiyanın baş naziri Dmitri Medvedev deyib. O bildirib ki, təşkilat gələcək üçün qarşısında daha iddialı vəzifələr qoymalıdır.

Azərbaycan və Gürcüstanın müdafiə nazirləri Tbilisidə bir arada

22 May 2017 14:40

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb. Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub. Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.