Siyasət

"Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı hərəkətlərinin təməlində işğalçılıq dayanır"

30 May 2017 18:34

Ermənistanın Türkiyə və Azərbaycanda törətdiyi qətliamlar eyni məqsəd daşıyır. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə Prezidentinin müşaviri Professor Dr. Seyit Sertçeliyin, ermənilərin 1915-ci il hadisələri ilə bağlı yalanlarını ifşa edən "Rus və Erməni Mənbələri İşığında Erməni Problemi və Meydana Çıxma Prosesi 1678-1914" adlı ikicildlik əsərinin Bakıda təşkil olunan təqdimatı zamanı deyib.

Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib

30 May 2017 17:55

Mayın 30-da Bakının Qaradağ rayonunun Qobu qəsəbəsinin ərazisində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. Birinci vitse-prezident kompleksin təməlini qoyub. Mehriban Əliyeva mərasimdə çıxış edib. Sonra Baş nazirin müavini Əli Həsənov, “Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər.

Həmsədrlər yaxın 10 gün ərzində regiona səfər edəcəklər

30 May 2017 15:42

ATƏT-nın Minsk qrupunun həmsədrləri iyunun əvvəlində Ermənistana və Azərbaycanın erməni silahlı bölmələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

30 May 2017 15:40

Monteneqronun Prezidenti Filip Vuyanoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Vasif Əfəndiyev: "Ermənistan münaqişənin həllinə bilərəkdən maneçilik törədir" 

30 May 2017 15:35

“Ermənistanın fikrincə yalnız Dağlıq Qarabağda yaşayan köçmə ermənilərə “xalqların özünün müqəddəratını müəyyənetmə” prinsipi tətbiq edilməli və Azərbaycan bununla razılaşamalıdır. Bundan başqa onların tələblərinin mərkəzində “status” almış qurumun Ermənistan tərəfindən mühafizə olunan quru sərhəddi olması dayanır. Eləcə də sülhməramlı qüvvələr adı altında Rusiya qoşunlarının Azərbaycanla Dağlıq Qarabağ ərazisində yerləşdirilməsini planlaşdırırlar”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

Politoloq: “Erməni əhalisi münaqişənin davam etməsindən bezib”

30 May 2017 15:33

“Ermənistanın tutduğu mövqe hamıya məlumdur”. Bunu  politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, daxildə gərginliyi aradan qaldırmaq, cəmiyyəti  iqtisadi problemlərdən yayındırmaq üçün son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına olduqca böyük xələl gətirirlər: “Bununla da Ermənistan hakimiyyəti daxildə vəziyyəti öz xeyirlərinə sabitləşdirməyə cəhd edərək hakimiyyətdə daha çox oturmaq istəyırlər.

“Xankəndi-Şuşa reysi” nəyə hesablanıb?

30 May 2017 14:00

Ermənilər tərəfindən ölkəmizə qarşı hazırlanan təxribat xarakterli addımların ardı-arası kəsilmək bilmir. Artıq bu işə Ermənistan dövlət səviyyəsində girişib və bütün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata sürükləməyə çalışır. Mənfur düşmənin növbəti təxribatı işğal altında olan Azərbaycan ərazilərində yeni uçuşlar keçirməkdən ibarətdir.

Elmar Məmmədyarov Kolumbiyaya səfər edib

30 May 2017 13:42

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfərə yola düşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə,səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Kolumbiya Respublikasının xarici işlər naziri Mariya Angela Olgin və digər rəsmi şəxslərlə görüşü, Nazirlər səviyyəsində Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında siyasi məsləhətləşmələrin dördüncü mərhələsinin keçirilməsi və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması nəzərdə tutulub. Həmçinin səfər əsnasında müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan və Kolumbiya şairlərinin yaradıcılığından ibarət “Azərbaycan/Kolumbiya İyirmi şeir” (Azerbaiyán/Colombia Veinte poemas) kitabının təqdimatı keçiriləcəkdir. Xatırladaq ki, 8 iyul 2013-cü ildə Kolumbiyanın xarici işlər naziri Maria Angela Olqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.

Martirosyanın timsalında ermənilər barədə yaradılan mələk obrazı

30 May 2017 13:26

Ermənilərlə dost olmaq arzusunu dilə gətirənlər, düşmən ölkə ilə yaxınlaşaraq müəyyən maddiyat qarşılığında milli maraqları ayaqlar altına atanlara yaxşıca dərs oldu. Belə ki, bir neçə ilə bundan əvvəl Ermənistandan qaçaraq öz ailəsi ilə Azərbaycana təşrif buyuran, bir müddət Azərbaycanın hesabına əsl insan kimi yaşamağı öyrənən erməni hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan bu günlərdə sosial şəbəkədə bir video paylaşaraq, bütün erməni xalqından üzr istəyib və Azərbaycan haqqında ağır ittihamlar irəli sürüb. Məlumat üçün bildirək ki, hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə özünün və ailəsinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəmişdi.

Azərbaycanın balanslaşdırılmış siyasəti, yaxud Bakı Rusiya - Səudiyyə Ərəbistanı - İran üçbucağında

30 May 2017 13:25

Bir müddət əvvəl Səudiyyə Ərəbistanında keçirilən ərəb-müsəlman-Amerika samiitinin üzərindən bir xeyli vaxt keçsə də, lakin hələ də həmin sammit və orada müzakirə edilən məsələlər ətrafında müzakirələr davam etməkdədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də həmin sammitə dəvət edilmiş və bu mühüm toplantıya qatılmışdı. Birmənalı olaraq rəsmi Bakının belə bir mühüm sammitdə iştirakı həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən əhəmiyyətli hesab edilmişdi.

Kölndə Respublika Günü qeyd edilib

30 May 2017 12:44

Almaniyanın Köln şəhərində “EFİZ - Avropa Əməkdaşlıq Forumu” və “Galereya Art kafe - Art Haus”un birgə əməkdaşlığı ilə Azərbaycanın 28 May -Respublika Günü qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Galereya Art kafe-Art Haus”un rəhbəri Cavid Xanlarov və “EFİZ”-in sədri Samira Patzer-İsmailova qonaqları salamlayaraqonalrı Respublika Günü münasibətilə təbrik ediblər.

Qarabağla bağlı kimsə fikirləşmir

30 May 2017 11:59

Parisdə bağlı qapılar arxasında 3 saata yaxın görüş keçirən Fransa rəhbəri E.Makronla Rusiya Prezidenti V.Putin görüşdən sonra jurnalistlər üçün müzakirə mövzuları ilə bağlı açıqlamalar veriblər. E. Makron görüşün qarşılıqlı anlaşma əsasında keçdiyini bildirib. Rusiya və Fransa arasında əməkdaşlığın inkişafının vacibliyindən danışıblar.

Atəşkəsin pozulması halları artır

30 May 2017 11:57

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan da (13 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.

Tahir Mirkişili: “ATƏT Ermənistanın dağıdıcılıq siyasətinin qarşısını almalıdır” 

30 May 2017 11:58

Mayın 29-30-da Avstriyanın Villach şəhərində ATƏT Parlament Assambleyasının “Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı” mövzusunda təşkil etdiyi konfransda Milli Məclisin ATƏT PA –da nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili çıxış edib.