Siyasət

Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentini qəbul edib

30 May 2017 11:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Həsən Ruhaniyə zəng etdi

29 May 2017 20:08

Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib. Dövlətimizin başçısı Həsən Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar İran Prezidentinə və xalqına təbriklərini çatdırmış, Həsən Ruhaniyə Prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə etmişdir.

Səfir Elxan Poluxov “Radio Senado”-da 

29 May 2017 20:02

Azərbaycan Respublikasının Braziliyadakı Səfiri Elxan Poluxov Braziliya Senatını radiosu olan "Radio Senado"-da "Parlamentos do Mundo" proqramında Azərbaycana həsr edilmiş verilişə müsahibə verib. Səfirlikdən "Olaylar" - a bildirlib ki, müsahibə zamanı Səfir Elxan Poluxov Azərbaycanın tarixi, mədəniyyəti, regional layihələri, Azərbaycan Respublikasının Parlamenti və ölkənin qanunverilcilik sistemi, son illər ərzində əldə edilmiş uğurlar və xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışıb.

Züleyxa Nadir yazır... 99 il yol gələn 28 Mayin şərəf və ləyaqət ölçüsü

28 May 2017 10:30

28 May Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidi. 28 May Azərbaycan xalqının əxlaq və namus etiketidi. Bu etiketi yaradanlar Cümhuriyyətin qurucuları olan Məmməd Əmin Rəsulzadığə, Ceyhun Hacıbəyli, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmmədhəsən Hacinski və Üzeyir bəy Hacıbəyli kimi tarixi şəxsiyyətlərdi. “İstiqlal” Bəyannaməsi ilə Azərbaycan dövlətinin qurulduğunu elan edən bu şəxsiyyətlər Azərbaycan xalqının qiymətli sərvətidi.

23 ayda 23 ilə bərabər fəaliyyət

28 May 2017 10:00

Şərqdə ilk demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 99 il keçir. Düz 99 il əvvəl Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində paytaxtı əvvəlcə Gəncə, sonra isə Bakı şəhəri olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.

Ankarada Qarabağ Parkı

28 May 2017 09:40

Ankaranın Pursaklar bələdiyyəsi ərazisində Qarabağ Parkının açılışı olub. Tədbirdə Azərbaycanın və Türkiyənin deputatları, ziyalılar, türk dünyasının müxtəlif bölgələrindən tanınmış simalar, QHT, KİV nümayəndələri, yerli sakinlər iştirak ediblər. Pursaklar bələdiyyəsinin sədri Selcuk Çetin çıxış edərək diqqətə çatdırıb ki, Qarabağ Parkının salınması Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə gerçəkləşib.