Siyasət

Deputat: "Trampın İlham Əliyevə məktubları ABŞ-ın Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirdiyini göstərir"

1 İyun 2017 11:44

ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktublar diplomatik hörmətdən daha böyük əhəmiyyət kəsb edir. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Düşmən ərazilərimizə 39 mərmi atdı

1 İyun 2017 11:32

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan (39 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib

1 İyun 2017 11:27

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün imzalanan birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib.

Ziyafət Əsgərov: “Metsamor”-da bir hadisə baş versə, Avropa üçün də çox böyük təhlükə yaradar”

1 İyun 2017 11:13

“Sosial məsələlərin müzakirəsi, həlli Azərbaycanın daxili siyasətində prioritet məsələlərindən olub”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iyunun 1-də davam edən iclasında çıxışı zamanı deyib.

Azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədi ilə İşçi qrup yaradıldı

1 İyun 2017 09:35

Azərbaycan prezidenti İlham Əliyev azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsinə dair sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib. Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Xarici investisiyaların cəlb edilməsi əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna böyük töhfə verə bilər.

"Trampın məktubları Azərbaycanla ABŞ arasındakı münasibətlərin inkişafını əks etdirir"

31 May 2017 18:21

"Azərbaycan həmişə Amerika Birləşmiş Ştatları ilə iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq edib, həmçninin terrorizmə qarşı birgə mübarizə aparıb".

"Trampın məktubları rəsmi Vaşinqtonun Azərbaycana xoşməramlı münasibəti kimi dəyərləndirilə bilər"

31 May 2017 17:31

"Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika günü və Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar məktublar göndərməsi çox böyük siyasi əhəmiyyətə malikdir".

Radikal düşərgənin Gürcüstan marşrutu

31 May 2017 17:25

Radikal müxalifət, xüsusilə də bu düşərgəni təmsil edən Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimli yenə gündəmdə qalmaq cəhdləri axtaırışındadır. Ənənəvi olaraq partiyadakı kimlərdənsə bu məqsədlə yararlanan Əli Kərimliyə bu dəfə Gözəl Bayramlı “əl tutub”. Belə ki, AXCP təmsilçisi olan Gözəl Bayramlının Gürcüstandan qayıdarkən gömrükçülərin onun üzərindən bəyannamədən kənar halda 12 min dollar aşkar etməsindən Əli Kərimnli əməlli şou yaratmağa müvəffəq olub. Belə ki, hadisə qeydə alınan dəqiqələrdə AXCP sədri Əli Kərimli sosial şəbəkədə status yazaraq, Gözəl Bayramlının Gürcüstanda qayıdarkən çantasına "nələrinsə atılıb” saxlanıldığını bildirib. AXCP sədri iddia edib ki, Gözəl Bayramlı Gürcüstanda müalicədən qayıdırmış Ancaq daha sonrakı açıqlamasında tam fərqli bir mənzərə üzə çıxıb.

"Trampın Azərbaycan haqqında fikirləri bir sıra dövlətlərə mesajdır"

31 May 2017 17:19

ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ardıcıl 2 təbrik məktubu ünvanlaması və bu məktublarda Azərbaycanla münasibətlərə önəm verilməsi xüsusi diqqət çəkir. Məktublarda D.Trampın həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini qeyd etməsi, Azərbaycanı ABŞ-ın dəyərli tərəfdaşı adlandırması, Azərbaycanla münasibətlərin inkişafını, eləcə də iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəməsi, Cənub Qaz Dəhlizini dəstəkləməsi, Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verməsi və Azərbaycan inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəklədiyini bildirməsi və s. isti mesajların verilməsi diqqətdən yayınmır.

Amerika-Azərbaycan münasibətlərində yeni dönəm başlanır

31 May 2017 17:17

Yeni Ağ Ev administrasiyası formalaşandan sonra müşahidə edilən müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, Vaşinqton əvvəlki rəhbərlikdən fərqli olaraq bir sıra ölkələrlə mövcud olan problemləri, sərin münasibətləri aradan qaldırmağa üstünlük verməkdədir.

Prezident İlham Əliyev "Cəbrayıl" və "Qubadlı" gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

31 May 2017 17:10

Mayın 31-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının "Cəbrayıl" və "Qubadlı" yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.

Belçika Krallığında Respublika Günü

31 May 2017 16:46

diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş konsert ve rəsmi qəbul keçirilib. Tədbir Azerbaycan Respublikasinin Belçika Krallığındakı Səfirliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunub. Mayın 30 – da Brüsselin nüfuzlu BOZAR İncəsənət Sarayında Respublika Günü və Azərbaycan və Belçika arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş konsert ve rəsmi qəbul keçirilib. Tədbir Azerbaycan Respublikasinin Belçika Krallığındakı Səfirliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunub. Səfirlikdən “Olaylar” – a bildirlib ki, Belçika dövlət qurumları, Avropa İttifaqı təsisatları və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbir çərçivəsində ilk öncə çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov yaradılmasının 99 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının milli tariximizdə tutduğu mühüm yerdən bəhs edib, cəmi 23 ay yaşamış bu respublikanın demokratik dəyər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayıb, bu zaman qadınlara səs hüququnun verildiyini, ölkə ərazisində yaşayan azlıqların milli parlamentdə təmsil olunduğunu xatırladıb, müasir Azərbaycan Respublikasının keçdiyi şanlı müstəqillik yolu barədə danışıb. Səfir daha sonra Belçika və Azərbaycan əlaqələrinin 25 illiyinin vacib hadisə olduğunu qeyd edib, Belçikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən olduğunu xatırladıb.

Prezident İlham Əliyev: "Azərbaycan regionda enerji təhlükəsizliyinin təminatçısına çevrilib"

31 May 2017 16:10

Azərbaycan Prezidenti İlham Əliyev XXIV Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransının iştirakçılarına müraciət edib.