Siyasət

XİN rəsmisi dilomatik korpuslarımızın gördüyü işlərdən danışdı

6 İyun 2017 12:44

“Azərbaycan həqiqətlərinin dünya ölkələrində təbliği ilə bağlı diplomatik korpuslarımızın gördüyü işlər, Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə təhdidləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması kimi məsələlər Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin qarşısında duran bir nömrəli prioritet vəzifələrdən biridir və bu istiqamətdə işlər daimi əsasla aparılır”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 40-cı cildi çapdan çıxıb

6 İyun 2017 12:39

"Ordu quruculuğu məsələləri həmişə diqqət mərkəzindədir". Bu sözlər "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 40-cı cildindən götürülüb.

Mübariz Əhmədoğlu: “İran-Azərbaycan dəmir yolunun tikilməməsinin çox səbəbi ola bilər”

6 İyun 2017 12:32

“Ermənistan siyasilərinə görə “İran-Azərbaycan dəmir yolu layihəsi havadan asılı vəziyyətdə qalıb. Azərbaycan vəd verdiyi pulu ayırmadığı üçün bu dəmir yolu tikilmir. Səbəb Azərbaycan Beynəlxalq Bankının bankrot olmasıdır”. İranşünas VardanVoskanyanın fikrincə, Ermənistan üçün öz niyyətlərini reallaşdırmaq yolunda əlavə imkanlar yaranıb. Yerevan bu momentdən istifadə etməyi bacarmalıdır”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Deputat: "Azər­bay­can­da struk­tur də­yi­şik­lik­lə­ri­ xalqın mənafeyinə xidmət edir" 

6 İyun 2017 12:31

“Ölkəmizdə bütün sahələrdə struktur dəyişiklikləri, eləcə də çevik idarəçilik sahəsində aparılan islahatlar daha effektli və daha çevik qərarların verilməsi, sənədlərin hazırlanması və icrası üçün vacibdir”. Bunu  Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Səbuhi Abbasov: “ABŞ ölkəmizi Avropa üçün enerji təminatında alternativ hesab edir” 

6 İyun 2017 12:23

“Azərbaycan hər zaman ABŞ üçün strateji tərəfdaş olub. Cənubi Qafqaz regionunda bütün iqtisadi layihələrin məhz Azərbaycanın adı ilə bağlı olduğunu ABŞ hər zaman qəbul edir”. Bunu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.

Erməni mütəxəssis: "Azərbaycanın Metsamor AES-i vurması nəticəsi bəlli olmayan qlobal qəzaya gətirib çıxara bilər"

6 İyun 2017 11:53

Ermənistanın “Delovoy Ekspress”  saytında iyunun 5-də Metsamor AES üzrə mütəxəssisin məqaləsi dərc edilib.

İlham Əliyev: "Beynəlxalq tələblərə uyğun qanunvericilik və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi antikorrupsiya siyasətimizin uğurlarındandır"

6 İyun 2017 11:36

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri və ombudsmanların 3-cü görüşündə Azərbaycan Prezidentinin tədbir iştirakçılarına müraciəti oxunub.

Cəbhə xəttində monitorinq keçiriləcək

6 İyun 2017 11:23

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 7-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığından keçən Ermənistan və Azərbaycan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR”-ın xəbərinə gör, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Ermənilər 115 dəfə atəşkəsi pozub

6 İyun 2017 11:16

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.

“Embassy Brasilia” jurnalının saytında Azərbaycan haqqında məqalə

6 İyun 2017 10:29

Braziliyada dərc olunan “Embassy Brasilia” jurnalının saytında ingilis və portuqal dillərində Səfirlik tərəfindən keçirilmiş “28 May Respublika Günü” tədbirinə həsr edilmiş məqalə dərc edilib. Azərbaycannın Braziliya Federativ Respublikasındakı səfirliyindən “Olaylar” –a bildirilib ki, məqalədə Səfir Elxan Poluxovun və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyini, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyin ilk illərində üzləşdiyi çətinliklər və Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu çətinliklərin öhdəsindən gəldiyi qeyd olunur.

Ədliyyə nazirinin müavinlərinin sayı artırılıb

5 İyun 2017 18:52

Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

İlham Əliyev İsveç Kralını təbrik etdi

5 İyun 2017 18:42

Azərbaycan Prezidenti İlham Əliyev İsveç Kralı XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.