Siyasət

Türkiyə baş nazirinin səssiz Naxçıvan səfəri

21 Dekabr 2017 13:38

Türkiyənin baş naziri Binəli Yıldırım ötən gün bur günlük Naxçıvana səfər etdi. Qardaş ölkənin Baş nazirinin səfəri bir sıra mətləblərdən xəbər verir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Britaniya 9 mindən artıq azərbaycanlıya viza verməkdən imtina edib

21 Dekabr 2017 13:05

2005-2016-cı illərdə Böyük Britaniyanın xarici ölkələrdəki konsulluqları Azərbaycan vətəndaşları tərəfindən edilən viza müraciətlər üzrə 82911 ərizəyə baxıb. Onlardan 74038-ə viza verilsə də, 9078 ərizəci rədd cavabı alıb.

Müsavatla bağlı proqnozlar reallaşır TƏRS BAXIŞ

21 Dekabr 2017 12:31

Müsavat partiyasının sonuncu qurultayından sonra partiyadaxili qarşıdurmalar fonunda cərəyan edən hadisələr elə həmin qurultay ərəfəsində verilən proqnozları reallaşdırmaqdadır. Belə ki, həmin proqnozlardan biri də bu idi ki, İsa Qəmbər başqanlıqdan gedərkən, Arif Hacılını ona görə öz yerinə təyin etdi ki, yəni başqanlıq seçkilərini onun üçün saxtalaşdırdı ki, yenidən başqan olmaq şansını əlində saxlasın. Məhz bu səbəbdən, dərhal MSDM adlı qurum yaradaraq, özünü bu qurumun sədri elan edən İ.Qəmbər növbəti qurultaya qədər siyasi arenada qalmaq üçün bundan münbit vasitə tapa bilməmişdi. İndi isə növbəti qurultayın və başqanlıq seçkilərinin zamanı çatır və İ.Qəmbər köhnə postuna dönmək üçün yeganə çıxış yolunu partiyanı parçalamaqda görməkdədir.

Paraqvay parlamenti Xocalı soyqırımını tanıyıb

21 Dekabr 2017 12:25

Paraqvay Milli Konqresinin Deputatlar Palatası 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalışəhərində törədilmiş soyqırımın pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib.

Prezident İlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” konfransında iştirak edib - YENİLƏNİB

21 Dekabr 2017 12:03

Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.

“Azərbaycanla Aİ münasibətləri bəzi qüvvələri narahat edir”- ŞƏRH

21 Dekabr 2017 11:46

“The Financial Times” nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialar ölkəmizə qarşı bir mərkəzdən məqsədyönlü şəkildə idarə olunan kampaniyadır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Vasif Talıbov və Binəli Yıldırım arasında görüş oldu

21 Dekabr 2017 09:05

Dekabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub. Publika.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın yaranma tarixi və müasir inkişafı barədə məlumat verərək deyib ki, 25 ildən artıqdır blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi təmin olunub, alternativ enerji mənbələrindən istifadə imkanları və yerli istehsalın həcmi artırılıb.

“İrəvan gərək özünü kompromislərə hazırlasın”

20 Dekabr 2017 16:58

"Bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük irəliləyiş əldə edilməsə də, müəyyən ümidverici dəyişikliklər baş verdi. Ermənistanın status-kvonu qoruyub saxlama cəhdləri demək olar ki, Azərbaycan diplomatiyası tərəfindən zərərsizləşdirildi”. 

Novruz Məmmədov: "Bu gün beynəlxalq aləmdə yaranan gərginlikdə "Financial Times"ın da məsuliyyəti var"

20 Dekabr 2017 16:25

"Qərbdə özünü beynəlxalq münasibətlərin məkrli və qərəzli aktorları kimi aparan mətbuat orqanlarından biri də "Financial Times"dır". Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlandı

20 Dekabr 2017 15:35

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyi açıqlanıb. AŞPA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, qış sessiyası 2018-ci il yanvarın 22-26-da Strasburqda baş tutacaq. Sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.

Əli Həsənov: “Financial Times”ın iddiaları anti-Azərbaycan dairələrin çirkin maraqlarına xidmət edir

20 Dekabr 2017 15:27

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov“The Financial Times” nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialara münasibət bildirib.