Siyasət

Prezident İlham Əliyev Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarını təbrik etdi

20 Dekabr 2017 15:09

Prezident İlham Əliyev Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarını təbrik edib.

Xarici işlər nazirlərinin Bakı Bəyannaməsinin mətni açıqlandı

20 Dekabr 2017 14:41

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin mətni açıqlanıb. Bu haqda “Olaylar”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə üç dövlətin xarici işlər nazirlərinin beşinci üçtərəfl görüşü dekabrın 20-də Bakı şəhərində keçirilib.  Nazirlər xarici işlər nazirlərinin bundan əvvəlki üçtərəfli görüşlərində qəbul olunmuş Urmiya, Naxçıvan, Van və Ramsar Bəyannaməsindəki öhdəliklərini vurğulayıbar;  Regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq ediblər;

Türkiyə Ermənistana şərtlərini açıqladı

20 Dekabr 2017 14:21

“Biz Ermənistanla bəzi şərtlər daxilində addım atmaq istədik. Əsas şərt o idi ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkiləcək, biz də əlaqələrimizi normallaşdıracağıq”. “Olaylar” xəbər verir ki, bu sözləri Bakıda azərbaycanlı və iranlı həmkarları ilə birgə mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir: “İki gün də danışıq aparmağa razıyam, əsas odur nəticə olsun”

20 Dekabr 2017 13:52

“Həmsədrlər görüşün tarixi ilə bağlı elan verəcəklər. Lakin görüşün gələn il yanvarın ortasında keçirilməsinə dair razılıq var”.

XİN rəhbərlərinin növbəti görüşü Türkiyədə keçiriləcək 

20 Dekabr 2017 13:16

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək. Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud ÇavuşoğluAzərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.

Nazir: "Məqsədimiz Suriyada xaosu bitirmək, ölkəyə təkrar sülh və sabitlik gətirməkdir"

20 Dekabr 2017 13:12

"Astana prosesi Suriyada atəşin dayandırılması baxımından böyük rol oynayıb. Bu faydalı prosesi davam etdirəcəyik". Məlumata görə, bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Çavuşoğlu: "Ermənistan Azərbaycan torpaqlarından çıxmayınca münasibətlərin normallaşması mümkün deyil"

20 Dekabr 2017 12:58

Ermənistan bizim şərtimizi yerinə yetirməyincə, Azərbaycan torpaqlarından çıxmayınca münasibətlərin normallaşması mümkün deyil. Bunu Türkiyənin xarici işlər naziri Mövlud ÇavuşoğluAzərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.

Deputatlarla jurnalistlər meydanda qarşılaşacaqlar

20 Dekabr 2017 12:46

Dekabrın 22-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalıistləri arasında futbol yarışı keçiriləcək. Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.

Ermənistan ordusunun Azərbaycan ərazisindəki mövcudluğu erməni ölümlərinin əsas mənbəyidir

20 Dekabr 2017 12:45

Bir müddət əvvəl Ermənistan prezidenti Serj Sərkisyanın işğalçı ölkənin Təhlükəsizlik Şurasının toplantısını çağırması barədə məlumat vermişdik. Xəbərdə o da qeyd edilmişdi ki, Ermənistan Təhlükəsizlik Şurasının toplantısı cari ilin son günləri üçün nəzərdə tutulsa da, lakin Sərkisyan həmin toplantının vaxtından əvvəl çağırılmasını məqsəduyğun hesab edib.

Xarici işlər nazirləri Bakı Bəyənnaməsini imzaladılar

20 Dekabr 2017 12:36

Dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib. “Olaylar” xəbər verir ki, nazirlər Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlunun üçtərəfli görüşündə Bakı Bəyannaməsi imzalanıb.

Cavad Zərif: "Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını inkişaf etdirək"

20 Dekabr 2017 12:31

"Azərbaycan, Türkiyə və İran birgə tarixi ənənələrə malikdir". Məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan və Türkiyənin XİN başçıları Elmar Məmmədyarovvə Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Prezidentin köməkçisi: "Bilik çatışmazlığını büdcədən ayrılan vəsaitin artırılması ilə kompensasiya etmək olmaz"

20 Dekabr 2017 12:29

“Həm dövlətin, həm də vətəndaşların kənd təsərrüfatından, aqrar sektordan gözləntiləri həddən artıq çoxdur. Azərbaycan prezidenti tərəfindən aqrar siyasət dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən olunub. Digər sahələrdə olduğu kimi, aqrar sahədə də sosial tərəfdaşlıq münasibətlərinin qurulması çox vacibdir”.

Binəli Yıldırım Naxçıvana gedir

20 Dekabr 2017 12:16

Türkiyənin baş naziri Binəli Yıldırım Naxçıvana gedir. Səfərin bu gün başlanması gözlənilir. Səfər çərçivəsində B. Yıldırım Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.

Prezident İlham Əliyev xalq rəssamı Ömər Eldarova "Heydər Əliyev" ordenini təqdim edib

20 Dekabr 2017 12:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də xalq rəssamı, heykəltəraş Ömər Eldarova "Heydər Əliyev" ordenini təqdim edib.