BMT-nin baş katibi qaçqınların hüquqlarını müdafiə etməyə çağırıb
Bütün dünyada qaçqınlara dəstək göstərmək və onların hüquqlarını müdafiə etmək lazımdır. Bunu BMT-nin baş katibi Antoniu Quterreş iyunun 20-də qeyd olunan Ümumdünya qaçqınlar günü münasibətilə müraciətində deyib.
20 İyun 2017 18:36 SiyasətBütün dünyada qaçqınlara dəstək göstərmək və onların hüquqlarını müdafiə etmək lazımdır. Bunu BMT-nin baş katibi Antoniu Quterreş iyunun 20-də qeyd olunan Ümumdünya qaçqınlar günü münasibətilə müraciətində deyib.
Müraciət 8 dildə yayılıb. A.Quterreş qeyd edib ki, daha az imkanlara malik ölkələr qaçqınlara daha çox yardım göstərir: "Gəlin birgə səylərlə hər bir insana daha yaxşı gələcək qurmasına kömək göstərək".
Qeyd edək ki, BMT-nin hesabatına əsasən, 2016-ci ildə məcburi köçkünlərin sayı 65,6 milyon nəfərə çatıb. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31