Siyasət

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub

7 İyun 2017 18:18

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti yanğın törədiblər. Alov əsasən Baş Qərvənd və “Gülçülük sovxozu” adlanan ərazidə müşahidə edilir. Yanğının miqyası getdikcə genişlənir, yanğın artıq qoşunların qarşıdurma xəttinə keçib. Yanğının tüstüsü cəbhəyanı bütün yaşayış məntəqələrindən aydın görünür.

Azərbaycan XİN İranda törədilmiş terror aktlarını pisləyib

7 İyun 2017 18:13

İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq. Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və Hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.

"İrandakı terror aktları ölkənin terror təhlükəsi daşıdığı barədə sözlərin əsassızlığını göstərdi"

7 İyun 2017 17:39

İranda baş vermiş faciəvi hadisələr bir daha sübut etdi ki, ABŞ prezidenti Donald Trampın İranın bütün dünyaya terror təhlükəsi daşıdığını bildirən sözləri əsassızdır. Bunu  Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqatı Mərkəzinin elmi işçisi Stanislav Pritçin deyib.

Ekspert: İrandakı terror aktları regionda gərginliyi artıracaq

7 İyun 2017 16:31

İrandakı terror aktları regionda gərginliyi artıracaq. Bunu Trend-ə “Novaya Rossiya” hərəkatının lideri, politoloq, ictimai xadim Nikita İsayev deyib. Onun sözlərinə görə, İran region üçün çox vacib dövlətdir: “İran təkcə Yaxın Şərq üçün yox, həm də Cənubi Qafqaz regionu üçün çox vacibdir. Təbii ki, İrandakı terror təhlükəsi bu regiondakı stabilliyi də təhdid altında qoyur”. Ekspert hesab edir ki, İranda terror fəaliyyəti güclənəcək: “Öz növbəsində İran bu fəaliyyətə cavab verəcək, bu isə region üçün kifayət qədər təhlükəlidir”.

Fransalı senator: Terror hücumları İran rəmzlərinə yönəlib

7 İyun 2017 16:29

Terror hücumları İran hökumətinə və İranda demokratiyanın rəmzlərinə yönəlib. Bunu Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.

Politoloq: “Heç bir dövlət terrordan sığortalanmayıb”

7 İyun 2017 16:18

“Tehranda törədilən terror aktları bir daha onu göstərir ki, İranda proseslər tam şəkildə idarə olunmur. İstənilən vaxt İran ərazisində terror törədilməsi ehtimalı mümkündür”.

Azər Həsrət: “Bizim üçün önəmli olan daxili sabitliyi qorumaqdır”

7 İyun 2017 15:33

“Arzu etməzdik ki, coğrafiyamızda yeni böhran ortaya çıxsın. Amma bizim arzularımızdan asılı olmayaraq, yeni böhran yaranıb və Azərbaycan dövləti mümkün qədər ehtiyatlı davranmalıdır ki, bu böhrandan az zərərlə çıxsın”. Bunu  Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Qətər böhranının Azərbaycana təsiri imkanlarından danışarkən deyib.

Beynəlxalq Böhran Qrupunun böhran yaratmağa hesablanmış hesabatı

7 İyun 2017 14:14

Bu günlərdə Beynəlxalq Böhran Qrupunun “Dağlıq Qarabağın səmasında müharibə buludları sıxlaşır” başlıqlı növbəti hesabatı yayılıb. Bu dəfəki hesabatda Böhran qrupu nədənsə bölgədə müharibə olarsa Rusiya və Türkiyənin də bu müharibəyə qoşulacağı riskini önə çəkir. Ancaq qrup bir məqama aydınlıq gətirmir ki, Azərbaycan işğal olunmuş ərazilərini azad edəcəyi halda, Rusiya niyə bu müharibəyə qoşulmalıdır?

"Ermənilər bizimlə görüşməkdən qorxurlar"

7 İyun 2017 14:00

Hazırda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının hər hansı bir görüşü nəzərdə tutulmur. Bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

"Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncamın məqsədi erməni yalanlarını üzə çıxarmaqdır"

7 İyun 2017 13:44

“Azərbaycan Prezidenti İlham Əliyevin Quba şəhərində “Soyqırımı memorial kompleksi”n mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə verdiyi tapşırıq əsasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən bəzi məsələlər haqqında imzalanan sərəncam ölkəmizin bu istiqamətdə apardığı addımların davamıdır”. Bunu Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli deyib.

Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edilib

7 İyun 2017 13:27

İyunun 7-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü Görüşünün yekunlarına dair iclas keçirilib.

"Aİ Azərbaycandakı islahatları gələcəkdə də dəstəkləyəcək"

7 İyun 2017 12:51

"İyul ayından Avropa İttifaqı ilə Azərbaycan arasında 4 yeni qrant layihəsi başlayacaq. Bunların hamısı fərdi peşə mərkəzlərinin müasirləşdirilməsinə yönələcək. Birgə yanaşma hazırda ölkədə gedən islahatlara töhfə verəcək".

Mərkəz sədri: “Gürcüstan-ABŞ münasibətlərində baş verənləri sıçrayış adlandırmaq olar”

7 İyun 2017 11:58

“Gürcüstan-ABŞ münasibətlərində baş verənləri sıçrayış adlandırmaq olar. ABŞ prezidenti Donald Tramp imzaladığı “Konsolidə olunmuş ayırmalar aktında” Gürcüstanla münasibətlərə əlahiddə yer ayırdı”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Deputat: "Struktur dəyişiklikləri Azərbaycanın uğurlu gələcəyinə istiqamətlənib"

7 İyun 2017 11:56

“2016-ci ildə keçirilən referendumdan sonra ölkəmizdə müvafiq olaraq struktur dəyişiklikləri edilir. Bu da təbii ki, daha effektiv, daha inklüziv idarəçiliyin artırılması ilə bağlıdır”. Bunu Milli Məclisin deputatı Rövşən Rzayev deyib.