Siyasət

Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunub, Vahid Axundov və Kamal Abdulla yeni təyinat almayıb

1 İyun 2017 17:07

Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunub.  İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələri ləğv edilib. İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsinin bazasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb.

İlham Əliyev Əfqanıstan Prezidentinə başsağlığı göndərdi

1 İyun 2017 17:06

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Əşrəf Qaniyə başsağlığı göndərib.

Prezident Administrasiyasının strukturunda dəyişiklik edilib - TAM SİYAHI

1 İyun 2017 16:36

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.

Fatma Abdullazadə vəzifəsindən azad olunub

1 İyun 2017 16:33

Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə vəzifəsindən azad olunub. Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi boşdur.

Azərbaycanın I vitse-prezidentinin Katibliyinin rəisi təyin olunub

1 İyun 2017 16:32

Altay Həsənov Azərbaycanın I vitse-prezidentinin Katibliyinin rəisi təyin olunub. A. Həsənov 2002-ci ildən etibarən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.

Prezidentin hərbi məsələlər üzrə köməkçisi vəzifəsindən azad olunub

1 İyun 2017 16:31

Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vəzifəsindən azad olunub. Onun səlahiyyətləri Fuad Ələsgərova həvalə olunub. F. Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.

Azərbaycan prezidentinin yeni köməkçiləri təyin olunub

1 İyun 2017 16:30

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. Dövlət başçısının yeni köməkçiləri təyin olunub. Dilarə Seyidzadə prezidentin köməkçisi, Azər Əmiraslanov prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Zeynal Nağdəliyev prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi, Fuad Ələsgərov prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi təyin edilib. Prezidentin hərbi məsələlər üzrə köməkçisi indiyədək Vahid Əliyev idi.

"Qarabağın ermənilərə məxsus olduğunu deməmişəm" - Nazirdən təkzib

1 İyun 2017 16:14

Bu günlərdə "Ermənistan xəbərləri" portalı xəbər yaymışdı ki, Kiprin Xarici İşlər Nazirliyinin rəhbəri İoannis Kusulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı Qarabağı ermənilərin tarixi torpağı adlandırıb.

Makedoniyada azərbaycanlıları sevindirəcək TƏYİNAT

1 İyun 2017 15:59

Türk Hərəkat Partiyasının sədri professor Prof.Dr. Adnan Kahil Makedoniyada qurulan Zoran Zaev hökümətində Türk dünyası məsələlər üzrə dövlət nazir vəzifəsini tutub.

Musa Qasımlı: “Ölkələrimiz arasında münasibətlərin böyük potensialı var”

1 İyun 2017 15:33

“Dünyanın yeganə fövqəldövləti olan ABŞ-ın Prezidentinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı iki məktub ilk baxışda protokol qaydası kimi görünsə də, əslində onlarda yazılanların dərin mənası vardır”. Bunu  millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.

Ekspert: "Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlığın inkişafı çox vacibdir"

1 İyun 2017 15:08

İŞİD və digər terror qruplaşmalarının fəaliyyəti nəticəsində ABŞ-ın milli təhlükəsizliyinin və prioritetlərinin daim təhlükədə olduğu bir vaxtda Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlıq fundamental vacib aspektdir. Bunu  ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

Kolumbiya Senatı Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə qəbul edib

1 İyun 2017 14:51

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfəri çərçivəsində Kolumbiya Senatının birinci vitse-prezidenti xanım Daira de Xesus Qalvis Mendeslə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə Kolumbiya Senatında Kolumbiya-Azərbaycan dostluq qrupunun sədri Senator Teresita Garsia Romero və qrupun digər üzvləri iştirak edib.

“Şahdəniz-2” üçün inşa olunan platformanın üst tikililəri dənizə yola salınıb

1 İyun 2017 14:44

İyunun 1-də “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz əvvəlcə dövlətimizin başçısına “Şahdəniz Mərhələ 2” və “Cənub Qaz Dəhlizi” layihələri ilə bağlı görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, dənizə yola salınacaq yaşayış blokları və texnoloji təchizat (YBTT) platformasının üst modullarının tikintisi nəzərdə tutulan qrafikdən tez yekunlaşıb.

"Üçüncü ölkələr Dağlıq Qarabağda Ermənistanın fəaliyyəti barədə daha ciddi mövqe nümayiş etdirməlidir"

1 İyun 2017 14:32

Ermənistan tərəfindən Azərbaycan əraziləri Dağlıq Qarabağın və yeddi ətraf rayonun işğalı hələ də ciddi diqqət tələb edən məsələ olaraq qalır. Bu, Avrasiya Tədqiqat Mərkəzinin rəhbəri, doktor Alev Kılıçın "TurkishNY" portalındakı məqaləsində yazılıb.

Siyavuş Novruzov: “Trampın məktublarını ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirirəm”

1 İyun 2017 14:03

“ABŞ prezidentinin Azərbaycan prezidentinə göndərdiyi məktubları ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirirəm”. Bunu ABŞ prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktublarına münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.