Siyasət

Si Cinpin: "Çin Azərbaycanın əldə etdiyi müvəffəqiyyətlərə sevinir"

26 May 2017 12:37

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Tamerlan Vahabov: “Azərbaycanın İslam dünyası ilə konstruktiv əlaqələri var”

26 May 2017 12:35

“Ümumiyyətlə Azərbaycanın keçirdiyi idman oyunlarının hamısına nəzər salanda görərik ki, burada zəncirvari bir məntiq var. Məsələn, biz 2015-ci ildə Bakıda I Avropa Oyunlarını keçirdik. Daha sonra bu il IV İslam Həmrəyliyi Oyunlarını təşkil etdik. Yəni bu, Azərbaycanın sadəcə oyunları keçirmək xatirinə təşkil etdiyi bir oyunlar deyildi. Beləki bu oyunların siyasi əhəmiyyəti də var”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

26 May 2017 12:32

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Qarabağ danışıqlarında vəziyyətimiz günü-gündən pisləşir..."

26 May 2017 12:02

Mövcud status-kvo Qarabağ danışıqlarında Ermənistanın vəziyyətini günü-gündən pisləşdirir. Bunu Ermənistanın keçmiş xarici işlər naziri, fövqəladə və səlahiyyətli səfir Arman Melikyan deyib. Melikyanın sözlərinə görə, Dağlıq Qarabağın statusu əvvəl necə havadan asılı qalmışdısa, indi də elədir. Əgər əvvəllər danışıqlar "ərazilərin əvəzində status" formulu əsasında aparılırdısa, indi "ərazilərin əvəzində vəziyyətin yaxşılaşması" haqda danışırlar.

Deputat: "Müstəqilliyimizin dəyərini bilməliyik"

26 May 2017 11:46

“Müstəqilliyin dəyərini bilmək üçün başqa xalqların müstəqillik uğurunda mübarizə tarixinə baxmaq lazımdır. Görürsünüz ki, illərlə çöllərdə, dağlarda mübarizə aparan xalqlara müstəqil olmaq, xəritədə öz rəngi ilə tanınmaq nəsib olmur. Lakin bu bizə nəsib olub və bunun dəyərini bilməliyik”. Bunu  Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Ermənilər ərazilərimizə 25 mərmi atıb

26 May 2017 11:40

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan da (25 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Muncuqlu, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

"Müstəqilliyimiz milli sərvətimizdir"

26 May 2017 11:30

“Keçən əsrin əvəllərində Azərbaycanın mütərəqqi fikirli ziyalıları milli dövlətçiliyin yaradılması naminə birləşərək 1918-ci ilin may ayının 28-də Azərbaycanın müstəqilliyini bildirən İstiqlal Bəyannaməsini qəbul ediblər”.

Əliməmməd Nuriyev: “Azərbaycan hər zaman Rusiyanın maraqlarını qoruyub"

26 May 2017 11:26

“Hesab edirəm ki, Ümumrusiya Azırbaycanlılar Konqresinin (ÜAK) ləğvi ilə bağlı qərar yanlışdır. Bu, hüquqa söykənən bir qərar deyil”. Bunu  Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib 

26 May 2017 11:22

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Braziliyada 28 may - Respublika günü

25 May 2017 22:45

Braziliya Federativ Respublikasının paytaxtı, Brazilia şəhərində Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 28 may - "Respublika Günü"nə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən "Olaylar" - a bildirlib ki, tədbirə, Braziliya milli konqresinin üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrin, yerli KİV-rin nümayəndələri və iş adamları iştirak ediblər. Tədbirdə hər iki dövlətin himninin səsləndirilməsindən sonra, səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edərək qonaqlara Azərbaycan və 28 may - Respublika Günü barədə ətraflı məlumat verərək, qeyd etdi ki, 1991-ci ildə müstəqiliyi əldə etdikdən sonra Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşməsinə baxamyaraq Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu çətinliklərin öhdəsindən gəlmiş və Prezident İlham Əliyevin ardıcıl və uzaq görən siyasəti nəticəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələri həyata keçirərək Azərbaycan regionun lider ölkəsinə çevrildi.

Əkrəm Zeynallı Azərbaycanın İsveçrədəki səfiri vəzifəsindən geri çağırılıb

25 May 2017 18:53

Prezident İlham Əliyev Əkrəm Zeynallının Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Mahmud Nəbiyevə "Əməkdar hüquqşünas" fəxri adı verib

25 May 2017 18:19

Azərbaycan Prezidenti İlham Əliyev Mahmud Nəbiyevə "Əməkdar hüquqşünas" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının prokurorluq və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Yusif oğlu Nəbiyevə "Əməkdar hüquqşünas" fəxri adı verilsin.

İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib

25 May 2017 18:17

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev Abbasəli Novruzovu "Şöhrət" ordeni ilə təltif edib

25 May 2017 18:12

Azərbaycan Prezidenti İlham Əliyev Abbasəli Novruzovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbasəli Ramazan oğlu Novruzov "Şöhrət" ordeni ilə təltif edilsin.