Siyasət

Qədim Səmərqənd şəhərində Azərbaycan mədəniyyəti günləri

5 İyun 2017 10:10

İyunun 12-dən 15-dək qədim Səmərqənd şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Əlişir Nəvai adına Səmərqənd Dövlət Universiteti (SDU) və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə iyunun 13-də Səmərqənd Dövlət Universitetində “Azərbaycan-Özbəkistan: mədəni, ədəbi əlaqələr” mövzusunda elmi konfrans təşkil olunacaq.

SON DƏQİQƏ: Azərbaycan ordusu qarşıdurma xəttində ermənilərin 2 hərbi obyektini məhv etdi – VİDEO

5 İyun 2017 06:39

Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb. 

“Bohemia” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü

4 İyun 2017 11:45

 Kubanın nüfuzlu “Bohemia” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş “Azərbaycan: sivilizasiyalararası dialoq üçün əsas ölkə” başlıqlı geniş məqalə dərc edilib. Azərbaycan Respublikasının Kuba Respublikasındakı Səfirliyindən “Olaylar” – a bildirlib ki, məqalədə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olmuş Azərbaycanın müstəqilliyinin elan edilməsi tarixindən geniş bəhs edilib. İki ilə yaxın müddətdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaranması və tarixi nailiyyətləri haqda məlumat verilib.

Prezident İlham Əliyev Danimarka Kraliçasını təbrik edib

3 İyun 2017 16:58

Azərbaycan Prezidenti İlham Əliyev Danimarka Kraliçası Ülyahəzrət II Marqreteyə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Ülyahəzrət, ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirir, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"

Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI

3 İyun 2017 16:31

Prezident İlham Əliyev “Su təsərrüfatı və meliorasiya işçilərinin” “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Ağayev Ramiz Gülağa oğlu Axundov Mühəndis Əli oğlu Bağırov Gülağa Akif oğlu

Elman Məmmədov: "Donald Tramp məktublarında iki ölkə arasında əməkdaşlığa daha yüksək önəm verdiyini nümayiş etdirir"

2 İyun 2017 18:17

ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları iki ölkə arasında əməkdaşlığa daha yüksək önəm verdiyini nümayiş etdirir.

Azərbaycanda Peru səfirliyi fəaliyyətə başlayıb

2 İyun 2017 17:59

Peru Respublikasının Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Azərbaycan Xarici İşlər Nazirliyində Dövlət Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüş keçirib.  

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

2 İyun 2017 17:50

Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanq Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Anti-Azərbaycan qüvvələr Tiflis-Bakı münasibətlərini korlaya bilməyəcək"

2 İyun 2017 17:41

"Jurnalist kimi qələmə verilən Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması ətrafında siyasi şou yaradanların məqsədi Tiflis ilə Bakı arasında formalaşmış yaxşı siyasi və iqtisadi əlaqələrə, hərbi münasibətlərə zərbə endirməkdir". Bunu Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Zahid Oruc deyib.

"Gözəl Bayramlı və Əfqan Muxtarlı bu qədər pulu haradan alıb?"

2 İyun 2017 17:23

"Gözəl Bayramlı və Əfqan Muxtarlının maliyyə maxinasiyalarına və Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması hallarına görə, bu iki şəxslə yanaşı onların təmsil etdiyi siyasi partiyalar, təşkilatlar cavab verməlidir".

Səfir: "Fransanın yeni prezidenti Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək"

2 İyun 2017 17:11

"Fransanın yeni seçilən prezidenti Emanuel Makron Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlıdır. Çünki iki ölkənin ikitərəfli əlaqələrinin zəngin olduğunu dərk edir".

Azərbaycan XİN booking.com şirkətinə etiraz edib

2 İyun 2017 16:54

"Booking.com şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi ilə əlaqədar bundan əvvəl də bu şirkətə müraciətlərimiz olub. Booking.com şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə və müvafiq qərarlarına, Turizmə dair Qlobal Etik Məcəlləyə köklü şəkildə ziddir".