Siyasət
Binəli Yıldırım: Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyənin Asiyaya birbaşa çıxışıdır
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Türkiyənin Asiya ilə birbaşa əlaqəsini təmin edir. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Bakının bu bəyanatı İrəvanı təşvişə saldı – MÜHARİBƏ QORXUSU
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüş haqda dediyi sözlər İrəvanda narahatlıq yaradıb. Məmmədyarov Nalbandyanla gələn il planlaşdırılan görüşü haqda danışarkən, “Mən hətta demişəm ki, iki gün də danışıq aparmağa razıyam. Əsas odur, nəticə olsun” deyə bildirib.
Azərbaycan prezidenti: “Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir”
“Multikulturalizmin alternativi yoxdur. Alternativ dünyanı, ölkələri sarsıdan çox təhlükəli meyillər - islamafobiya, ksenofobiya, antisemitizmdir. Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır. Lakin multikulturalizmlə bağlı bəzən çox bədbin fikirlər səslənir, özü də yüksək səviyyədən. Buna baxmayaraq, biz hamımız çalışmalıyıq ki, bu ülvi dəyərləri qoruyaq, möhkəmləndirək. Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir”.
Prezident İlham Əliyev: “İkinci erməni dövlətinin yaradılması ideyası təhlükəli və xəstə məntiqdir”
“Bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm dayanır. Əlbəttə ki, bizim əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsidir. Bildiyiniz kimi, Ermənistan beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizini 20 ildən çoxdur ki, işğal edib. Bu torpaqlardan bir milyondan çox vətəndaş qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənilər qanlı cinayət – Xocalı soyqırımını törədiblər. Erməni quldurları tərəfindən 600-dən çox günahsız, dinc insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq qətlə yetirilib. Xocalısoyqırımını 10-dan çox ölkə artıq soyqırımı kimi tanıyıb”.
Azərbaycan prezidenti: “Ərazi bütövlüyümüz bütün başqa ölkələrin ərazi bütövlüyü qədər qiymətlidir”
“Bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və gücləndirir. Qeyd etdiyim kimi, həm beynəlxalq hüquq, həm tarix, həm potensial baxımından bizim mövqeyimiz kifayət qədər güclüdür. Ancaq bu gün Avropa da separatizmlə üzləşir. Görün, Avropa ölkələrində separatizmə qarşı hansı addımlar atılır. Bizim problemimiz aqressiv separatizmdir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev“2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
İlham Əliyev: "Azərbaycan son 14 il ərzində dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir"
“İqtisadi inkişaf baxımından Azərbaycan son 14 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Prezident: “Azərbaycan Asiya ilə Avropa arasında siyasi baxımdan körpü rolunu oynayır”
“Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir”.
Pakistan Senatının sədr müavini: “Ermənistanı dövlət kimi tanımırıq”
“Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrini dağıdıblar”. Bu sözləri Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari deyib.
Azərbaycan prezidenti: "Ölkəmizdə dini, milli zəmində heç bir problem yoxdur"
“Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı böyük tədbirlər keçirilir. Ölkəmiz svilizasiyalararası dialoqda həmişə böyük rol oynayır". Məlumata görə, bu sözləri Azərbaycan prezidentiİlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, Azərbaycanda dini, milli zəmində heç bir problem yoxdur: “Dünyada dinlərarası dialoqun gücləndirilməsi vacibdir. Bununla bağlı Bakıdan dəfələrlə yüksək səviyyədə çağırışlar edilib. 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan edilib. Multikulturalizm ölkəmizdə dövlət siyasəti, eyni zamanda həyat tərzidir”.
Dövlət başçısı: “İslam həmrəyliyi Azərbaycan üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir”
“Biz fəxr edirik ki, İslam dünyasının ən qədim məscidlərindən biri ölkəmizdə yerləşən, bir neçə il əvvəl bərpa edilən Şamaxı Cümə məscididir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda deyib.
Prezident İlham Əliyev Misir diyarının müftisini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Misir diyarının müftisi Şövqi İbrahim Alləmi qəbul edib.
Prezident İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib
Prezident İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Ali Erbaşı qəbul edib.
Regional əməkdaşlıq imkanları yeni mərhələdə
Azərbaycan son illər bir sıra formatlarda əməkdaşlıq imkanlarının müzakirə edildiyi, təşəbbüslər irəli sürüldüyü və həmin təşəbbüslərin reallaşdırıldığı bir məkana, dövlətə çevrilib. Bakının beynəlxalq münasibətlər sistemində tutduğu mövqe, oynadığı rol elə bir ab-hava, atmosfer yaradılb ki, hətta bir-birinə əks qütbdə olan dövlət və ölkələrin rəsmi səviyyəli görüşləri bir sıra hallarda məhz Azərbaycan paytaxtında gerçəkləşir.
“Prezident İlham Əliyev və Azərbaycan tarix elmi”- TƏDBİR
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirilib. Məlumata görə, elmi konfransı Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov açaraq tədbir iştirakçılarını salamlayıb.
Azərbaycan nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi dünyada fərqlənir
"Azərbaycan nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi dünyada fərqlənir”. “OLAYLAR”—ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri millət vəkili Tahir Rzayev səsləndiriib.












