Siyasət

Zakir Həsənov Rusiyaya səfər edib

25 May 2017 13:21

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 25-də Rusiya Federasiyasına səfər edib. “OLAYLAR”-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir. İclas mayın 26-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək.

Minsk qrupu Ermənistanın himayədarı rolunda

25 May 2017 13:20

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu həmsədrlərinin atəşkəslə bağlı verdikləri son bəyənat ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Azərbaycan ictimaiyyəti hesab edir ki, həmsədrlərin son bəyanatı bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur. Çünki həmsədrlər cəbhə bölgəsində hər ana alovlana biləcək vəziyyətə adekvat reaksiya verməkdə maraqlı görünmürlər. Bundan sui-istifadə edən Ermənistanın ardıcıl həyata keçirdiyi təxribatlar nəticəsində  Qarabağ cəbhəsində yaranmış gərginlik kritik həddə çatıb. Hənsədrlər isə seyrçi mövqelərini davam etdirərərk ermənilərin ciddi təxribatını pisləyib, İrəvanı belə təxribatlardan əl çəkib, danışırlar masasına oturmağı tələb etmək əvəzinə, işğala məruz qalan tərəfi günahkar çıxaran bir bəyanat yayıb.

lV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın gücünün göstəricisidir

25 May 2017 13:07

IV İslam Həmrəyliyi Oynlarınının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkil olunması yerli və xarici mütəxəssilərin müzakirə mövzusuna çevrilib. Məsələ orasındadır ki, sözügedən mərasimlərdə Azərbaycan mədəniyyəti, tarixi, adət-ənənələri və idman sahəsində əldə etdiyi naliyyətlərinin səhnələşdirilmiş formada nümayişi bu sahələrini mütəxəssislərini riqqətləndirib. Odur ki, beynəlxalq ekspertlər tərənidən də IV İslam Həmrəyliyi Oynlarınının təşkili yüksək qiymətləndirlir.

“Metsamor”un region üçün təhlükəsi artır

25 May 2017 13:00

Zaman-zaman Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının ekoloji fəlakət astanasında olması, onun fəaliyyətinin təcili dayandırılması barədə istər Azərbaycan, istərsə də Türkiyə tərəfindən tələblər səsləndirilsə də, təəssüflər olsun ki, başda Beynəlxalq Nüvə Agentliyi olmaqla heç bir müvafiq qurum “Metsamor”un partlama anında olan bir bomba olduğunun fərqinə varmır.

Beynəlxalq təşkilatların erməni maraqlarına xidmət edən siyasəti

25 May 2017 12:55

Hazırda həm beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, eləcə də işğalçı Ermənistanın ortaya qoyduğu mövqe, ciddi cəhdlə çalışdığı odur ki, Dağlıq Qarabağ problemi ətrafında mövcud status-kvo saxlanılsın.

Putin Trampı necə ələ almaq istəyirdi? – ŞOK KƏŞFİYYAT SİRRİ

25 May 2017 12:34

2016-cı ilin yayında Amerika xüsusi xidmət orqanları Rusiya ilə bağlı əhəmiyyətli məlumatlar toplayıblar. Bu haqda kəşfiyyat məlumatları ilə tanış olan 4 mənbə “The New York Times” nəşrinə bildiriblər. Onlardan biri istefaya çıxan keçmiş məmurdur, digərləri isə hazırda işləyirlər.

Elmar Məmmədyarov BMT-nin Baş katibi ilə  görüşüb

25 May 2017 12:24

Azərbaycan Respublikasının BMT-yə üzvülüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorkda səfərdə olan nazir Elmar Məmmədyarov BMT-nin Baş katibi Antonio Qutereslə görüşüb.

Ziyad Səmədzadə: "Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı"

25 May 2017 12:15

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı, böyük bir bayramı təntənə ilə qeyd etdi. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

İslam Həmrəyliyi Oyunları Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi

25 May 2017 11:28

lV İslam Həmrəyliyi Oyunları Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəıbərə görə, bu fikirləri millət vəkili Elman Məmmədov səsləndirib.

Politoloq: “Bakı-2017” İslam ölkələri arasında həmrəyliyi daha da gücləndirdi”

25 May 2017 11:24

“Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyaya İslamın sülh, əminanlıq dini olduğunu göstərdi. Azərbaycan “Bakı-2017”ni yüksək səviyyədə təşkil etməklə bir daha böyük miqyaslı tədbirlərə uğurla ev sahibliyi etmək iqtidarında olduğunu sübut etdi”. Bunu  politoloq Arzu Nağıyev deyib.

Surkovun ordusu, Qarabağda döyüşən muzdlular 

25 May 2017 11:13

Rusiya prezidentinin köməkçisi Vladislav Surkov Donbassdakı münaqişə zonasında vəziyyətin gərginləşdirilməsi üçün hazırlıq görür. Bu haqda Ukraynanın İnformNapalm könüllülər qrupu münaqişə zonasında yer alan rusiyameylli separatçılardan və yaraqlılardan əldə edilmiş məlumatlara, onların telefon danışıqlarına istinadən bildirir.

Güzəştli mənzillərin elektron qaydada əldə edilməsi proseduru müəyyənləşdirilib

25 May 2017 11:11

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə elektron “Güzəştli mənzil” sisteminin (elektron sistem) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyənləşib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin 24 may 2017-ci il tarixli fərmanı ilə təsdiqlənən “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Güzəştli mənzil sistemi haqqında əsasnamə təsdiq edildi

24 May 2017 18:35

Prezident İlham Əliyev "Güzəştli mənzil" sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.