Siyasət

Cəbhədə atəşkəs rejimi 130 dəfə pozulub

9 İyun 2017 11:34

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

Bahar Muradova: Azərbaycan-Rusiya münasibətləri ikitərəfli strateji əməkdaşlıq səviyyəsindədir

9 İyun 2017 11:24

Milli Məclisin vitse-spikeri Bahar Muradova Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması ilə əlaqədar Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi haqqında şərhlərə münasibət bildirib. B.Muradova jurnalistlərə deyib ki, son dövrlər Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi barədə şərhlər verilir, ancaq bu, doğru deyil.

Politoloq: “Struktur dəyişikliklərindən ən çox Azərbaycan dövləti və xalqı qazanacaq”

9 İyun 2017 11:21

“Ümumuiyyətlə son dövrlərdə cənab Prezident tərəfindən imzalanmış sərəncam və fərmanlar, struktur dəyişikliklərinə aid aparılan islahatlar Azərbaycan dövlətinin güclənməsinə və daha da inkişaf etməsinə yönəlmiş addımlardır. Bilirsiniz və açıq şəkildə qeyd etmək lazımdır ki, zamanın tələbinə uyğun olaraq struktur dəyişiklikləri mütləq lazımdır və cənab Prezident də bütün bunları yaxşı bildiyi üçün zaman-zaman bu cür islahatları özündə ehtiva edən sərəncamlar və fərmanlar imzalayır”. Bunu  politoloq Ramiz Alıyev deyib.

DÜŞMƏN TƏTİKDƏ: Ermənistan Qarabağda hücuma keçə bilər - VİDEO

9 İyun 2017 10:05

Sabah – iyunun 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcək. Səfərin məqsədi münaqişə zonasında vəziyyəti araşdırmaqdır. Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsinə nail olmaq, atəşkəsə nəzarət mexanizminin yaradılması məsələsini müzakirə etmək məqsədilə gəldiklərini açıqlayıb. Ermənistan mediası da həmsədrlərin səfəri öncəsi atəşkəsə nəzarət mexanizminin yaradılmasının vacibliyini cənfəşanlıqla təbliğ edir.

Emoməli Rəhmon İlham Əliyevi təbrik edib

8 İyun 2017 18:30

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

8 İyun 2017 18:28

Koreya Respublikasının Prezidenti Mun Ce-in prezident İlham Əliyevə təbrik mətubu göndərib. 

Astarada dənizkənarı park-bulvar kompleksinin ərazisi genişləndiriləcək

8 İyun 2017 18:27

Prezident İlham Əliyev Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Astara rayonunda mühüm infrastruktur layihələri həyata keçirilib, o cümlədən Modul tipli Elektrik və Qaz-Kompressor stansiyaları, Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Gənclər evi, Boks Mərkəzi, dənizkənarı park-bulvar kompleksi, əlil və şəhid ailələri üçün 48 mənzilli 2 yaşayış binası inşa olunub, 90 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət evi əsaslı təmir edilib, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri emal müəssisələri yaradılıb, 10 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.

Sədaqət Vəliyeva: Azərbaycanda reallaşdırılan siyasət rasional və praqmatik xarakter daşıyır, elmi əsaslara söykənir

8 İyun 2017 18:25

“Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafın yeni modelini dünya ictimaiyyətinin diqqətinə təqdim etməkdədir. Azərbaycanın siyasi, sosial, iqtisadi, humanitar, beynəlxalq münasibətlər və digər sektorlarda nümayiş etdirdiyi standartlar artıq xarici tədqiqatçıların, beyin mərkəzlərinin də araşdırma predmetinə çevrilməkdədir. Bütün bunlar isə bir daha sübut edir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda reallaşdırılan siyasət rasional və praqmatik xarakter daşıyır, elmi əsaslara söykənir”.

Oqtay Əsədov: Azərbaycan Milli Məclisi Tehranda törədilmiş terror aktlarını qəti şəkildə pisləyir

8 İyun 2017 18:17

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Tehranda törədilmiş terror aktları ilə əlaqədar İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricaniyə başsağlığı məktubu göndərib. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib. Məktubda deyilir: “Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi çox kədərləndirdi. Uzun illər ərzində erməni terrorundan əziyyət çəkən ölkə kimi Azərbaycanın Milli Məclisi olaraq biz Tehranda törədilmiş bu terror aktlarını qəti şəkildə pisləyirik. Bu qanlı cinayət hadisəsi bir daha göstərir ki, terrorçuluq bütün dünya üçün dəhşətli bir bəlaya çevrilib və biz parlamentarlar onun bütün təzahürlərinə qarşı birgə mübarizə aparmaq üçün səylərimizi əsirgəməməliyik”. Milli Məclisin sədri deputatların adından və şəxsən öz adından bu faciə ilə əlaqədar iranlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Türkiyənin Azərbaycandakı səfiri: “Terror bütün dünyanı hədəfə almaqdadır”

8 İyun 2017 18:15

“Türkiyənin terrora qarşı münasibəti məlumdur. Türkiyə terrordan çox əziyyət çəkən və bir çox vətəndaşını qurban verən ölkədir”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, terrorun harada baş verməsindən asılı olmayaraq, Türkiyə bunu ən sərt şəkildə qınayır, lənətləyir: “Türkiyə terrorun istənilən formasına qarşı çıxır. Türkiyə terrora, terrorçuya müxtəlif adlar verərək, terrorçular arasında bölgü aparılmasını, terrorçuların fərqləndirilməsini də qəbul etmir. Terror hər zaman terror, terrorçu hər zaman terrorçudur. Terrorun istənilən formasını qınayırıq”.

Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

8 İyun 2017 14:49

Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25 illiyi və 28 May - Respublika Günü münasibətilə Pakistanın “Diplomatic Focus”, “Global Affairs” jurnallarında və bir sıra portallarda məqalələr dərc edilib. Məqalələrdə Azərbaycan dövlətçiliyinin təşəkkülü, ölkəmizin iqtisadi və turizm potensialı, erməni təcavüzü, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi barədə bəhs edilir.

Xələf Xələfov Polşada səfərdə olub

8 İyun 2017 14:32

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə ölkəmizin iqtisadiyyat, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi, kənd təsərrüfatı və dəmir yolu sahələri üzrə səlahiyyətli dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Polşa Respublikasında səfərdə olub.

Əli Həsənov: Birinci vitse-prezidentlik institutu Azərbaycanın əsas hədəflərini uğurla həyata keçirəcək bir qurum olacaq

8 İyun 2017 14:18

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda çoxsaylı işlərə imza atıb. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının X konfransında deyib

Mərkəz sədri: "Suriya ərazisi ABŞ-İran hərbi qarşıdurması məkanına çevrilir"

8 İyun 2017 14:07

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından başlayan ilk xarici səfər turnesinə çıxdı. D. Trampın Səudiyyə Ərəbistanına səfərinə sayılı günlər qalmış ABŞ Suriya hökumət qoşunun hərbi kolonuna atəş açdı. Bu kolona İran hərbçiləri başçılıq edirmiş. Buna görə də ABŞ hərbçiləri bu kolonu özləri uçun təhlükəli hesab edərək, bombardman ediblər. Daha maraqlısı odur ki, ABŞ Suriyadakı İrana məxsus qüvvələri bombalayarkən Rusiyaya əvvəlcədən məlumat veribmiş. Bununla da ABŞ İranın Suriyadakı iştirakından narazı olduğunu bildirdi. Eləcə də İran ABŞ-ın Suriyada deeskalasiya prosesinə qoşulmasının əleyhinədir". Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.