Siyasət

Aydın Əliyev "Şöhrət" ordeni ilə təltif edildi

25 May 2017 18:10

Azərbaycan Prezidenti İlham Əliyev Aydın Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev "Şöhrət" ordeni ilə təltif edilsin. 

"Hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə xidmət edir"

25 May 2017 18:04

"Azərbaycanda keçirilən hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə, eyni zamanda bu yarışların, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının beynəlxalq, xarici telekanallarda izlənilməsinə və bununla da Azərbaycanın təbliğinə xidmət edir".

Putin: "Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb"

25 May 2017 17:51

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib.

Prokurorluq “Hürriyyət”in baş redaktoruna xəbərdarlıq etdi

25 May 2017 17:10

Baş Prokurorluqda aparılmış araşdırmalarla “Hürriyyət” qəzetində və həmin dövri mətbu nəşrin internet saytında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinin kobud surətdə pozulması aşkar edilib. Bu haqda qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib. Araşdırmalarla müəyyən olunub ki, mətbu orqandaqla Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

Müdafiə Nazirliyindən Ermənistanın iddialarına cavab

25 May 2017 16:50

Müdafiə Nazirliyindən (MN) Ermənistan mətbuatının növbəti dəfə guya Azərbaycan tərəfinin monitorinq zamanı ATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə xəbərə münasibət bildirilib.

Rusiya XİN: Azərbaycanla münasibətlərimizi digər beynəlxalq faktorlarla əlaqələndirmirik

25 May 2017 16:43

"Rusiya Azərbaycanla münasibətləri dəstəkləyir və inkişaf etdirir". Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Dövlət Komissiyası itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerləri ilə bağlı əhaliyə müraciət edib

25 May 2017 16:19

Son günlərdə kütləvi informasiya vasitələrində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri və dəfn prosesində çəkilmiş fotoşəkillərin yayılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və ayrı-ayrı vətəndaşlar tərəfindən itkinlərə aid məzarların açılması istiqamətində bir sıra qeyri-qanuni addımların atılmasına cəhdlər edilib.

"Serj Sarkisyan izlərin itirilməsi ilə məşğuldur" İTTİHAM

25 May 2017 16:02

“Serj Sarkisyanın öz siyasi planları barədə konkret fikirlər söyləməkdən inadla qaçması, eyni zamanda bu mövzudan kənar qalmağa göstərdiyi cəhdləri belə qənaətə gəlməyə zəmin yaradır ki, heç də hər şey onun nəzarətində deyil”.

Qarabağda ermənilərin qanunsuz fəaliyyətinə dair yeni sənəd

25 May 2017 15:58

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy”adlı sənəd BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılıb.

"IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın İslam dünyasına böyük hədiyyəsi idi"

25 May 2017 15:43

"IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi cənab Prezident İlham Əliyevin təşəbbüsü idi və oyunlar çox yüksək səviyyədə təşkil edildi". Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. B.Sadıqov bildirib ki, bu gün İslam dünyasının həmrəyliyə, birləşməyə çox böyük ehtiyacı var: "Son dövrlərdə dünyada, xüsusən Ərəb ölkələrində baş verən proseslər həm də ondan qaynaqlanır ki, İslam dövlətləri bir arada deyillər. Belə bir məqamda cənab Prezident Azərbaycanda "İslam həmrəyliyi ili" elan etdi və bu həmrəyliyə nail olmaq üçün ilk möhtəşəm addım atıldı. 54 İslam dövlətinin idmançıları, nümayəndələri 10 gündən artıq Azərbaycanda oldu, bütün İslam dünyasının diqqəti ölkəmizə yönəldi. IV İslam Həmrəyliyi Oyunları İslam dövlətlərinin həmrəyliyi yolunda atılan çox böyük, təsirli və kütləvi bir addım oldu".

Erkan Özoral: "28 May bütün türk dünyası üçün qürur günüdür"

25 May 2017 14:42

“Bir daha pis günlər görməmək üçün bu tarixi günlər yaddaşlara həkk olunmalıdır”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları, XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin yekunu kimi meydana çıxıb: “Azərbaycan Şərqdə qurulan ilk demokratik cümhuriyyət olaraq qızıl hərflərlə tarixin səhifələrinə yazılıb. Bu tarixi gün, Respublika günü münasibətilə qardaş və dost Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu, təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün qürur günüdür”.

Məxfi Qarabağ görüşündə müharibə qərarı

25 May 2017 14:12

Ermənistan prezident Serj Sarkisyan Müdafiə Nazirliyində generallarla məxfi toplantı keçirib. Görüşün təfərrüatları bilinmir, lakin Ermənistan mediası məxfi görüşlə bağlı müəyyən məlumatlar əldə edib. “Lragir” saytının əldə etdiyi məlumata görə, görüşdə Ermənistanın daxili və xarici siyasəti, həmçinin, təhlükəsizlik məsələləri müzakirə olunub. “Daxili siyasətin müzakirə edilməsində əsas məqsəd Sarkisyanın hakimiyyətini uzatmaq planlarıdır. Ordu bu işdə böyük rol oynayır və güman ki, Sarkisyan 2018-ci ildən sonrakı planlarına ordunu da daxil edib”, - deyə sayt yazır.

Azərbaycanın “5-ci kolon” təhlükəsi

25 May 2017 13:40

Azərbaycanın getdikcə artan nüfuzu, iqtisadi gücü, regionda əhəmiyyətli fiqura çevrilməsi ölkəmizin bu uğurlarını həzm edə bilməyən xarici dairələr, eləcə də onların daxildəki əlaltılarını zaman-zaman narahat edən başlıca məsələ olub. Həmin dairələr təkcə bu narahatçılıqları ilə kifayətlənməyib, eyni zamanda həmin qüvvələr tərəfindən müntəzəm olaraq Azərbaycana qarşı təxribatlara da cəhd göstərilib.