Siyasət

Mariya Zaxarova: “Azərbaycanla münasibətlər Rusiya üçün dəyərlidir”

31 May 2017 12:44

“Rusiya üçün Azərbaycan və İranla münasibətlər dəyərlidir”.  Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. "Kənardan olan istər müsbət, istər də mənfi təsirlər bu münasibətlərə xələl gətirməməlidir. 

“Həmsədrlər Sərkisyanın işğalçılığı möhkəmləndirmək kursunu dayandırmalıdır”

31 May 2017 12:29

“2018-ci il aprelin 9-da Serj Sərkisyan prezident vəzifəsini tərk etməlidir. Hakimiyyətdə qaldığı bu 10 ay ərzində Serj Sərkisyan adını erməni tarixinə Qarabağ məsələsində kompromisə getməyən şəxs kimi salmaq istəyir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Azərbaycan XİN Kiprin xarici işlər nazirinə etiraz edib

31 May 2017 12:22

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kiprin xarici işlər naziri İoannis Kasoulidesin Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar səsləndirdiyi fikirləri şərh edib. H. Hacıyev bildirib ki, Kiprin xarici işlər naziri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səsləndirilən fikirlər Kiprin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və digər beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəlikləri ilə bilavasitə ziddiyyət təşkil edir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin təşviq edilməsinə xidmət göstərir: “Onun bu fikirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesinə və regionda davamlı sülhün təmin olunması səylərinə zərər vurur”.

Milli Məclisdə AŞPA-nın uşaqlar üzrə alt komitəsinin iclası keçirilir

31 May 2017 12:21

Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf Komitəsinin uşaqlar üzrə alt komitəsinin iclası keçirilir. “Olaylar” xəbər verir ki, iclasa Milli Məclisin vitse-spikeri Bahar Muradova sədrlik edir.

Qazax politoloq erməni xüsusi xidmət orqanları və Vahan Martirosyan haqda

31 May 2017 12:06

Ermənistan-Azərbaycan Sülh Platforması, erməni xüsusi xidmət orqanlarının bu təşəbbüsü içəridən dağıtmaq üçün öz agentini onun rəhbərliyinə yerləşdirməsi üzə çıxandan sonra, çətin vəziyyətə düşüb.

Prezident İlham Əliyev: “Azəri-Çıraq-Günəşli üzrə müqavilənin müddətinin uzadılması istiqamətində iş aparılır”

31 May 2017 11:47

"Təəssüf ki, müstəqilliyin ilk illərində neft-qaz sənayesi tənəzzülə uğradı, Abşeron yarımadası çirkləndirildi". Bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib. 

Azərbaycan prezidenti: “Neft-qaz layihələrimiz regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təməlidir”

31 May 2017 11:45

“Azərbaycanın 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı var. Enerji təhlükəsizlikdə mühüm rol oynayır. Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizlik məsələsidir”. Bu sözləri Azərbaycan prezidentiİlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışında deyib. O bildirib ki, tarixi neft-qaz kəmərləri yaradılmasaydı, Azərbaycan resurslarını dünya bazarlarına ixrac edə bilməzdi: “Azərbaycanın neft-qaz layihələri regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təməlidir. Bu layihələrin ölkələr arasında münasibətlərə də çox böyük təsiri var. Bu kəmərlər bizim böyük sərvətimizdir”.

Prezident: "Azərbaycan etibarlı tərəfdaş kimi tanınır"

31 May 2017 11:44

"Bu sərginin Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Bu, onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır". Bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib. Dövlət başçısı deyib ki, bu sərgidə 300 şirkət iştirak edir: "Birinci sərgi ölkəmizi dünyada tanıtdırmaq üçün mühüm rol oynamışdı.

Prezident İlham Əliyev "Caspian Oil & Gas 2017" sərgisi ilə tanış olub

31 May 2017 11:42

Bu gün Bakı Ekspo Mərkəzində Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan 24-cü Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas 2017" sərgisi öz işinə başlayıb.

Həmsədrlərin Azərbaycana səfərinin vaxtı açıqlandı

31 May 2017 11:25

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər çərçivəsində iyunun 19-da Bakıda olacaqlar. Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. H. Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin substantiv danışıqlar yolu davam etdirilməsinə hazırdır.

Ermənilər yaşayış məntəqələrini atəşə tutub

31 May 2017 11:19

Mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub.

Atəşkəs rejimi 120 dəfə pozulub

31 May 2017 11:17

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 82 (50 mərmi) və 120 (15 mərmi) millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.

Prezident İlham Əliyev və xanımı Yasamal rayonunda yeni tikilən yolların açılışında iştirak ediblər 

30 May 2017 19:05

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda keçmiş "Sovetski" adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni tikilən yolların açılışında iştirak edib, digər küçələrdə aparılan işlərin gedişi ilə tanış olublar.

Prezident: "Xorvatiya Azərbaycanla getdikcə möhkəmlənən tərəfdaşlıq və dostluq əlaqələrini yüksək qiymətləndirir"

30 May 2017 18:55

"Zati-aliləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Bu xoş fürsətdən istifadə edərək dost Azərbaycan xalqına Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan rifah və inkişaf arzu edirəm.

"Erməni tarixçiləri də "erməni soyqırımı"nın yalan olduğunu etiraf edirlər"

30 May 2017 18:54

Erməni tarixçiləri belə "erməni soyqırımı"nın yalan olduğunu etiraf edirlər. Bunu Türkiyə prezidentinin baş müşaviri, professor Seyit Sertçelik "Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi 1678-1914" adlı ikicildlik əsərinin Bakıda təşkil olunan təqdimatında deyib.