Siyasət

"Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edildi

31 May 2017 15:43

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalanıb.

İlham Əliyev MDB Statistika Xidmətləri Rəhbərləri Şurasının iclasının bir qrup iştirakçısını qəbul edib

31 May 2017 15:42

Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminarın və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclasının bir qrup iştirakçısını qəbul edib. 

Gözəl Bayramlının siyasi inkasatorluğu - Gürcüstan izi ilə... ANALİZ+FAKTLAR

31 May 2017 15:32

Azərbayan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri müavini, xüsusilə partiyanın sədri Əli Kərmlinin “inkasatoru” rolunu oynayan Gözəl Bayramlının məlum məsələlərə görə həbsinin ardınca, onun evində aparılan yoxlamalardan sonra üzə çıxan müxtəlif valyutalarla bağlı bank çekləri bir daha belə deməyə əsas verir ki, son illər qonşu Gürcüstanda fəaliyyət göstərən bir sıra anti-Azərbaycan dairələri öz fəaliyyətlərini maraqları çərçivəsində həll etməkdən ötrü məhz radikal xarakterli müxalifət partiyaları ilə təmaslar qurublar.

Millət vəkili: “15 iyunu xalqımız üçün müqəddəs bir gün hesab edirəm” 

31 May 2017 15:30

“15-iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki, 15 iyunda müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyin bünövrəsi qoyulan gündür”. Bunu  millət vəkili Azər Badamov deyib.

Müdafiə naziri NATO nümayəndəsi ilə görüşüb

31 May 2017 15:07

Mayın 31-də Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın NATO ilə əməkdaşlığı, ölkəmizin beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə, təhlükəsizlik məsələləri, regionda baş verən hərbi-siyasi proseslər və digər mövzular ilə bağlı müzakirələr aparılıb. Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan E.Uzun Azərbaycan Silahlı Qüvvələrinin NATO və tərəfdaş dövlətlərlə uzlaşma səylərini, həmçinin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına ölkəmizin verdiyi töhfəni yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb.

“Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir”

31 May 2017 14:47

Mayın 31-də Bakıda XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışı olub. Bakı Sərgi Mərkəzində təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır.

Müsavatın “Avropa Koordinasiya Mərkəzi” dağılır

31 May 2017 14:45

Qurum üzvləri bir birini saxtakarlıqda, fırıldaqçılıqda, təxribat və pozuculuq fəaliyyətində ittiham edirlər. Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi daxilində ziddiyyətlər pik həddə çatıb. Qurum daxilindəki qruplaşmalar arasında vəzifə uğrunda mübarizə, təşkilatın fəaliyyət istiqamətləri ilə bağlı fikir ayrılığı nəticəsində münasibətlər qarşıdurma səviyyəsinə qalxıb.

Həmsədr dövlətlərin status-kvonu saxlamaq cəhdləri

31 May 2017 14:43

Son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanatlar, açıqlamalar bir daha sübut edir ki, bu qurumu Dağlıq Qarabağ probleminin həllindən daha çox cəbhədə atəşkəsin pozulması hallarını aradan qaldırmaq, eyni zamanda mövcud status-kvonu saxlamaqla Ermənistanın maraqlarına uyğun addımlar atmaq düşündürür. Elə bu günlərdə ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popovun APA-nın Moskva müxbirinə verdiyi eksklüziv müsahibədən də bu mövqe aydın şəkildə özünü göstərir. İqor Popovun müsahibəsindən gəlinən qənaət ondan ibarətdir ki, Minsk qrupu qarşısına Qarabağ məsələsinin beynəlxalq hüquqa uyğun həllini qoymayır.

İşğalçı ölkənin “Zayner siyasəti” nəticə verəcəkmi?

31 May 2017 14:25

ATƏT-in Daimi Şurasının sonuncu iclasında fəaliyyətdə olan sədr kimi Avstriya tərəfindən bəyan edilib ki, ATƏT-in Yerevan ofisinin mandatının uzadılması ilə əlaqədar konsensusa gəlmək mümkün olmayıb. Məhz bu bəyənat Ermənistanı ciddi narahat etməyə başlayıb və vəziyyətdən çıxış yolları araşdırılır. Artıq ermənilər ATƏT-lə münasibətləri yenidən qurmaq məqsədilə  ATƏT-in baş katibi Lamberto Zaynerini Yerevana dəvət ediblər. Maraqlıdır sözügedən dəvət reallaşsa, Ermənistanın uduşu nədən ibarət ola bilər?

Erməni həyasızlığı, yunan saxtakarlığı

31 May 2017 14:22

Adətən bir qayda olaraq terror təşkilatını terrora dəstək verən ölkə, işğalçını separatizm və təcavüzkar siyasət həyata keçirən dövlət müdafiə edər, ona dəstək nümayiş etdirər. Necə ki, zaman-zaman işğalçı Ermənistana verilən dəstəyin timsalında bunu aydın şəkildə görürük. Və bu günlərdə Kiprin yunan hissəsi də eyni yanaşma, mövqeni, işğalçıya dəstək münasibətini ortaya qoydu.

Vaşinqton Azərbaycanın bölgədə oynadığı rola müsbət qiymət verir

31 May 2017 14:19

“ABŞ prezidenti Donald Tramp qısa zaman ərzində azərbaycanlı həmkarı İlham Əliyevə ikinci məktubunu göndərib. Ağ Ev sahibi birinci məktubunda İlham Əliyevi və Azərbaycan xalqını 28 may – Respublika günü münasibətilə təbrik etmişdi”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib: “Həmin məktubda bu cümlələr var idi: “Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır”, “Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik” və “Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”.

Silahlı Qüvvələrin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb

31 May 2017 14:10

Bakı şəhərində Azərbaycan Respublikasının Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan etdiyi motoatıcı taborunun növbəti dəfə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi başlayıb.

NATO Ermənistanın bəyanatını təkzib etdi

31 May 2017 13:27

NATO mina təhlükəsizliyi məsələləri ilə bağlı Ermənistan əhalisinin maarifləndirilməsi ilə məşğul olacaq, amma minalardan təmizləmə bu layihənin tərkib hissəsi deyil. Bunu Alyansın mətbuat xidmətinin nümayəndəsi deyib.