Siyasət

Britaniyanın baş nazirindən acı etiraf: "Yeni teraktlar qaçılmazdır" - VİDEO -FOTO

24 May 2017 10:12

Yeni terror hücumları, terror aktları riski var. Bu səbəbdən ölkədə terror riski ən yüksək səviyyədədir.  İngiltərənin Mançester şəhərindəki "Manchester Arena"da törədilən, 22 nəfərin ölümünə və 59 nəfərin yaralanmasına səbəb olmuş teraktdan sonra Britaniyanın baş naziri Tereza Mey belə deyib. O, sədrlik etdiyi "COBRA" təhlükəsizlik komitəsi iclasından sonra verdiyi bəyanatda 23 may hücumunun bu günə qədər İngiltərənin şimalını hədəf alan ən pis hücum olduğunu ifadə edib.

Zaur Məmmədov: “İslam oyunları bütün oyunlardan fərqli idi”

23 May 2017 18:54

“Bakıda keçirilən İslam oyunları bundan əvvəl keçirilən bütün oyunlardan fərqli idi. Sözün hər bir mənasında hər bir mənada biz Azərbaycanın yarışlara yüksək səviyyədə hazırlamasının şahidi olduq. İdmançıların sayından tutmuş, iştirakçı ölkələrin sayına qədər Azərbaycanda keçirilən yarışlar hələlik bir ilkdir”. Bunu politoloq Zaur Məmmədov IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin nitqinə münasibət bildirərkən deyib.

Deputat: "İslamiada Azərbaycana uğur gətirdi"

23 May 2017 18:48

 Azərbaycan Respublikasının  prezidenti  İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə İslam oyunlara düzgün qiymət verərək bildirdi ki, IV İslam Həmrəylik Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun, mədəniyyətimizin, qonaqpərvərliyimizin, ölkəmizdə idmana göstərilən diqqət və qayğının bir daha göstəricisi oldu”. Bunu  Milli Məclisin deputatı Musa Quliyev deyib.

Azərbaycan yenidən tarixi qələbə qazandı

23 May 2017 18:46

"Müsəlman aləmi daim birlik, həmrəylik nümayiş etdirməlidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunları zamanı biz bütün dünyaya bu həmrəyliyi nümayiş etdirdik: "Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular.

AŞPA həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflər hazırlayacaq

23 May 2017 17:18

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mümkün fəaliyyətlərə dair təkliflər hazırlayacaq. Bu barədə AŞPA Monitorinq Komitəsinin Avropa Şurasına üzv ölkələr arasında münaqişələrə dair alt komitəsinin mayın 15-də keçirilmiş iclasında qərar verilib. Qərara əsasən həmməruzəçilər təkliflərini oktyabrda keçiriləcək AŞPA sessiyası çərçivəsindəki iclasların birində təqdim edəcəklər.

Ruhani İlham Əliyev və İran-Azərbaycan münasibətləri haqda

23 May 2017 17:00

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və qonşu dövlətlərlə yaxşı əlaqələr qurub. Bunu mayın 22-də İran Prezidenti Həsən Ruhani prezident seçildikdən sonra keçirdiyi ilk mətbuat konfransında deyib.

Dövlət başçısı: "Sovet dövründə ağlımıza gəlməzdi ki, Azərbaycan idmançıları bu qədər medal qazanacaqlar"

23 May 2017 16:13

“Bizim uğurlarımızı əldə edən idmançılar müstəqillik dövründə yetişiblər. Bir çoxları müstəqillik dövründə doğulublar, müstəqillik illərində bu nailiyyətlərə gəlib çıxıblar. Bu, bir daha onu göstərir ki, müstəqillik bizim ən böyük sərvətimizdir”.

Azərbaycan prezidenti: “Bu qələbə təsadüfi qələbə deyil”

23 May 2017 16:10

"Bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır”.

Prezident: "IV İslam Həmrəyliyi Oyunlarından sonra Azərbaycana turist axını artacaq"

23 May 2017 16:09

“Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür. IV İslam Həmrəyliyi Oyunlarından sonra ölkəmizə daha çox turist axını olacaq”.

Mogerini: "Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır"

23 May 2017 16:06

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil". Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla Brüsseldə keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Azərbaycan prezidenti: “Siyasətimiz ondan ibarətdir ki, müsəlman ölkələri arasında ixtilaflara, müharibələrə son qoyulsun”

23 May 2017 16:04

“Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun”. Bunu Azərbaycan prezidenti İlham Əliyev“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

Hikmət Hacıyev: “Rusiyanın dövlət informasiya agentliyində belə bir yazıya yer verilməsi ciddi sual doğurur”

23 May 2017 16:00

“Azərbaycanın qonşu dövlətlərlə münasibətlər qurması məsələsində kiminsə, xüsusən erməni əsilli Qevorq Mirzəyan adlı şəxsin şübhəli, ədəbsiz şərhinə və təhlilinə ehtiyacı yoxdur”. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qevork Mirzəyan adlı müəllifin Rusiyanın “RİA Novosti” (ria.ru) informasiya agentliyində dərc edilmiş “Кавказский псевдотриумвират: почему не будет оси Баку — Тбилиси — Анкара” adlı məqaləsi ilə bağlı deyib.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

23 May 2017 15:41

Mançesterdə baş vermiş terror aktı nəticəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün Böyük Britaniyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq.

Azərbaycan prezidenti: “Bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir”

23 May 2017 15:16

“IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəmliyi ilə fərqləndi. Bu, ölkəmizin imkanlarını və istedadını bütün dünyaya nümayiş etdirdi”. Bunu Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib. 

Prezident İlham Əliyev: “İslamiadadakı qələbə müstəqilliyimizin möhkəmləndirilməsinə növbəti töhfədir”

23 May 2017 15:12

“IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin gücünü göstərir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə deyib.