Siyasət

Prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktorunu qəbul edib

20 Dekabr 2017 11:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktoru Malkolm Honlaynı qəbul edib.

Sorğu: Respondentlərin 91,4%-i Prezident İlham Əliyevin siyasətini dəst

20 Dekabr 2017 11:44

"ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində ölkə əhalisinin rəy sorğusu aparılıb. "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradə Yaqubova bu gün həmin sorğunun nəticələrini açıqlamaq üçün keçirdiyi mətbuat konfransında bildirib ki, bu cür sorğuların mütəmadi olaraq keçirilməsi yerlərdə gedən prosesləri müşahidə etmək, onları qiymətləndirmək və dəyişiklik tendensiyalarını müəyyən etməklə, proqnozların verilməsi və təkliflərin hazırlanmasına imkan yaradır.

İlham Əliyevdən MÜHÜM FƏRMAN

20 Dekabr 2017 06:32

Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirilib

19 Dekabr 2017 18:15

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası,Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan RespublikasınınUNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

DTX Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına fəxri ad verilib

19 Dekabr 2017 18:14

Prezident İlham Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan memarlarına fəxri ad verilib

19 Dekabr 2017 18:07

Prezident İlham Əliyev Azərbaycan memarlarına “Əməkdar memar” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilsin:

İran XİN rəhbəri Azərbaycana gəldi

19 Dekabr 2017 18:05

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana gəlib. Sabah o, Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq. Görüşdə əsasən üçtərəfli əməkdaşlıq, ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə toplantı keçirilib

19 Dekabr 2017 18:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 19-da xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, toplnatıda 28 xarici dövlətin və beynəlxalq təşkilatın 29 nümayəndəsi iştirak edib.

Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb

19 Dekabr 2017 18:00

Dekabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

"Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur"

19 Dekabr 2017 17:28

"Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur". Bunu müsahibəsində "Dağlarda ölüm. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi" kitabının müəllifi Raul Louri Kontreras deyib. Onun kitabı Xocalı soyqırımı haqqında ABŞ-da nəşr olunmuş və satışa çıxarılmış ilk kitabdır.