Siyasət

Azərbaycan prezidenti Abu-Dabinin vəliəhdi ilə görüşüb

22 May 2017 11:24

Azərbaycan prezidenti İlham Əliyev mayın 21-də Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.

Ermənilər Rusiyada mayın 28-də Azərbaycana qarşı təxribat hazırlayırlar

22 May 2017 11:19

Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günündə - 28 mayda ermənilər tərəfindən təxribat hazırlanır. Kursk erməni gənclər Assosiasiyası həmin gün şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” planlaşdırıblar. Erməni gənclər məsələni artıq rəsmi qurumlarla razılaşdırdıqlarını bəyan ediblər.

Qənirə Paşayeva: “Dünyanın nüfuzlu qadınları Ermənistana qarşı öz etiraz səsini ucaltmalıdır”

22 May 2017 11:17

Millət vəkili Qənirə Paşayeva Ümdünya Qadın Sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maiza Arab Əl Şamsi ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüş zamanı millət vəkili Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmuniyyət yaratdığını deyib.

Ermənilər qumbaraatanlardan istifadə edir

22 May 2017 11:14

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.

Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada güləşçilərin mükafatlandırma mərasimində iştirak edib

19 May 2017 19:07

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib. Bu çəkidə idmançımız Mahir Əmiraslanov birinci olub. Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azay Quliyev seçiciləri ilə görüşüb

19 May 2017 18:51

Bu gün Milli Məclisin deputatı Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib. Azay Quliyev seçicilərinin ünvanlı sosial yardım, məşğulluq, hüquq, əfv, mənzil-kommunal məsələləri ilə bağlı müraciətlərini dinləyib.

Belarus Azərbaycan İcmaları Konqresindən ÜAK-la bağlı müraciət

19 May 2017 18:42

Belarusdakı Azərbaycan İcmaları Konqresi Rusiya Prezidentinin Administrasiyası, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi, Rusiya Federasiyasının Ali Məhkəməsinə bəyanat ünvanlayıb.

Azərbaycanda ipəkçiliyin maddi-texniki bazası yaxşılaşdırılır

19 May 2017 18:24

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"ÜAK-ın ləğvi siyasi məqsəd güdür"

19 May 2017 18:09

"Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə verdiyi qərar siyasi məqsəd güdür". Bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycana qarşı təzyiq vasitələrindən biridir. Deputat hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvi həm də Rusiya vətəndaşlarına edilən laqeyd münasibətdir: "Bu, həm də dövlətlərarası münasibətlərə xələl gətirən məsələdir. ÜAK-ın ləğvi nəticəsində Rusiya ilə Azəbaycan arasındakı münasibətlərin tamamilə başa çatması nəticəsinə gəlmək düzgün deyil. ÜAK yaranana qədər də Azərbaycan-Rusiya münasibətləri olub, bundan sonra da olacaq. Bu, siyasi müstəvidə atılmış addımdır. Azərbaycana qarşı təzyiq yoludur".

Məşhur “John Batchelor Show” radio proqramının növbəti verilişində Azərbaycanın uğurlarından danışılıb

19 May 2017 18:06

ABŞ-ın məşhur radio aparıcılarından olan Con Batçelorun müəllifi olduğu “John Batchelor Show” radio proqramı çərçivəsində Bakıda “Araz” radiosunun studiyasından Azərbaycanın xarici siyasəti, geosiyasi mövqeyi, iqtisadi inkişafı, ölkəmizdəki multikultural və tolerant mühit, elm-təhsil və qadın siyasəti haqqında beş hissədən ibarət veriliş yayımlanıb.