Siyasət
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Millət vəkili: “Azərbaycanın ABŞ ilə əlqələrində yeni səhifə açılmaqdadır”
“Azərbaycanın ABŞ ilə əlqələrində yeni səhifə açılmaqdadır. Bu ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı son 2 məktubdan da hiss olunur”. Bunu millət vəkili Tahir Mirkişili deyib.
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Prezident dəyişiklik etdi - Hökumətə üç ay vaxt verildi
Qanunun 21-ci maddəsinin birinci cümləsində "məhsulların, işlərin, xidmətlərin və fəaliyyətlərin standartlara və texniki tələblərə” sözləri "malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilib.
"İlham Əliyev. İnkişaf-məqsədimizdir" çoxcildliyinin 39-cu cildi çapdan çıxıb
“Azərbaycanın bütün regionlarında quruculuq, abadlıq işləri aparılır. Mən istəyirəm ki, hər yerdə görülən işlər yüksək səviyyədə olsun. Çünki Azərbaycanın bugünkü inkişafı buna imkan verir. Dünya miqyasında ən ağır il olan 2009-cu ildə də Azərbaycan uğurla inkişaf edib. Demək olar ki, hər həftə Azərbaycanda hansısa çox önəmli bir məsələ öz həllini tapır. Goranboyun ərazisində məskunlaşmış məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün yeni qəsəbə salınıb, bu gün onun açılışını edəcəyik. Həftənin əvvəlində Bakıda məcburi köçkünlər üçün doqquzmərtəbəli altı binanın açılışını etdik. Dünən Sumqayıtda böyük elektrik stansiyası işə qoşulubdur. Bu onu göstərir ki, dünyada davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Azərbaycanda bütün planlar yerinə yetirilir və ölkəmiz uğurlu inkişafını davam etdirir”.
Qırğızıstan Azərbaycandakı səfirini geri çağırdı
Aycigit Buranov Qırğızıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edilib. Bu barədə bu gün Qırğızıstan prezidenti aparatının informasiya siyasəti şöbəsindən məlumat veriblər.
Tiflisdən Bakıya axan pullar və Azərbaycana qarşı xain şəbəkənin ifşası - TƏHLİL
Ötən əsrin 30-cı illərində Qərb “qırmızı imperiyanı” içəridən dağıtmağa hesablanan “Prometey” əməliyyatı üçün Polşanı məkan olaraq seçmişdi. 40 il sonra SSRİ-ni dağıtdılar, lakin sonrakı dövr üçün milli respublikalarda çevriliş cəhdləri kimi xaos planlarının həyata keçirilməsində paylayıcı məkan təcrübəsi qazanıldı. Belarus prezidenti Aleksandr Lukaşenkonun mart ayında Minskdə “müftəxorların aksiyası” haqda dedikləri sözlər tarix rəfinə qaldırılmış “Prometey” əməliyyatı fonunda diqqət çəkir.
Qarabağda MÜHARİBƏ başlayacaq
Hərəkat rəhbəri: Ermənipərəst qüvvələr Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz
Əfqan Muxtarlının həbsi Gürcüstan-Azərbaycan münasibətlərinə heç bir halda xələl gətirə bilməz. Bunu Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgər deyib.
Səudiyyə Ərəbistanı Qətərə niyə düşmən oldu? - Ortada İran məsələsi varmış
"Uzun illərin müttəfiqləri arasında münasibətlərin gərginləşməsi çoxları üçün gözlənilməz oldu. Səudiyyə Ərəbistanı Qətəri terrorçulara dəstək verməkdə və İranla məxfi münasibətlərdə ittiham edir. Məncə, elə əsas səbəb ikincidir. Çünki Qətərin müxtəlif terrorçu qruplaşmalara dəstək verməsinə dair xəbərlər illərdir dolaşır. Ancaq buna görə Səudiyyə Ərəbistanı Qətəri ittiham etmirdi, əksinə bu dövlətlə əməkdaşlığına davam edirdi. Lakin Qətər müstəqil oyunçu kimi İranla əlaqə qurmaq istəyib. Bu isə Ər-Riyadın narahatlığına səbəb olub. Çünki Səudiyyə Ərəbistanı kral ailəsinin yanaşmasına görə, onunla müttəfiq olan, müxtəlif əməliyyatlarda birgə iştirak edən dövlətin İranla gizli təmaslara başlaması ərəb-sünni ittifaqının maraqlarına ziddir".
“Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: Gəlcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib
5 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: Gəlcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov açılış nitqi ilə başlayıb.
Ermənistan yeni müharibəyə hazırlaşır
Ermənistan keçən ilin aprel ayında Azəbaycandan aldığı sarsıdıcı zərbənin cavab parametlərini axtarışa çıxıb. Keçən bir ildən artıq müddət ərzində düşmən ölkə bir neçə dəfə buna cəhd göstərsə də, lakin Azərbaycan Silahlı Qüvvələrinin cavabı özünü çox gözlətməyib və düşmənin planları reallaşmamış qalıb.
Dövlət Sərhəd Xidmətinin Əsasnaməsində dəyişikliklər edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Azay Quliyev Türkiyəyə səfər edəcək
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Azay Quliyev təşkilatın xüsusi missiyası çərçivəsində iyunun 6-dan 9-dək Türkiyədə səfərdə olacaq. Bu haqda “Olaylar”a Milli Məclisdən məlumat verilib. Səfərin məqsədi Türkiyədə mövcud ictimai-siyasi vəziyyətlə tanışlıq, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada keçirilən görüşlərinin nəticələrinin müzakirəsi, ATƏT PA ilə qardaş ölkə arasında dialoq və əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarətdir.
Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev Elçin İsağa oğlu Quliyevin Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.














