Siyasət

İlham Əliyev: "Ən çətin əməliyyatların ölkəmizdə uğurla aparılması fərəh doğu

27 May 2017 18:05

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Bakı Ürək Günləri" V Beynəlxalq Konqresinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubu konqresin açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullaz

İlham Əliyev Efiopiya və Nepal prezidentlərini təbrik etdi

27 May 2017 18:02

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm".

Kubada 28 May - Respublika günü

27 May 2017 09:28

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 99-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı Səfirliyi Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində geniş bayram tədbiri keçirilib. Səfirlikdən "Olaylar" - a bildirlib ki, tədbirdə Kubanın Xarici İşlər Nazirliyinin rəsmiləri, ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kubanın hakim Kommunist Partiyasının Mərkəzi Komitəsi, Milli Asambleyası, hökumət qurumlarının rəsmiləri və yerli mətbuat təmsilçiləri iştirak ediblər.

Bakıda Avstraliya-Azərbaycan biznes-forumunun keçirilməsi planlaşdırılır

26 May 2017 18:47

Avstraliyanın Pert şəhərində Azərbaycanın iqtisadi və investisiya imkanlarının təqdimatı keçirilib. Tədbir avstraliyalı sahibkarlar üçün Azərbaycanın fəxri konsulluğu tərəfindən təşkil olunub.

İlham Əliyev: “Nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm”

26 May 2017 18:20

“Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıb. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər”.

Azərbaycan prezidenti: "Biz indi bir çox ölkə üçün nümunəyik"

26 May 2017 18:18

"Azərbaycanda bundan sonra da millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə öz həllini tapacaq. Biz indi bir çox ölkə üçün nümunəyik. Bunu artıq heç kim gizlətmir. Nəinki ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər, eyni zamanda, Azərbaycanda mövcud olan vəziyyət bir çox ölkələr üçün nümunədir. Həmkarlarım və təmasda olduğum xarici qonaqlar bunun sirrini öyrənmək üçün mənə dəfələrlə suallar verirdilər.

Prezident: “TAP-ı əngəlləmək üçün böyük səylər göstərilir, bunun arxasında böyük pullar dayanır”

26 May 2017 18:17

“Bu gün qarşımızda duran vacib məsələlərdən biri Cənub Qaz Dəhlizinin başa çatdırılmasıdır. Azərbaycan bu istiqamətdə də öz tərəfdaşları ilə uğurlara imza atıb”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Prezident: “TAP-ı əngəlləmək üçün böyük səylər göstərilir, bunun arxasında böyük pullar dayanır”

26 May 2017 18:17

“Bu gün qarşımızda duran vacib məsələlərdən biri Cənub Qaz Dəhlizinin başa çatdırılmasıdır. Azərbaycan bu istiqamətdə də öz tərəfdaşları ilə uğurlara imza atıb”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Müstəqillik bizim üçün ən böyük sərvətdir

26 May 2017 18:04

Dünən “Buta” sarayında Azərbaycanın milli bayramı–Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər..Azərbaycanın dövlət himni səsləndirildikdən sonra dövlət başçısı rəsmi qəbulda çıxış edib.  Bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edən prezident bildirib ki, 99 il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılıb. Dövlət başçısının sözlərinə görə, Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb: “Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu.

Dövlət başçısı: "Azərbaycan Trampın Ərəb-İslam-Amerika Zirvəsindəki çıxışını yüksək qiymətləndirir"

26 May 2017 17:57

"Azərbaycan xarici siyasət sayəsində böyük uğurlar əldə edib. Bunu artıq Azərbaycan ictimaiyyəti bilir. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Ermənistandan başqa heç bir ölkə ilə ikitərəfli formatda bizim problemimiz yoxdur. Biz bir çox üçtərəfli əməkdaşlıq formatları irəli sürdük".

İlham Əliyev: “Azərbaycanda daxili risk mənbələri yoxdur, mümkün olan risklər xaricdə formalaşır”

26 May 2017 17:55

“Daxili siyasətə gəldikdə, ilk növbədə, Azərbaycanda bundan sonra da təhlükəsizlik təmin edilməlidir. Deyə bilərəm ki, Azərbaycanda daxili risk mənbələri mövcud deyil”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Prezident: "Dilənçi Ermənistandan fərqli olaraq, biz ordumuzu öz hesabımıza təmin edirik"

26 May 2017 17:52

"Ordu quruculuğu istiqamətində siyasətimiz özünü tam doğruldub. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Beynəlxalq reytinqlər də bunu göstərir". Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində deyib.