Qazaxıstanda avtobus qəzasında həlak olan Özbəkistan vətəndaşlarının nəşi vətənə gətirilib
20 Yanvar 2018 14:29 SiyasətQazaxıstanın Aktube vilayətində avtobus qəzasında həlak olan Özbəkistan vətəndaşlarının nəşi xüsusi təyyarə ilə vətənə gətirilib.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Surxandərya vilayətinə işgüzar səfəri çərçivəsində Xakim Termezi mavzoleyinə gedib və orada həlak olanların ruhuna dua oxuyub, ölənlərin yaxınlarına başsağlığı verib. Prezident deyib: "Bu faciə sübut edir ki, insanlar başqa ölkələrdə iş tapmağa məcburdurlar, demək biz onlar üçün lazımi şərait yaratmamışıq və yeni iş yerlərinin yaradılması istiqamətində hələ çox iş görməliyik".
Xatırladaq ki, yanvarın 18-də Samara-Çimkənd magistral yolunda baş verən qəzada 52 Özbəkistan vətəndaşı həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31