Siyasət

Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun iclası keçirilib

2 İyun 2017 16:10

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 49-cu iclası keçirilib.

"Müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri baş tutmayacaq"

2 İyun 2017 16:00

Əfqan Muxtarlının saxlanılmasını əsas gətirərək müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri heç vaxt baş tutmayacaq. Bu barədə Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib.

"Hansısa qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirə bilməz"

2 İyun 2017 15:56

“Anti-Azərbaycan qüvvələrinin ölkəmizin daxili işlərinə qarışması cəhdi ilk hal deyil. Bundan öncə də belə hadisələrlə rastlaşmışıq. Lakin Azərbaycanda həyata keçirilən daxili və xarici siyasətlə bağlı elə kurs götürülüb ki, ölkəmizə qarşı atılan istənilən cəhd iflasa uğrayır”. Bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin direktoru Rufiz Qonaqov deyib.

Gürcüstana sığınıb Azərbaycanı hədəfə alanlar: şəbəkə çökməyə başlayır

2 İyun 2017 15:39

Gürcüstanda Azərbaycan əleyhinə fəaliyyət göstərən şəbəkələnmiş struktur 4 il əvvəl, 2013-cü ilin iyun ayında yaradılıb. Həmin vaxtlarda Milli Şura adlı strukturun hakimiyyətə gələcəyinə kütləni və ən başlıcası, Qərb ölkələrindəki güc mərkəzləri ilə çeşidli beynəlxalq siyasi donor təşkilatlarını inandırmağa çalışan Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Eldar Namazov, Əli Kərimli və Arif Hacılı Tbilisiyə səfərlər etməyə başlamışdılar.

Zakir Həsənov cəbhə bölgəsinə gedib

2 İyun 2017 15:22

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. “OLAYLAR”-ın xəbərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi ötən ilin aprel ayında Lələtəpə uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların xatirəsinə Füzuli rayonunun Horadiz şəhərində ucaldılmış kompleksi ziyarət edərək, önünə əklil və gül dəstələri qoyublar.

Siyavuş Novruzov: “Trampın məktubları Azərbaycan-ABŞ münasibətlərinin bariz nümunəsidir”

2 İyun 2017 15:20

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə göndərdiyi təbrik məktublarına münasibət bildirib.

AntiAzərbaycan qüvvələrin uğursuz Gürcüstan cəhdi

2 İyun 2017 15:16

Hələ bir müddət əvvəl yazmışdıq ki, İslam Həmrəyliyi Oyuunları ərəfəsində və ondan sonrakı dövrdə Azərbaycana qarşı növbəti şər kampaniyası, təxribat hərəkətlərinə start veriləcək. Onu da qeyd etmişdik ki, bu kampaniyanın fəal iştirakçıları və ssenari müəllifləri isə ənənəvi radikal müxalifət qüvvələri, onlara xaricdən maliyyə dəstəyi verən erməni lobbisi və digər antiAzərbaycan qüvvələr olacaq. Deyildiyi kimi də oldu. Amma bu dəfə şər kampaniyası Azərbaycanı yaxın qonşularının əli ilə vurmağa çalışdı. Əvvəl Rusiya, sonra isə Gürcüstan vasitəsilə.

Deputat: "Ermənipərəst qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyirlər"

2 İyun 2017 14:56

Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması anti-Azərbaycan şəbəkənin əsl simasını açdı. Bu barədə millət vəkili Elman Nəsirov deyib. 

Elmar Məmmədyarov Kosta Rika Respublikasına səfər edib

2 İyun 2017 14:27

Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfərə yola düşüb. XİN-dən “Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslərlə görüşü, Azərbaycan Respublikası Hökuməti və Kosta Rika Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin imzalanması nəzərdə tutulub. 19-20 oktyabr 2015-ci il tarixində Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad Naziri Manuel Qonsales Sans Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Azər Həsrət: “Yeni struktur dəyişiklikləri idarəetmənin daha çevik qurulması üçün vacib idi”

2 İyun 2017 13:38

“Azərbaycan Respublikasının Prezident Administrasiyasındakı yeni struktur dəyişiklikləri idarəetmənin daha çevik və effektiv qurulması üçün vacib idi”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Qarabağda müharibə ssenarisi: "Azərbaycan dərhal Naxçıvandan zərbə endirəcək..."

2 İyun 2017 13:32

Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu Qarabağ münaqişəsinə dair növbəti irihəcmli hesabatını yayıb. Təşkilatın analitikləri hesab edirlər ki, Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibənin başlanması heç vaxt olmayan qədər yaxındır.

Amerika-Azərbaycan münasibətləri bundan sonra daha da yüksələn xətlə inkişaf edəcək

2 İyun 2017 13:01

Azərbaycanin getdikcə artan regional gücü, beynəlxalq münasibətlər sistemində fəal rolu ölkəmizə olan marağı getdikcə artırır. Bu maraq dünya dövlətlərinin Azərbaycana olan münasibətində özünü aydın şəkildə göstərir. Artıq dünyanın aparıcı ölkələri Cənubi Qafqazda məhz Azərbaycana əsas strateji partnyor kimi baxır, onunla əməkdaşlığa üstünlük verirlər.

"ABŞ-Azərbaycan əməkdaşlığı çoxtərəflidir"

2 İyun 2017 12:39

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarından görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazda xüsusi fərqləndirir və ölkəmizlə əməkdaşlığı davam etdirmək niyyətindədir". Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

Raqif Abbasov: “Struktur dəyişiklikləri yeni islahatların bir hissəsidir"

2 İyun 2017 12:37

“Dövlət başçımız, Ali Baş Komandan, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və digər idarəçilik sistemində etdiyi struktur dəyişiklikləri cəmiyyətimizdə çox böyük rəğbətlə qarşılandı. Bu struktur dəyişiklikləri yeni islahatların bir hissəsidir”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib.

Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçildi

2 İyun 2017 12:19

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçilib. Bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Beynəlxalq Memarlar İttifaqının ll Region seksiya üzvləri prezidentlərinin müşavirəsində bildirib.