Siyasət
Ermənilər 126 dəfə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Hikmət Hacıyev: “Sarkisyan yenilənmiş Madrid prinsiplərini tamamilə inkar edir”
“Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən də məlumat verildi ki, iyun ayının 19-da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regional səfəri çərçivəsində Azərbaycana səfərləri də nəzərdə tutulub. Səfər əsnasında Azərbaycan tərəfindən münaqişənin həlli ilə bağlı mövqeyimiz və baxışlarımız birdaha Minsk qrupu həmsədrlərinin diqqətinə çatdırılacaq. Təbii ki, münaqişənin həlli ilə bağlı müxtəlif fikirlər və planlar vardır”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Politoloq: "Ermənistanın Rusiyadan aldığı silahlar Dağlıq Qarabağa gətirilməməlidir"
“Ermənistanın apardığı siyasət əslində danışıqlar prosesinin yubadılmasına və konkret addımların atılmasının qarşısının alınmasına yönəlib. Eyni zamanda əsas məqsəd Azərbaycanı hərbi əməliyyatlara cəlb edərək, ölkəmizi atəşkəsi pozmaqda günahlandırmaqdan ibarətdir”. Bunu politoloq İlqar Vəlizadə deyib.
Peru Konqresi Azərbaycanın Respublika Günü münasibətilə sənəd qəbul edib
Peru Respublikası Konqresi tərəfindən 28 - may Respublika Günü ilə bağlı sənəd qəbul edilib. Peru Respublikası Konqresi tərəfindən Azərbaycan - Peru dostluq qrupunun sədri konqresmen Dalmiro Felisiano Palomino Ortizin təşəbbüsü ilə 28 may - Respublika Günü münasibəti ilə Azərbaycan Respublikasına təbrik sənədi yekdilliklə qəbul edilib.
Azərbaycanda daha bir məmur vəzifədən azad edildi
Moskva torpaqları qaytarmayacaq: Putin ABŞ-ın MƏXFİ PLANINI AÇIQLADI
Braziliyada “28 May-Respublika Günü”ə həsr edilmiş rəsm müsabiqəsinin qalibləri məlum oldu
29-31 may tarixlərində Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət etmək və həmin məktəbdə, məktəblilər arasında keçirilmiş “28 May-Respublika Günü”ə həsr edilmiş rəsm müsabiqəsinin qaliblərini təltif etmək üçün Rio de Janeyro şəhərinə səfər edib/ Səfirlikdən "Olaylar" - a bildirlib ki, müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim edən Səfir, məktəb rəhbərliyi ilə məktəbin gələcək planlarını müzakirə etmiş və gələn il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və “28 may – Respublika Günü”nün 100 illiyi ilə bağlı təntənəli tədbirlərin keçirilməsi haqqında danışılıb.
Prezidentin köməkçisi Administrasiyadakı son struktur dəyişikliyini şərh etdi
Ölkə prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişib. Həmçinin dövlət başçısı özünə yeni köməkçilər təyin edib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Musavat.com-un əməkdaşının suallarını cavablandırıb və imzalanan sərəncamı şərh edib.
Rusiya Türkiyədən ən azı 3 il pomidor almayacaq
"Türkiyədən pomidor alışı ilə bağlı qadağanın müddəti ən azı üç il uzadılacaq". Bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev deyib.
İlham Əliyev İtaliya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Şərur rayonuna yeni icra başçısı təyin etdi
Azərbaycan Prezidenti Kamal Camal oğlu Cəfərovun Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Afaq Məsud "Şöhrət" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Afaq Məsudun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə Afaq Məsud qızı Vəliyeva (Afaq Məsud) "Şöhrət" ordeni ilə təltif edilsin.
"Trampın məktubları ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətini göstərir"
"ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və "XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarından görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazda xüsusi fərqləndirir, Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyur və bu əməkdaşlığı davam etdirmək niyyətindədir".
Böhran Qrupu: Azərbaycan və Ermənistan müharibəyə ən yaxın vəziyyətdədir
“2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra Azərbaycan və Ermənistan 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri müharibəyə ən yaxın vəziyyətdədir”.
NATO nümayəndəsi Azərbaycan Sülhməramlıları ilə görüşüb
Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun Azərbaycan sülhməramlıları ilə görüşüb.













