ABŞ-ın Haitidəki Səfirliyi Trampa qarşı etiraz aksiyasına görə bağlanıb
23 Yanvar 2018 03:35 SiyasətABŞ-ın Haitinin paytaxtı Port-o-Prensedəki səfirliyi Birləşmiş Ştatlar prezidenti Donald Trampın yürütdüyü siyasətə qarşı keçirilən kütləvi aksiyalara görə bağlanıb,
"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata görə, polis əməkdaşları səfirliyin binasını 1000-dən çox etirazçıdan qorumaq üçün barrikadalar qurmağa məcbur olub. Bəzi nümayişçilər polis əməkdaşlarına daş atıb. Asayiş keşikçiləri buna cavab olaraq aksiyaçılaraq qarşı gözyaşardıcı qaz tətbiq edib.
Səfirlik yerli vaxtla günortadan sonra bağlanıb və əməkdaşlarını təhlükəsiz yerə göndərib.
Haitidə etirazlar Donald Trampın bu və digər ölkələr haqqında təhqiredici fikirlərinə görə başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31