Fransada məscid gülləbaran olundu: 8 yaralı - FOTO

Fransanın cənub-şərqindəki Provans vilayətində, Avinyon şəhərində məsciddən çıxanlara atəş açan şəxslərin kimliyi artıq müəyyənləşdirilib.

Milli.Az La Provence-a istinadən bildirir ki, tapança və yarımavtomat tüfənglə silahlanmış iki kişi "Ər Rəhma" məscidinin qarşısında Renault Clio avtomobilini saxlayandan sonra yerə düşüblər. Üzlərində maska, başlarında kapyuşon olan bu şəxslər məsciddən çıxan müsəlmanlara atəş açmağa başlayıblar.

Gülləbaranda 8 nəfər, o cümlədən 7 yaşlı qız yaralanıb. Cinayətkarlar maşına minərək aradan çıxmağı bacarmıhdılar.

Provans polisi olayın terakt yox, gənclər arasında mübahisənin nəticəsi olduğunu bəyan edib.

----------

08:27

Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində  baş verən silahlı insident nəticəsində 8 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iki maskalı şəxs avtomobillə məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıb. İnsident nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür. Hadisənin mübahisə zəminində baş verdiyi, terrorla əlaqəli olmadığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31