“Görüşlər ona görə keçirilir ki, danışıqlar prosesində uğur əldə edilsin”
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş təbii ki, ola bilər. Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Krakov görüşünü şərh edərkən deyib.
19 Yanvar 2018 16:15 SiyasətDağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş təbii ki, ola bilər. Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Krakov görüşünü şərh edərkən deyib.
Deputatın fikrincə, münaqişənin tənzimlənməsi ilə bağlı görüşlər ona görə keçirilir ki, danışıqlar prosesində hansısa uğur əldə edilsin. Prezidentlər səviyyəsində görüşə gəlincə, deputat vurğulayıb ki, ötən il artıq belə görüş baş tutub: "Hesab edirəm ki, bu il də prezidentlərin görüşməsi mümkündür. Fikrimcə, danışıqlar prosesi bundan sonra da davam edəcək və bütün məsələlər öz həllini tapacaq". Azadinform.az