Siyasət

Mübariz Əhmədoğlu: “Sərkisyan Kremlin adamının parlamentə sədr seçilməsinə imkan vermədi”

7 İyun 2017 11:55

“Ermənistan parlamentinin sədri “Taşir” qrupunun başçısı S.Karapetyanın qardaşı K.Karapetyan deyil, A.Babloyan seçildi. A.Babloyan L.Ter-Petrosyanın dövründə səhiyyə naziri işləmişdi. Parlamentdə Ermənistan-Fransa Dostluq Qrupuna başçılıq edirdi. A.Babloyanı aralıq fiqur hesab etmək olar”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Akif Nağı: “Bu gün dünyada müsbət, mütərəqqi nümunələr var”

7 İyun 2017 11:54

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət idarəçiliyində apardığı struktur dəyişiklikləri birdən-birə gündəmə gəlməyib. Bu, düşünülmüş bir addımdır”. Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Sədaqət Vəliyeva: "Azərbaycan dünyada iqtisadi inkişaf modeli formalaşdırıb"

7 İyun 2017 11:53

“Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafın yeni modelini dünya ictimaiyyətinin diqqətinə təqdim etməkdədir. Azərbaycanın siyasi, sosial, iqtisadi, humanitar, beynəlxalq münasibətlər və digər sektorlarda nümayiş etdirdiyi standartlar artıq xarici tədqiqatçıların, beyin mərkəzlərinin də araşdırma predmetinə çevrilməkdədir. Bütün bunlar isə bir daha sübut edir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda reallaşdırılan siyasət rasional və praqmatik xarakter daşıyır, elmi əsaslara söykənir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Akif Nağı: “Həmsədrlərə heç bir inam qalmayıb”

7 İyun 2017 11:50

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iyunun 19-da regiona növbəti dəfə edəcəyi səfərdən də heç bir şey gözləmirik. 10-15 il bundan öncə Qarabağ Azadlıq Təşkilatı (QAT) olaraq biz dedi ki, ümumiyyətlə həmsədrləri qovmaq lazımdır. Hətta Heydər Əliyev adına Beynəlxalq Hava Limanında da aksiya keçirdik ki, onlar heç VİP salondan çıxmasınlar. O zamanlar cəmiyyətdə bizi dəstəkləyən az idi çünki həmsədlərin bir iş görəcəyinə dair ümidləri var idi”. Bunu  Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Ermənilər 127 dəfə atəşkəsi pozub

7 İyun 2017 11:36

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ərdoğandan Qarabağ AÇIQLAMASI: "Minsk qrupu acizdir"

7 İyun 2017 11:18

"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində acizdir". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səyləri effektsizdir.

Seçkilərdə YAP-ın namizədi kim olacaq?

7 İyun 2017 11:16

"Dövlət strukturlarında islahatlar davam etdiriləcək, bu təkcə administrasiya ilə bitməyəcək, digər sahələrdə də biz bunun şahidi olacağıq".  Bunu müsahibəsində YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, bu məsələlərdə bütün səlahiyyətlər prezidentə aiddir: "Artıq çevikliyin təmin olunması, həm iqtisadiyyatda, həm sosial sahədə, həm kənd təsərrüfatında həyata keçirilməsi üçün yeni strukturlara ehtiyac var idi. Bəzi strukturlarda təkmilləşmə işi aparılmalı idi, bəzilərində yenə də bu işlərin aparılması zərurəti var. Bunların hamısı təbii ki, dövlətin inkişafı ilə, dünyada baş verən hadisələrlə, o cümlədən Azərbaycanın həyatında, iqtisadi islahatlarda və digər sahələrdəki irəliləyişlərlə əlaqədar olan məsələlərdir".

Zaqatalada yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına 4,4 milyon manat ayrıldı

6 İyun 2017 18:35

Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 4,4 milyon manat, o cümlədən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 1,8 milyon manat, şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması üçün 2,6 milyon manat ayrılsın.

Elşən Musayev: “Bu islahatlar xüsusən daha da çevik xarakter alıb”

6 İyun 2017 16:12

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin timsalında Azərbaycan idarəçiliyində son baş verən islahatları olduqca yüksək qiymətləndirirəm”. Bunu  millət vəkili Elşən Musayev deyib.

Deputat: "Gürcüstan hökuməti də yaxşı bilir ki, Əfqan Muxtarlı məsələsi qəsdən ortaya atılıb"

6 İyun 2017 15:07

Qanunsuz olaraq Gürcüstandan Azərbaycana keçən Əfqan Muxtarlının həbsini siyasiləşdirərək Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışanlar heç nəyə nail ola bilməyəcəklər.

Umud Rəhimoğlu: "Azərbaycandan narazı olan kiçik bir qrup Gürcüstanda yerləşib"

6 İyun 2017 14:33

“Xaricdən maliyyələşən QHT-lərin erməni lobbisi və bəzi beynəlxalq qurumların Gürcüstan üzərindən ölkəmizə qarşı əsassız ittihamları jurnalist Əfqan Muxtarlının həbsindən sonra daha qabarıq şəkildə özünü büruzə verdi”. Bunu  Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Qərəzli bəyənat, yoxsa  müxalifətə dəstək aksiyası?

6 İyun 2017 13:51

Qərb dövlətlərinin təsiri altında olan beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli siyasətlərini davam etdirməkdədirlər. Xüsusən, Avropa Birliyi ölkəmizlə bağlı yayılan məlumatın mahiyyətinə, onun həqiətə uyğun olub-olmamasına baxmayaraq şablon bəyənatla çıxış etmık taktikasını sərgiləməkdədir.

Ermənistanın PKK ilə əməkdaşlığına daha bir sübut

6 İyun 2017 13:37

İşğalçı və terrorçu Ermənistan Azərbaycan üzərində hərbi üstünlüyü ələ almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Bu məqsədlə Yerevan beynəlxalq terror şəbəkəsi, eyni zamanda ayrı-ayrı terror təşkilatları ilə yaxından əməkdaşlıq edir. Bu sırada işğalçı ölkənin PKK terror təşkilatı ilə əməkdaşlığı xüsusi diqqət çəkir. Əslində zaman-zaman Ermənistanın PKK terror təşkilatı ilə əməkdaşlığına dair fikirlər səsləndirilib və aparılan araşırmalar əsasında ortaya faktlar qoyulub. Hətta cəbhə xəttində gedən gərgin döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən yaraqlılar arasında PKK-çıların olduğuna dair dəlillər də üzə çıxıb. Hər halda həmin şəxslərin üzərindən çıxan sənədlər belə deməyə əsas verirdi.

Həmsədrlərin regiona səfərlərindən gözləntilər nədir?

6 İyun 2017 13:24

Dağlıq Qarabağ probleminin həllində beynəlxalq fəaliyyətsizlik davam etməkdədir. Münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də həmsədr ölkələrin, digər beynəlxalq təşkilat və qurumların problemin həllinə olan diqqətsizliyi, biganə münasibəti isə getdikcə tərəflər arasında gərginliyi, nəticə etibarilə cəbhədə hərbi əməliyyatlar riskini artırır.