Siyasət

Qarabağ münaqişəsinin həlli çıxılmaz vəziyyət səviyyəsindədir

1 İyun 2017 13:45

Rusiyadakı bəzi antiAzərbaycan çevrələrin Moskva-Bakı münasibətlərinə zərbə vurmaq məqsədilə istifadə etdikləri Ümumrusiya Azərbaycanlıları Konqresi kartı hələ ki, bu məkirli oyunçuların işinə yarayır. Etiraf etmək lazımdır ki, qeyd edilən amil istər-istəməz Moskva ilə Bakı arasında münasibətlərdə müəyyən mənada sərinlik yaratdı. Düzdür, bu kimi xırda problemlərin Azərbaycan-Rusiya strateji tərəfdaşlığına o qədər də zərbə vurmayacağı əminliyi olsa da, lakin şimaldan artan bu kimi təzyiq vasitələrinin ikitərəfli əlaqələrə təsirsiz ötüşməyəcəyi də mümkün deyil.

"Jewishpress": "Azərbaycan regional və qlobal sistemlərin mərkəzində yerləşməsindən uğurla istifadə edir"

1 İyun 2017 13:42

Rusiya və İranla həmsərhəd olan Azərbaycan keçmiş Sovet İttifaqının Avropa hissəsində əhalisinin əksəriyyətinin müsəlman olduğu yeganə respublikadır. Bu İsrail Demokratiya İnstitutunun beynəlxalq əlaqələr üzrə direktoru Maayan Yaffe-Hoffmanın "Jewishpress" qəzetində dərc olunan məqaləsində yazılıb.

Azərbaycan prezidenti: “Şahdəniz-2” çərçivəsində əlavə 16 milyard kubmetr qaz hasil olunacaq”

1 İyun 2017 13:21

“Bu gün tarixdə qalacaq. Çünki biz bu gün “Şahdəniz” platformasının üst hissələrini rəsmi qaydada açıq elan edirik. Bir neçə gündən sonra bu nəhəng qurğular dənizə göndəriləcək və “Şahdəniz” yatağında quraşdırılacaq. Bu, böyük tarixi hadisədir. Çox sevindirici haldır ki, bu nəhəng qurğular yüz faiz Azərbaycanda inşa edilibdir. Bir neçə il bundan əvvəl, xüsusilə “Şahdəniz” yatağı üzrə kontrakt imzalananda, bunu təsəvvür etmək belə mümkün deyildi”. 

Prezident: “BP-nin fəaliyyət sferasında Azərbaycan bir nömrəli investisiya məkanıdır”

1 İyun 2017 13:20

“BP ilə xüsusi münasibətlər o vaxtdan həmin şirkətin Azərbaycanın enerji bazarında, qlobal enerji bazarında fəal oyunçu olması faktına əsaslanır. O vaxtdan indiyədək tərəfdaşlığımızı strateji tərəfdaşlığa çevirən bir çox başqa müqavilələr imzalanıb. Onlardan biri “Şahdəniz”dir. Növbədə “Dayaz sular” və başqaları var. Bu, tərəfdaşlığın yaxşı göstəricisidir”. Bunu “Şahdəniz Mərhələ 2” üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Ermənistanın iki hərbi obyekti dağıdılıb- VİDEO

1 İyun 2017 13:16

Cəbhə xəttində artan erməni təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələri layiqli cavab verirlər. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiuyi xəbərə görə. Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb.

Rasim Musabəyov: “Problemin həlli həmsədrlik səviyyəsindən çıxıb”

1 İyun 2017 13:00

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərindən də heç nə gözləməyə dəyməz”. Bunu  millət vəkili Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çoxdan həmsədrlik səviyyəsindən çıxıb: “İndi onların işi odur ki, gəlib vəziyyəti öz gözləri ilə müşahidə etsinlər və hansısa bir təkliflər hazırlasınlar. Problemi ölü nöqtədən tərpətmək üçün onların nə nüfuzları, nə də imkanları var. Ona görə də bu səfərin nəticəsi kimi sonradan xarici işlər nazirlərinin görüşü təşkil olunsa belə, bu o deməkdir ki, həmsədrlərin səfəri mənasız olmadı”.

Politoloq: “Donald Tramp Azərbaycanla münasibətləri yüksək dəyərləndirir”

1 İyun 2017 12:57

“ABŞ həm terrorizmlə mübarizədə, həm iqtisadi layihələrdə, həm tolerantlıq və multikultural dəyərlərin qorunmasında, həm də regionda təhlükəsizlik məsələsini həll etməyə çalışan bir dövlət kimi Azərbaycanın rolunu müsbət və yüksək qiymətləndirir. Bu ölkə ikitərəfli münasibələtlərin daha da inkişafı istiqamətində müvafiq addımların atılması üçün müəyyən qərarlar verməyə hazırdır”. Bunu politoloq Arzu Nağıyev deyib.

Hadı Rəcəbli: “Ümummilli Lider Heydər Əliyev xarizmatik şəxsiyyət idi" 

1 İyun 2017 12:56

“15 İyun – Milli Qurtuluş Gününün Milli Məclisdə deputatlar tərəfindən qaldırılması və bu məsələnin gündəmə gətirilməsi əlbəttə ki, o tarixi hadisələrə verilən böyük yüksək qiymətdir. Əgər biz tarixə nəzərə salsaq görərik ki, o zamanlar Azərbaycanda özbaşınalıq, hərcmərlik, kənardan müdaxilələr nəticəsində kataklizmlər, ölkəmizin dağılması və s. ehtimalı var idi. Təbii ki, bu da bilərəkdən təşkil olunmuşdu. Digər tərəfdən isə anlamadan, bilmədən o zaman hakimiyyətə gələn qüvvələr xarici dairələrin təsiri ilə Azərbaycanın dağılması ehtimalını yaradırdılar”. Bunu millət vəkili Hadı Rəcəbli deyib.

Əli Əhmədov: “Qara müsahibat”lıq qara ləkəyə çevrilib

1 İyun 2017 12:54

“Ən çox yayılmış üsul işəgötürənlərin işçilərinin sayını azaltmasıdır. Bir çox iqtisadi fəaliyyət sahələri mövcuddur ki, qanunlarda və normativ aktlarda mövcud olan boşluqlar onlara öz bəd əməllərini həyata keçirməyə münbit şərait yaradır. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi, istifadə olunan işçilərin sayının gizlədilməsi hallarına tikintidə daha çox rast gəlmək mümkündür”.

İlham Əliyev “Şahdəniz-2” platforması üst tikililərinin dənizə yola salınması mərasimində

1 İyun 2017 12:49

“Şahdəniz-2” üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin iyunun 1-də Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yola salınması mərasimi olub.

Fransa səfiri: “Dağlıq Qarabağ məsələsində status-kvo davam edə bilməz”

1 İyun 2017 12:39

"ATƏT-nın Minsk qrupu danışıqlar prosesində həmişə fəaldır". Bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib. Onun sözlərinə görə, hər üç həmsədr bir-biri ilə, həmçinin münaqişə tərəflərinin dövlət başçıları və xarici işlər nazirləri ilə daim təmasda olur. 

Ziyafət Əsgərov: “Trampın məktubları çox xoşuma gəldi”

1 İyun 2017 12:29

“Bizim ABŞ ilə münasibətlərimiz hər zaman yaxşı olub. ABŞ prezidenti Donald Tramp Amerika-Ərəb sammitində çox gözəl bəyanat verdi. Eyni zamanda 28 May münasibəti ilə Azərbaycan prezidenti və xalqını təbrik etdi”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

1 İyun 2017 12:25

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 31-də Şırnak əyalətinin Uludərə rayonundakı Şenoba bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşıka və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

“Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regionda təhlükəsizliyə təsiri” mövzusunda İctimai Forum keçiriləcək

1 İyun 2017 12:23

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) “ Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regionda təhlükəsizliyə təsiri ” mövzusunda Bakıda geniş İctimai Form keçirəcək. “OLAYLAR”-ın xəbərinə görə, Prezident yanında QHT – lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqovun bildirdiyinə görə, formun əsas prioriteti Azərbaycan torpaqlarının işğal edilməsi faktının regionda yaratdığı təhlükəsziliyin və böhranın beynəlxalq qurumlara çatdırılmasıdır: “Əsas məqsədimiz informasiya resurslarının işə cəlb olunması ilə regional təhlükəsizliyin qlobal təhlükəsizliyə keçidi və münaqişənın yeni bir müstəviyə keçməsinin qarşısını almaq üçün səylərin artırılmasında beynəlxalq ictimaiyyətin fəallığının artırılmasına nail olmaqdır. Bunun üçün bir sıra işlər görülməlidir. Beynəlxalq təşkilatların Ermənistana qarşı sərt mövqe nümayiş etdirməsinə nail olmaq, Ermənistanın, eləcə də, Dağlıq Qarabağdakı terrorçu qrupun işğalçılıq siyasətinə, qeyri-qanuni fəaliyyətinə qarşı təsiredici adddımların gücləndirilməsi və BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin işləməsi üçün beynəlxalq ictimaiyyətin səfərbər olunmasıdır”.