Siyasət
İsveçrədə yaşayan azərbaycanlılardan etiraz
İsveçrədə Azərbaycanlıların Mədəniyyəti Dərnəyi Rusiya Federasiyasının Preizdenti, Rusiya Federasiyasının Ali Məhkəməsi, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bəyanatda ÜAK-ın qeydiyyatının ləğvi məsələsi ilə bağlı dərin təəssüf hissi ifadə olunub. “İsveçrədə yaşayan azərbaycanlıları birləşdirən böyük bir təşkilat kimi bilirik ki, diasporla işin qurulması, vətənlə mədəni əlaqələrin qorunub saxlanılması çətindir.
Rusiyada etnik və dini azlıqlarla qarşı ikili standartlar tətbiq olunur
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi nəinki ölkə ictimaiyyəti, eləcə də Rusiyanın özündə fəaliyyət göstərən müxtəlif icmaların nahazılıq və narahatçılığına səbəb olub. Azərbaycan icmasının ləğvi ilə əsası qoyula biləcək president artıq Rusiya Federasiyasında fəaliyyət göstərən müxtəlif millərlərin icmalaranı narahat etməyə başlayıb.
İslam Həmrəyliyi Siyasəti: Azərbaycanın qlobal humanizmə töhfəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı və bu istiqamətdə geniş fəaliyyətə başlanılması – mühüm siyasi addım və qlobal humanizm aktı kimi ölkəmiz üçün, bütün islam ölkələri və eləcə də, bütün dünya üçün müstəsna əhəmiyyətə malikdir.
Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika sammiti
Bu günlər bütün müsəlman aləmi və Qərb dünyasının diqqəti Ər-Riyada yönəlib. Belə ki, mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib. Dünyanın söz sahibi olan dövlət və hökumət başçıları, ərəb ölkələrinin rəhbərlərinin qatıldığı sammitdə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Ər-Riyada dəvət edilib və dövlət başçısı sammitdə iştirak edib.
Azərbaycan Qarabağın nümunəsində haqq, ədalətin və ayrı-ayrı qüvvələrin maraqlarının qarşıdurmasını yaşayır
Günümüzdə dünya gücləri arasında gedən regional savaşda təəssüflər olsun ki, tərəflər ən qəbuledilməz vasitə və metodlardan istifadə edirlər. Bu qeyri-sağlam mübarizə bu günlərdə Yaxın Şərqdə, daha dəqiq desək Suriya məsələsində özünü daha aydın şəkildə göstərir. Belə ki, bir tərəfdən Qərb Suriyada Türkiyə-Rusiya ittifaqının möhkəmlənməməsi İŞİD terror təşkilatına dsətək nümayiş etdirir, digər tərəfdən Birləşmiş Ştatlar Suriyaya Türkiyə təsirinin azaltmaq üçün YPĞ terror təşkilatına hərbi dəstək verir, bütün bunlarla yanaşı Rusiyada öz növbəsində Qərbin Suriyada möhkəmlənməsini əngəlləmək üçün əliqanlı terrorçu Əsədi ciddi cəhdlə müdafiə edir.
Kıbrısda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi gözlənilir
Xalça muzeyində keçirilən II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışları” simpoziumunda iştirak edən Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki səfiri xanım Ufuk Turganer ikinci dəfə keçirilən simpoziumun bu dəfə daha da yüksək səviyyədə hazırlandığını bildirdi. “ Türklərin ortaq dili olan naxışlar əl əməyi – göz nurudu. Kıbrıs türklərinin də, ana vətən Türkiyənin də can Azərbaycanla nə qədər ortaq mədəniyyətinin və ortaq dəyərlərimizin olduğunu görürük. Bu gün çox gözəl gündü” – deyə xanım Ufuk Turganer bildirdi. Xanım səfir Kıbrısda Azərbaycan mədəniyyət günlərinin və eləcə də Azərbaycanda Kıbrıs mədəniyyət günlərinin keçirilməsinə dair bir sıra layihələr mövcud olduğunu bildirdi.
“Türkiyənin və Azərbaycanın İslam dünyasına bu şəkildə rəhbərlik etməsi çox gözəldi”
II Beynəlxalq “Türk dünyasının ortaq dilii – naxışlar” simpoziumunda iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral IV İslam həmrəyliyi oyunlarında Türkiyənin çıxışını yüksək qiymətlənirən səfir qızıl medalların sayında sona qədər Azərbaycan yarışdıqlarını xatırlatdı. “ Son anda Azərbaycan üstünlük əldə etdi.Birinci Azərbaycan oldu, amma biz də medal sayına görə ən çox qazanan ölkə olduq. Türkiyənin və Azərbaycanın islam dünyasına bu şəkildə rəhbərlik etməsi çox gözəldi” –deyə, səfir bildirdi.
Ərdoğan QDİƏT toplantısında Ermənistan nümayəndəsinin Azərbaycan əleyhinə çıxışına sərt reaksiya verib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbulda keçirilən zirvə toplantısında Ermənistan xarici işlər nazirinin köməkçisi Aşot Hovakimyanın çıxışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın narazılığına səbəb olub. A. Hovakimyan çıxışında bildirib ki, Azərbaycan tərəfi siyasi günahlandırmadan əl çəkməlidir.
Almaniyadakı Azərbaycan diasporu Putinə müraciət etdi
Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları – Drezdendəki Alm.Az Cəmiyyəti, Saksoniya-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Avropa Əməkdaşlıq Forumu Təşkilatı İdarə Heyətinin üzvləri Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin qeydiyyatı ilə əlaqədar Rusiya Federasiyası Prezidenti Vladimir Putinə müraciət qəbul edib.
Kanada Azərbaycan Tədqiqatları İnstitutu ÜAK-la bağlı Rusiya XİN-ə məktub ünvanlayıb
Kanada Azərbaycan Tədqiqatları İnstitutu Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğvi ilə bağlıRusiyanın Xarici İşlər Naziri Sergey Lavrova məktub ünvanlayıb.
“Ermənistanın təxribatları öz başında çatlayacaq”
“Ermənistan artıq uzun müddətdir ki, Azərbaycana qarşı təxribatlarını davam etdirir. Adətən bu proses Azərbaycanda mühüm tədbirlər həyata keçiriləndə, eyni zamanda ölkə üçün önəmli dönəmlərdə və ya danışıqlar prosesi öncəsi baş verir. İndiki şəraitdə isə düşmənin ölkənin cəbhə xəttində aktivləşməsinin əsas səbəbləri Azərbaycan ordusunun erməni təxribatlarına qarşı tutarlı cavab verməsi, Ermənistan ordusunda hökm sürən fərarilik hallarının kifayət qədər artması, eləcə də düşmən ölkədə ictimai-siyasi durumun kifayət qədər acınacaqlı vəziyyətdə olması ilə bağlıdır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Ekspert: “ÜAK heç bir qanunsuzluğa yol verməyib”
“Hesab edirəm ki, Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə bağlı məsələ hələ də tam qapanmayıb. Çox yaxşı olardı ki, bizim ölkənin müvafiq rəsmi və qeyri-rəsmi qurumları bizim narahatçılığımızı və narazılığımızı Rusiya Federasiyasının mümkün olan bütün alt və üst qatlarına çatdırmaqda davam edərdilər.
Azər Həsrət: “Tədbirlərə ev sahibliyi etmək asan məsələ deyil”
“Hər şeydən öncə IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirlərin ev sahibliyinin Azərbaycana etibar edilməsi bizim dövlətin dünya miqyasında tanınmasının, qəbul edilməsinin, güvənli olmasının təsdiqidir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
İstanbulda QDİƏT sammiti başlayıb
Bu gün Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının 25-ci Zirvə toplantısı öz işinə başlayıb.












