Siyasət

Azərbaycan prezidenti: "Qarabağ danışıqlarında prinsipial mövqeyimizdən bir millimetr də geri çəkilən deyilik"

26 May 2017 17:46

"Xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu istiqamətdə bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır". Bunu Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycanın milli bayramı - Respublika günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində deyib.

Prezident: “Azərbaycan müstəqilliyini qoruya bilsəydi, bu gün ən inkişaf etmiş ölkələrdən biri olacaqdı”

26 May 2017 17:43

“Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı.

Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

26 May 2017 17:08

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, mayın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib. İclasdan əvvəl MDB iştirakçı-dövlətlərin Müdafiə nazirləri Naməlum Əsgər abidəsi önünə əklil qoyub, “Həyat ağacı” heykəltəraşlıq kompozisiyasının açılış mərasimində və Müdafiə Nazirliyi Beynəlxalq mərkəzində şam ağaclarının əkilməsində iştirak ediblər. Sonra Müdafiə nazirlərinin görüşü keçirilib. Görüşdə cari hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.

Donald Tramp: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir"

26 May 2017 17:02

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald C. Tramp Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Səfir: "Argentina Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazırdır"

26 May 2017 16:34

"Rəsmi Buenos-Ayres Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazırdır". Bunu Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva deyib. O bildirib ki, münaqişə ciddi narahatlıq yaradır: “Biz bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq. Münaqişənin sülh yolu ilə həlli bütün region üçün yararlıdır və regionun inkişafı üçün yeni imkanlar yaradacaq. Dəfələrlə bəyan etmişik ki,  Azərbaycanın ərazi bütövlüyünü  dəstəkləyirik. Bu ölkənin müstəqilliyini beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanımışıq”.

NATO PA rəhbəri: “Cənubi Qafqazda sabitliyin bərqərar olması NATO-nun əsas məqsədlərindən biridir”

26 May 2017 16:26

NATO Parlament Assambleyasının sədri Paolo Alli Tiflisdə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb. NATOParlament Assambleyasının yaz sessiya çərçivəsində keçirilən görüşdə P. Alli Gürcüstanın Avropa və Avroatlantik məkana tam inteqrasiyasını dəstəklədiyini bildirib. O qeyd edib ki, regionda sabitliyin bərqərar olması NATO-nun əsas məqsədlərindən biridir. P. Alli Gürcüstanın nəinki regional, həm də qlobal təhlükəsizlik məsələlərində böyük rol oynadığını bildirib.

Deputatlarımız NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

26 May 2017 14:49

Tbilisidə baş tutacaq NATO Parlament Assambleyasının yaz sessiyasında Azərbaycanı  Milli Məclis Sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildirlər.

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gələcək

26 May 2017 14:35

ABŞ Dövlət katibinin köməkçisinin energetika diplomatiyası üzrə müavini Robin DanniqanAzərbaycana səfər edəcək. Bu barədə  ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. R.Danniqan "Caspian Oil&Gas 2017" beynəlxalq sərgisində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. 

Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi

26 May 2017 13:57

Məlum olduğu kimi lV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi hadisədir. Azərbaycanda belə bir məhəşəm oyunun keçirlməsi həm də İslam dünyasının ölkəmizə olan böyük hörmət və inamın təzahürüdür.

Sarkisyandan SENSASİYALI ETİRAF: Qarabağ Azərbaycanındır və əraziləri qaytarmasaq...

26 May 2017 13:35

“Bütün dünya Qarabağda mövcud status-kvonun təhlükəli olduğu haqda danışır və bunu dəyişdirməyin lazım olduğunu bildirir. Həmçinin, Minsk qrupu da status-kvonu qəbul etmir”. Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib. Onun sözlərinə görə, 25 il ərzində Ermənistan Qarabağ məsələsində irəliləyiş əldə edə bilməyib: “Çünki bu torpaqlar Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqda bu belədir. Azərbaycan da bu vəziyyətdən istifadə edir”. M.Sarkisyan əlavə edib ki, Ermənistan Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq.

Prezident İlham Əliyev və xanımı Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda iştirak edirlər

26 May 2017 13:17

Mayın 26-da "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak edirlər. 

ATƏT PA-nın xüsusi toplantısında  milli azlıqlar məsələsi  müzakirə ediləcək

26 May 2017 13:03

Mayın 29-30-da  Avstriyanın Karintaya muxtar vilayətinin  Villach şəhərində ATƏT Parlament Assambeleyası üzvlərinin “Milli azlıqlar siyasətinə yeni baxış” mövzusunda xüsusi toplantısı keçiriləcək. “Olaylar” xəbər verir ki, toplantıda ölkələrin daxilində milli azlıqların qorunması, onların idarəetmədə iştirakı, dil və mədəniyyətlərinin qorunması,  bunun üçün parlamentin rolu haqda geniş müzakirə olacaq. Toplantıda ATƏT PA-nın prezidenti Kristine Muttonen, Karintiya bölgəsinin qubernatoru Peter Kaiser çıxış edəcək.  Karintiya bölgəsinin etnik əhalisi olan slovenlər  1920-ci  ildə referenduma bölgənin Avstriyanın tərkibində qalmasına qərar veriblər. Bu gün Karintiya Avstriyanın ən inkişaf etmiş vilayətlərindən biridir.

Mətbuat Şurasının sədri saytların daşıdığı məsuliyyətdən danışdı

26 May 2017 12:42

Azərbaycanda artıq internet resurslar da yazılı kütləvi informasiya vasitələri üçün nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.