Siyasət

Azərbaycanın İslam Həmrəyliyinə daha bir töhfəsi

22 Dekabr 2017 13:15

Azərbaycan artıq bir neçə ildir ki, beynəlxalq, qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış edən, həmin təşəbbüsləri reallaşdıran, eyni zamanda bu və ya digər təşəbbüsləri reallaşdırmaqla dünyada sülhə, təşhlükəsizliyə, tolerantlığa töhfə verən bir məkana, dövlətə çevrilib. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, rəsmi Bakı tərəfindən irəli sürülən və eyni zamanda reallaşdırılan həmin təşəbbüslər yalnız bir sahəni, məhdud coğrafiyanı əhatə etmir. Azərbaycan elə səmərəli təkliflər irəli sürür və həmin təklifləri reallaşdırır ki, onlar bütöv bir coğrafiyanı, dünya dövlətlərinin hər birini əhatə edir, yayılır. İstər siyasi, istər mədəni və humanitar, istərsə də idman sahəsində həyata keçirilən bu kimi təşəbbüslər və tədbirlər qarşıya qoyulan hədəflərə çatmaq, nail olmaqla yanaşı ölkəmizin beynəlxalq aləmdəki yeri və roluna da öz müsbət təsirini göstərir, onun dünya dövlətləri arasında müsbət imciini formalaşdırır.

“Ermənistandakı terrorçu rejim Avropanın təhlükəsizliyi və iqtisadi inkişafı üçün təhdiddir”

22 Dekabr 2017 12:59

2017-ci il ərzində Dağlıq Qarabağ münaqişəsi tək Qafqaz və Avropanın deyil, bütün dünyanın qanayan yarası olub. Bu fikri  ABŞ-dan olan siyasi ekspert Piter Teys deyib.

Erməni mənşəli kriminallara diplomatik pasport verilir

22 Dekabr 2017 12:53

Ermənistanda pasport və viza rəsmiləşdirilməsi mağazalarda olduğu kimi açıq satışdadır. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Mübariz Əhmədoğlu deyib ki, Aştarak şəhərinin pasport bölməsinin əməkdaşı ABŞ, Gürcüstan, İran və Rusiyadan olan 55 nəfərə biometrik məlumatlı 55 pasport satıb: “Pasportların məbləği barədə heç bir məlumat verilmir.

“Prezidentin çıxışından irəli gələn ideya ondan ibarətdir ki, bu sahədə fəaliyyət göstərmək önəmlidir”

22 Dekabr 2017 12:50

“İslam həmrəyliyi gəlişi gözəl ibarə və şüarlarda yox, əməllərdə təşəkkül tapmalıdır. Bu baxımdan Azərbaycan klassik nümunə ortaya qoyur”.  Bu fikirləri  siyasi şərhçi Tofiq Abbasov Prezident İlham Əliyevin “2017 - İslam Həmrəyliyi ili: dinlərarası və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransında çıxışını şərh edərkən deyib.

XİN: "Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh üçün gələcəkdə də kömək göstərəcək"

22 Dekabr 2017 12:01

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün gələcəkdə də vasitəçilik köməyi göstərəcək. Bunu "Moskva-Bakı" portalına 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlərin yekununu şərh edərkən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentindən bildiriblər.

Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir

22 Dekabr 2017 11:59

Bu yaxınlara qədər kəşfiyyat vasitələri təmas xətti boyu məftilə düzülmüş boş konserv qutularından ibarət olan düşmən ordusu Azərbaycana qarşı kosmosdan kəşfiyyat aparmaq niyyətinə düşüb. Belə ki, Ermənistan silahlı qüvvələri yaxın gələcəkdə öz kəşfiyyat imkanlarını genişləndirəcək və qonşu ölkələrin ərazisində "komsik çəkilişlərin  köməyi ilə" operativ kəşfiyyat aparacaq.

Deputat: “Güc və şantajla heç də həmişə iş keçirmək olmur”

22 Dekabr 2017 11:51

“Financial Times” qəzeti və "Spigel" dərgisində ölkəmizlə bağlı böhtan xarakterli iki yazının eyni vaxtda dərci və bu cızma-qaralarda eyni klişelərin yer alması onu göstərir ki, onlar eyni mərkəzin sifarişidir. Özü də sifarişçi o qədər həyasızdır ki, bunu gizlətmək belə istəmir”. Məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Elmar Məmmədyarov italiyalı həmkarını Azərbaycana dəvət edib

22 Dekabr 2017 11:36

Xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano arasında telefon danışığı olub. XİN-dən “Olaylar”a verilən məlumata görə, telefon danışığında Azərbaycan və İtaliya arasında əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub. İtaliyanın Azərbaycanın Avropa İttifaqı üzv ölkələri arasında əsas ticarət tərəfdaşı olduğu qeyd olunaraq, iqtisadi-ticarət əlaqələrinin daha inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Atəşkəsin pozulması halları azalır

22 Dekabr 2017 11:33

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Vüqar Rəhimzadə: “The Financial Times”-ın Azərbaycanla bağlı irəli sürdüyü əsassız iddialar heç bir reallığa söykənmir

22 Dekabr 2017 11:31

“Bu gün Azərbaycanın həyata keçirdiyi mütərəqqi islahatlar, regional və qlobal layihələr, irəli sürdüyü xoşniyyətli təşəbbüslər dünyanın diqqət mərkəzindədir. Bütün bunlar, ölkəmizlə bağlı həqiqətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında, tanınmış ekspertlərin rəylərində öz əksini tapır. Təbii ki, ölkəmizin bu uğurlarına sevinənlərlə yanaşı, qısqanclıqla yanaşanlar da var. Bu cür qərəzli qüvvələr hər zaman dezinformasiyalar yaymaqla, qarayaxma kampaniyaları həyata keçirməklə ölkəmizin artan nüfuzuna xələl gətirməyə cəhd edirlər. Ancaq bu kimi “qüvvələr” heç vaxt öz niyyətlərinə çatmayıblar və çatmayacaqlar. Bu mənada “The Financial Times” nəşrinin Azərbaycanla bağlı irəli sürdüyü əsassız iddialar böyük təəssüf doğurur və heç bir reallığa söykənmir.”

Elşən Musayev: “İlham Əliyev Azərbaycanı daha uğurlu gələcəyə aparacaq”

21 Dekabr 2017 18:15

"Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə eyni müsbət, uğurlu fəaliyyətini göstərir. Təbii ki, bu da göz önündədir. Məhz buna görə bu gün Azərbaycan müxalifəti zəifdir və ölkə xalqı Prezidentinin yanındadır. Eləcə də Azərbaycan dövlətçiliyi yüksək səviyyədə özünün tərəqqisini yaşayır. Sadəcə olaraq burada bir çox nüanslar var. İlk növbədə cənab Prezident uzun illər bundan öncə təməli qoyulmuş bir siyasəti davam etdirir. Bu Ümummilli Lider Heydər Əliyevin siyasətidir. İkinci amil ondan ibarətdir ki, ölkə rəhbəri özü son dərəcə istedadlıdır”. Bunu  açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

21 Dekabr 2017 18:07

Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Valeh Cəfərov Prezidentin fəxri diplomu ilə təltif edilib

21 Dekabr 2017 18:06

Prezident İlham Əliyev Valeh Cəfərovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“İlham Əliyev bunu bir daha beynəlxalq aləmə sübut etdi” - PA rəsmisi

21 Dekabr 2017 17:58

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov feysbuk səhifəsində bu gün Bakıda öz işinə başlayan beynəlxalq konfransdan yazıb.  N.Məmmədov “Bu gün Azərbaycan paytaxtının nadir arxitektura nümunələrindən birində - Heydər Əliyev mərkəzində “2017-İslam Həmrəyliyi ili: dinlərarası və mədəniyyətlərarası dialoq” – Beynəlxalq konfransı işinə başladı” deyə qeyd edib.