Siyasət
Azay Quliyev Türkiyə parlamentinin spikeri və hökumət üzvləri ilə görüşüb
ATƏT Parlament Assambleyasının xüsusi missiyası Türkiyədə səfərdədir. Nümayəndə heyəti iyunun 7-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlut Çavuşoğlu, ədliyyə naziri Bekir Bozdağla görüş keçiriblər.
Azərbaycan bölgədə sülhü təmin edən dövlətə çevrilib
Hazırda Azərbaycan dünyanın, xüsusən, Cənubi Qafqaz regionunun ən sabit və təhlükəsiz ölkələrindən biri hesab olunur. Bu faktı son vaxtlar Azərbycanda keçirilən beynəlxalq tərdbirlərin və ölkəmizə səfər edən turistlərin sayı bir daha təsdiqləyir. Ölkəmiz işğalçı Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə qarşılıqlı maraqlara, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan mehriban qonşuluq siyasəti həyata keçirir.
Əli Həsənov: Yeni Azərbaycan Partiyası hər bir Azərbaycan vətəndaşının partiyası olmaq ideyasını irəli sürdü və belə də oldu
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının X konfransı keçirilib. Konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP Nərimanov rayon təşkilatının üzvləri, bir sıra dövlət qurumlarının nümayəndələri və millət vəkilləri iştirak ediblər.
"Həmsədrlərin maraqları Azərbaycanla uzlaşmır" - ŞƏRH
“İndiki şəraitdə həmsədrlərin regiona səfəri sadəcə olaraq plan üzrə həyata keçirilən səfərdir. Bildiyiniz kimi, hər 3 həmsədr öz ölkələrinin XİN başçıları tərəfindən təyin olunurlar və onlar üçün münaqişənin tənzimlənməsi prosesi ilə bağlı hazırlanan ümumi qrafik var ki, onlar da həmin qrafik üzrə hərəkət edərək Azərbaycana, eləcə də Ermənistana gəlirlər”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Rusiya XİN: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti dəqiqləşdirəcək
ATƏT Minsk qrupunun həmsədrləri regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti dəqiqləşdirməyi planlaşdırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
İranın Azərbaycandakı səfirliyi terror aktı ilə bağlı açıqlama yayıb
İranın Azərbaycandakı səfirliyi İranda baş vermiş terror hadisəsi ilə bağlı açıqlama yayıb. Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfirlik hadisəni pisləyərək bildirir ki, İran yarandığı gündən indiyədək bir çox acı hadisənin şahidi olub: "Bu gün İran sabitliyə məhz terrorizmlə mübarizə və daxili təhlükəsizliyini qorumaq nəticəsində müyəssər olub. İran regionun ən sabit və demokratik ölkələrindən biridir.
Əkbər Qoşalı Qətər böhranından danışdı
“ABŞ-ın yeni prezidenti Donald Trampın ilk səfər etdiyi xarici ölkə - Səudiyyə Ərəbistanı, bu günlərdə öz soy və din qardaşı olan Qətərə qarşı diplomatik savaş açmış ölkələrin başında gəlir. Bir qədər ədəbi üslubda desək, cənab Tramp, bu ölkədə yerə enən uçağının trapından yenicə düşüb-qalxıbsa, sizcə bu diplomatik savaş təsadüf sayıla bilərmi? Əgər təsadüf deyilsə, o zaman bu olanlar planlaşdırılmış və məhz bugünlərdə üzə çıxması məqbul sayılmış bir siyasi gedişdir”. Bunu Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Aİ nümayəndəsi: "Hazırda Azərbaycanla tərəfdaşlıq prioritetlərini müzakirə edirik"
"Avropa İttifaqı Azərbaycana ən böyük sərmayə qoyan tərəfdir. Söhbət 7 milyard avro birbaşa investisiyadan gedir". Bunu Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının "Şərq tərəfdaşlığı" departamentinin direktoru Lourens Meredit 3-cü Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu rəqəmdən 2,5 milyard avro qeyri-neft sektoruna yönəlib: "Biz Azərbaycanın iqtisadi diversifikasiyada qətiyyətli olduğunu görürük. Avropanın 300-dən çox şirkəti Azərbaycanda bizneslə məşğul olur".
Malena Mard: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm islahatlar aparılır"
"Ümid edirəm ki, AzərbaycanlaAvropa İttifaqı arasında imzalanması planlaşdırılan yeni saziş əməkdaşlığımızı daha da genişləndirəcək". Bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard 3-cü Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.
Qarabağla bağlı ƏN SON XƏBƏR
Azərbaycan 3 fətullahçını Türkiyəyə ekstradisiya edir, biri pedaqoqdur
Moldova Prezidenti İlham Əliyevə məktub göndərib
"İlham Əliyev. İnkişaf-məqsədimizdir" çoxcildliyinin qırx birinci cildi çapdan çıxıb
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacaqdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar - məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar. O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz parçasıdır. Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz".
Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri və bərpasına 7,5 milyon manat ayrılıb
Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon (yeddi milyon beş yüz min) manat ayrılsın.













