Siyasət
"ABŞ Ermənistana təzyiq göstərməlidir"
İŞİD terrorçuluğu Yaxın Şərqi əhatə etdiyi bir vaxtda Ermənistanın ABŞ-ın müttəfiqi Azərbaycana qarşı təcavüzü dünya ictimaiyyəti tərəfindən diqqətə alınmır. Bu barədə ABŞ-ın "Richmond Times-Dispatch" qəzetində dərc olunan məqalədə bildirilir. Məqalədə mayın 18-i Laçın rayonunun işğal olunmasının 25 ilinin tamam olması vurğulanıb.
Ermənistanın Şəmkirdə doğulan baş naziri - Şok faktlar
Ermənistan prezidenti Serj Sarkisyan son illər ölkədə baş verən ciddi narazılıqları və böhranlardan sonra dayaqlarını möhkəmləndirmək üçün çevrəsini gücləndirməyə çalışıb. 2016 -cı ilin sentyabrında tanınmış milyarderin qardaşı Karen Karapetyanın baş nazir postuna gətirilməsi buna nümunədir.
"Concept Central": Azərbaycan parlaq bağlanış mərasimi ilə başa çatmış möhtəşəm İslam Oyunları keçirdi
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm bağlanış mərasimini keçirdi. Bu barədə Filippinin “Concept Central” jurnalında dərc olunan məqalədə bildirilir.
Mübariz Qurbanlı: Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışırlar
“Bəzi qüvvələr Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışır”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə deyib.
Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Rusiya Federal Məclisinə müraciət edib
Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federal Məclisinə müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan müraciətdə bildirilir ki, Azərbaycan və Rusiya arasında müxtəlif sahələr üzə uzun tarixə malik yaxın əlaqələr mövcuddur. Bu əlaqələr tək iqtisadi maraqlara deyil, həm də mənəvi və mədəni bağlara əsaslanır. Lakin bu münasibətləri qəbul etməyən qüvvələr - ermənilər daim xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına mane olmağa çalışıblar.
Cəbhədə monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, may 25-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Siyasi şərhçi: “Azərbaycan göstərir ki, İslam dünyası bəşəri mədəniyyətin bir parçasıdır”
“Dünyanın ayrı-ayrı ölkələrində islamafobiyanın kökləndiyi, İslam dünyasına qarşı hücumların baş veridiyi bir zamanda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və müsəlmanların bir araya gətirilməsi böyük cəsarət tələb edir. Azərbaycan bu mötəbər tədbirə yüksək səviyyədə təşkilatçılıq etdi”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
"Növbəti tarixi qələbəmiz"
Geridə qoyduğumuz illər ərzində ölkəmiz - Azərbaycan dünya sferasında idman ölkəsi kimi tanınır. Heç təsadüfi deyildir ki, Vətənimiz 2015-ci ildə I Avropa Oyunlarında, 2016-cı ildə paytaxtımızda baş tutan “Formula 1” yarışında, 2017-ci ildə həyata keçirilən “Tour de Azerbaijan 2017” velosiped yarışları zamanında bütün dünya xalqlarının idmançılarını böyük təmtəraqla qarşıladı və qonaqpərvər şəkildə qəbul etdi. Növbəti dövr ərzində - gələn ay “Formula-1 Azərbaycan Qran-Pri turniri”, sentyabrda qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçiriləcək və 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunları baş tutacaq.
"Huffington Post": Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi sayəsində ölkədəki tədbirlərin böyük uğuru təmin olunub
Bütün dünyanın diqqətinin Donald Trampın Səudiyyə Ərəbistanının liderlərinə müraciətinə yönəldiyi bir vaxtda, digər müsəlman ölkəsində böyük beynəlxalq tədbir keçirilib. Bu, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Huffington Post” qəzetində dərc olunan məqaləsində yer alıb.
Rövşən Rzayev: “Prezidentlər arasında bir-birinə qarşı etibarlı yanaşma var”
“Ümumiyyətlə Azərbaycan-Rusiya münasibətləri həmişə olduğu kimi yüksələn xətlə inkişaf edəcək. Əgər vaxtilə hər iki ölkənin münasibətləri çox isti və inkişaf edən münasibətlər adlanırdısa, bu gün artıq strateji və tərəfdaşlıq adlanır. Yəni bu istiqamət öz axarı ilə gedəcək”. Bunu millət vəkili Rövşən Rzayev deyib.
Azərbaycan yeni zəfərə imza atdı
IV İslam Həmrəyliyi Oyunları başa çatsa da, lakin hələ də bu oyunlar barədə müzakirələr aparılır, Azərbaycanın bu yarışlara yüksək səviyyədə evsahibliyi etməsi barədə müsbət fikirlər səsləndirilir. Əksəriyyət xarici ölkə mediası, televiziya və radioları da IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm şəkildə təşkilindən yazır, buna görə Azərbaycana təşəkkür ifadə edilir. Birmənalı olaraq qeyd edilir ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək və onu yüksək səviyyədə həyata keçirməklə daha bir tarix yazdı.
Araz Əlizadə kimin (d)ayısıdır?
Adətən hər bir cəmiyyətdə ona xas olmayan ünsürlər, fərdlər olur. Belə ünsürlər bir qayda olaraq fəaliyyətlərini yalnız mənfi köklər üzərində qurduğundan elə cəmiyyətin mütləq əksəriyyəti tərəfindən onlar bir qayda olaraq anormal insan kimi qəbul edilirlər. Çünki həmin fərdlər hansı vəzifəni, siyasi postu tutmasından asılı olmayaraq hər zaman öz anormal hərəkətləri ilə diqqət çəkirlər. Belə ünsürlərdən biri də hər kəsin yaxşı tanıdığı Əlizadə qardaşlarıdır.
Dağlıq Qarabağ tənzimlənməsi ətrafında dəyişiklik olsa da ATƏT MQ-nin iş metodları dəyişməz qalıb
Son 20 il ərzində ən az dəyişikliyin olduğu istiqamət məhz Dağlıq Qarabağ probleminin tənzimlənməsidir. Dağlıq Qarabağ münaqişəsi ətrafında geosiyasi, iqtisadi, hərbi proseslərdə isə kifayət qədər ciddi dəyişikliklər baş verib.
Aydın Mirzəzadə: “İslam təkcə inkişaf məsələsi deyil”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin inkişafını idmanla bağlaması tamamilə düzgündür. Hər bir ölkənin inkişafında idman faktoru çox böyük rol tutur”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.














.jpg)