Siyasət
Gürcü ekspert: "Azərbaycan və Gürcüstan ikitərəfli münasibətlərə xələl gətirilməsinə imkan verməzlər"
Gürcüstandan Azərbaycana qanunsuz olaraq keçməyə görə saxlanılan Əfqan Muxtarlının həbsi ətrafında yaranmış vəziyyət Azərbaycanla Gürcüstan arasındakı sıx münasibətlərə təsir göstərə bilməz.
8 min əfqan döyüşçü Qarabağa gətirildi - Ermənistanın MÜHARİBƏ HAZIRLIĞI
Hakim komandada hansısa narazılıqla bağlı mülahizələrə yer yoxdur
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişikliyi ilə əlaqədar dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam hələ də müzakirə edilməkdədir.
NED-in Azərbaycanda təxribat məqsədilə ayırdığı 5 milyon dollar
AntiAzərbaycan qüvvələr Bakıya qarşı fəaliyyətlərinin növbəti mərhələsinə start veriblər. Hər zaman olduğu kimi, bu dəfəki fəaliyyət də Azərbaycanın nüfuzuna zərbə vurmaq, onun siyasi çəkisinə xələl gətirmək, bütün bunların məntiqi nəticəsi olaraq ölkədə ictimai-siaysi sabitliyi pozmaqla öz istəklərinə nail olmaqdır.
Gürcüstan parlamentindən Əli Kərimli və dəstəsinə etiraz
Radikal müxalifət təmsilçiləri AXCP sədrinin müavini Gözəl Bayramlı və Əfqan Muxtarlının həbsini siyasiləşdirərək Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirməyə çalışırlar. Əli Kərimli və dəstəsinin bu cəhdi gözlənildiyi kimi Gürcüstanda da xoş qarşılanmayıb və bunun Azərbaycana qarşı təxribat olduğu bəyan edilib.
Politoloq: “Həmsədrlər bu dəfə də diqqəti cəbhədəki vəziyyətə yönəldəcəklər"
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyunun 19-da regiona səfəri çox güman ki, digərlərindən seçilməyəcək”. Bunu politoloq İlqar Vəlizadə deyib. Hazırda Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin görüşünün gündəliyini təşkil etməyə çalışdığını deyən politoloq söyləyib ki, amma əslində onlar nəticə etibarı ilə prezidentlərin görüşünə gətirib çıxaracaq gündəlik tərtib etməli idilər: “Təbii ki hazırda prezidentlərin görüşündən söhbət gedə bilməz.
Politoloq: “Həmsədr dövlətlər münaqişənin həllində maraqlı deyil”
“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri ərəfəsində ermənilər cəbhədə bilərəkdən vəziyyətin gərginləşməsində maraqlıdırlar”. Bunu açıqlamasında politoloq Zaur Məmmədov deyib.
XİN Aİ və ABŞ Dövlət Departamentinin Əfqan Muxtarlının həbsi ilə bağlı açıqlamalarına münasibət bildirib
“Azərbaycan RespublikasıDövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun mətbuat xidmətinin 1 iyun 2017-ci il tarixli birgə məlumatında Azərbaycan vətəndaşı Əfqan Muxtarlının saxlanması barədə dəqiq məlumat verilib”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ə. Muxtarlı ilə bağlı Avropa İttifaqı və ABŞ Dövlət Departamentinin müvafiq olaraq 3 və 4 iyun tarixli açıqlamalarını şərh edərkən deyib.
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı” təlimində
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Tbilisi şəhərində üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” birgə təlimi keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kontingentinin də iştirak etdiyi təlim iyunun 14-dək davam edəcək.
Ermənilər 120 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Prezidentin köməkçisi: "Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir"
Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: Gələcəyə baxış" mövzusunda keçirilən beynəlxalq konsfransda çıxışı zamanı deyib.
Novruz Məmmədov: "Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir"
Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: Gələcəyə baxış" mövzusunda keçirilən beynəlxalq konsfransda çıxışı zamanı deyib.
Prezidentin köməkçisi: “Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, başqa dəyərlərdən danışmaq normal görünmür”
"Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı öz töhfəsini verir. Bakı-Tbilisi-Ərzurum,Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələri bu əməkdaşlığa misaldır". Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib. O qeyd edib ki, əməkdaşlığın böyük perspektivləri var və bunu davam etdirmək lazımdır. “Azərbaycan-Rusiya-İran arasında iki il əvvəl yaradılmış Cənub-Şimal dəhlizi ilə bağlı əməkdaşlıq formatının da böyük gələcəyi var. Bu formatlar milli ,iqtisadi, siyasi maraqlar üst-üstə düşdüyü üçün səmərəli olur. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir” - deyə, N. Məmmədov bildirib.
Səfir: "Azərbaycanla Pakistan arasında müasir müdafiə məhsullarının alınması ilə bağlı danışıqlar davam edir"
Azərbaycan və Pakistan arasında müasir müdafiə məhsullarının alınması ilə bağlı danışıqlar davam edir. Bu barədə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin nüfuzlu Centreline diplomatik jurnalına müsahibəsində deyib.
Azər Həsrət: “Azərbaycanla Gürcüstanın arasına heç kim girə bilməz”
“Azərbaycanla Gürcüstan elə iki dövlətdir ki, heç kim bu dövlətlərin arasına girə bilməz”. Bunu siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, hər iki dövlət yüz illərdir eyni taleyi yaşayır: “Rus işğalı, ardından 1918-də müstəqil dövlətlərin qurulması, yenidən rus-sovet işğalı, yenidən müstəqilliyin əldə edilməsi və bütün bunlarla yanaşı, bölücülükdən əziyyət çəkməklə tale bizim dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırıb.

.jpg)












