Siyasət

Prezident: “İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan siyasətin bəhrəsini verdiyini nümayiş etdirdi"

23 May 2017 15:10

“Bakı-2017 dördüncü İslam Həmrəyliyi Oyunları uğurla keçib. Azərbaycan bu oyunlarda növbəti qələbə qazandı”. Bunu Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

Ekspert: "Azərbaycan yeni zirvədə olduğunu göstərdi"

23 May 2017 15:01

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla təşkil edərək yenidən öz yüksək səviyyəsini nümayiş etdirib. Bunu "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri protokol imzaladı

23 May 2017 14:42

Mayın 23-də Batumi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab Levan İzoria və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşık arasında üçtərəfli formatda görüş keçirilib.

ÜAK-ın ləğvinə Rusiyanın özündən etiraz gəldi

23 May 2017 14:39

Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə ünvanlanmış müraciət yayıb. “OLAYLAR”-ın xəbərinə görə, bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır Ümumrusiya Azərbaycan Konqresi ilə əməkdaşlıq edir. Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb.

Almaniyada keçirilən festivalda Azərbaycan təmsil olunub

23 May 2017 14:37

Alman Azərbaycan Dostluq Cəmiyyəti Almaniyanın Bonn şəhərində keçirilən festivalda iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, hər il ənənəvi olaraq keçirilən festivalın məqsədi Bonn şəhərindəki əcnəbilərlə yerli xalq arasında mədəni, ictimai əlaqələri inkişaf etdirməkdir.

Tehran seçkidən sonra Bakıya istiqamətlənir

23 May 2017 14:36

Ötən həftə cənub qonşumuz da özünün növbəti müddətə prezidentini seçdi. İlkin mərhələdə minlərlə şəxs prezidentlik uğrunda mübarizə aparmaq istəyini ortaya qoysa da, lakin İran Seçki Qurumu çoxsaylı namizədlər arasından yalnız 6 nəfərin qeydiyyata alınmasına yaşıl işıq yandırdı. Onlardan isə yalnız 4 namizədin adı seçki bülletenlərinə daxil edildi. Bunlar İbrahim Rəisi, Həsən Ruhan, Mustafa Haşemi Taba, və Mustafa Mirsəlim idi. Mustafa Haşemi də adı seçki bülleteninə daxil olduqdan sonra seçimini edərək Həsən Ruhaniyə səs verəcəyini bəyanladı. Beləliklə, seçkilərdə Həsən Ruhaninin qələbə qazanacağı kəsinləşdi və gözlənildiyi kimi o növbəti 4 il müddətinə İranın prezidenti seçildi.

Rusiyanın təkbaşına vasitəçiliyindən imtina edilməlidir

23 May 2017 13:55

Son vaxtlar Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa yönəlik cəhdlərin sayı artdıqca Moskva ilə Bakı arasında bir soyuqluq müşahidə edilməyə başlayır. Xüsusilə, rəsmi Moskvanın, şimal qonşumuzun bəzi rəsmi dairələrinin Rusiya ərazisindəki antiAzərbaycan qüvvələr, əsas etibarilə də erməni lobbisinin müəyyən etdiyi ssenari əsasında hərəkət etməsi, Azərbaycanın maraqlarına zidd addımlar atması ikitərəfli münasibətlərə mənfi təsirsiz ötüşmür.

Azərbaycan daha bir tarix yazdı

23 May 2017 13:49

Nəhayət ki, İslam ölkələrinin idmançılarının Azərbaycan paytaxtında apardıqları mübarizə sona çatdı. Sayca dördüncüsü sayılan İslam Həmrəyliyi Oyunları öz möhtəşəmliyi, zənginliyi ilə yadda qaldı.

Ombudsman aparatının nümayəndələri hərbi hissələri ziyarət edib

23 May 2017 13:26

Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri “N” saylı hərbi hissələri ziyarət ediblər.”Olaylar”ın məlumatına görə, Ombudsman aparatının nümayəndələri Fəzail Həsənov və Murad Babayev hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Paris Azərbaycan Evi: “ÜAK-la bağlı qərar yanlış və qərəzlidir” 

23 May 2017 13:23

Paris Azərbaycan Evi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan bəyanatda deyilir ki, Ümumrusiya Azərbaycan Konqresi ətrafındakı vəziyyət bizi - xaricdə yaşayan bütün azərbaycanlıları çox narahat edir və bizim bu məsələ ilə bağlı öz mövqeyimizi ifadə etmək borcumuzdur.

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinə başsağlığı verdi

23 May 2017 13:21

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyə başsağlığı məktubu ünvanlayıb.

Rəcəb Tayyib Ərdoğan: “Məncə bu, doğru olmadı”

23 May 2017 13:20

Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaranmasının 25-ci ildönümünə həsr olunan Zirvə toplantısı keçirilib. Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən toplantıda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.

Prezident İlham Əliyev və xanımı IV İslam Həmrəyliyi Oyunlarının qalibləri, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə iştirak ediblər

23 May 2017 13:18

Mayın 23-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Deputat: "İslam Oyunlarının keçirildiyi yer həmin ölkənin idmana hazırlığı ilə ölçülür"

23 May 2017 13:14

İslam Həmrəyliyi Oyunlarının keçirildiyi yer, ilk növbədə, həmin ölkənin idmana hazırlığı ilə ölçülür. Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Azərbaycanda idman oyunları, beynəlxalq idman yarışlarının keçirilməsi ilk dəfə deyil: "Azərbaycanda müasir tələblərə cavab verən idman obyektləri tikilib.